Milli Məclis yeni medalların təsis olunması ilə bağlı toplanır - SABAHKI İCLASIN GÜNDƏLİYİ

Baxış sayı:
2157
Sabah – martın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında”, İnzibati Xətalar Məcəlləsi, Milli Məclisin Daxili Nizamnaməsi və s. qanunlara dəyişiklik layihələridir.

Bundan əlavə, iclasda “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi də müzakirə ediləcək.