Bərdədə ticarət obyektləri yanıb

Baxış sayı:
1119

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Halar Nazirliyinə (FHN) xəbər verir.

Məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 66 kvadrat metr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

Bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.