Naxçıvanda 150 tələbə bir zalda saxlanılır, analiz götürülmür - VALİDEYNDƏN ŞOK AÇIQLAMA

Baxış sayı:
1435

Türkiyədən Naxçıvana gətirilmiş tələbələr saxlanma şəraitindən narazılıq edirlər.
Tələbələrin Meydan TV-yə verdiyi məlumata görə, Türkiyədən gələn 150 nəfər Duzdağı sanatoriyasında və Fövqəladə Hallar Nazirliyinin kazarmasında eyni zala yerləşdirilib. Sanatoriyanın işığı və istiliyi yoxdur.
“Heç kimdən analiz götürülməyib. Maskadan başqa heç nə ilə təmin olunmamışıq. Günorta və axşam dönər verilir. Narazılıq edən tələbələrdən ikisini polis aparıb, xəbərdarlıq edib”, - sanatoriyada saxlanılan tələbə deyib.
Meydan TV-nin əldə etdiyi başqa bir məlumata görə, narazı tələbələr martın 25-də gecə saatlarında kazarmada əsgərlər tərəfindən döyülüblər. Mənbə döyülmədən xəbərsiz olduğunu, ancaq tələbələrə hədə-qorxu gəldiklərini bildirir.
Tələbələrdən birinin atası isə Meydan TV-yə deyib ki, oğlu ilə əlaqə yaratmağa imkan verilmir:
“Oğlum Duzdağı sanatoriyasında saxlanılır. Tələbə yoldaşları da yanındadır. Telefonları bağlıdır, internet yoxdur. Yalnız bir dəfə danışıb öyrəndik ki, hamısını bir yerdə saxlayıblar. Heç bir analiz götürülməyib, sadəcə avtobusa mindirəndə qızdırmaları ölçülüb. Belə fikirləşirəm ki, orada heç analiz götürməyə yer də yoxdur. Hər yerə müraciət etmişik. İki gündür aldadır, deyirlər, təyyarə göndərəcəklər, amma göndərilmir. Nə oldu, AZAL-ın Naxçıvana göndərməyə təyyarəsi yoxdur?”
 Meydan TV dəfələrlə əlaqə saxlasa da, Nazirlər Kabineti yanında Operativ Qərargahdan məsələyə münasibət öyrənə bilməyib.
 
Tələbələrin qaldıqları yer