“Bu şəxlər dövlətimiz tərəfindən mənə verilməli olan mənzili satıblar” – 25 İLDİR DAXMADA YAŞAYAN MƏCBURİ KÖÇKÜNDƏN PREZİDENTƏ ŞOK MƏKTUB / Video

Baxış sayı:
1231

“Bir ölkədə ki, Prezidentin sərəncamı ilə tikilən binalardakı mənzillər pul ilə satılır, o ölkədə heç bir ədalət ola bilməz”

Ağdam rayon sakini, hazırda Tərtərin Mamırlı kəndində yaşayan Zeynalova Maya Firudun qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayıt məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Sizə məlum edirəm ki, 1990-1994-cü illərdə gedən müharibə zamanı yaşadığım Ağdam rayonunun Umudlu kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Mən Zeynalova Maya Firudun qızı, övladım Zeynalov Vüsal Yahya oğlu, gəlinim Zeynalova Mətanət Arif qızı, nəvəm Zeynalova Dəniz Vüsal qızı və sonradan vəfat etmiş həyat yoldaşım Zeynalov Yahya Abduləli oğlu ilə birlikdə 25 ildən çoxdur ki, Tərtər rayonu Mamırlı kəndində, yol kənarında bərbad daxmada yaşayırıq.
2017-ci ildə ölkə prezidentinin göstərişi ilə məcburi köçkünlərin yaşayışı üçün Tərtər rayonunun Şıxarx qəsəbəsində 34 yaşayış binası inşa edilmişdir. Həmin binalar inşa edilən zaman Tərtər rayonunda yerləşən məcburi köçkünlər, həmçinin bizim ailə də “Qaçqınkom” tərəfindən qeydiyyata alındı.
2018-ci ilin mart ayında məcburi köçkünlərin yeni binalara köçürülməsi başlandı. Köçürülmə aparılan zaman mənimlə Tərtər rayonu Mamırlı kənd yol kənarında yaşayan bütün köçkünlər yeni evlərə yerləşdirildi. Lakin mənim maddi imkanım zəif olduğu üçün evlə təmin etmədilər.
1170 ailənin yaşayışı üçün inşa edlmiş binada başqa rayonlardan, yəni Tərtər, Goranboy, Ağcabədi və digər rayonlardan köçkün ailələr yerləşdirildi. Daha doğrusu, maddi maraq  dairəsində evləri istədikləri formada və istədikləri şəxislərə payladılar.
Tərtər rayonu mamırlı kəndində yaşadığım daxma uçaraq tam bərbad vəziyyətə düşüb. 4 nəfər ailə üzvümlə birlikdə çöldə qalmışam. Özüm iflic xəstəliyindən əziyyət çəkirəm.Yataq xəstəsiyəm. Artıq ayaqlarım tutulub.
Sizə - Azərbaycan Respublikasının rəhbərliyinə sual verirəm: mən şikayətimi hansı ölkəyə bildirməliyəm? Düşmənimiz olan Ermənistanın baş naziri Paşinyandan kömək istəməliyəm? Niyə bu ölkədə məmur özbaşnalığına son qoyulmur? Mənim və 4 nəfər ailə üzvümün qeydiyyata alınmış, yeni inşa edilmiş evlərdə mən yox, yerli sakinlər kirayədə yaşayırlar və bir çoxu isə hal-hazlrda həmin evdə yaşamır. 50-dən çox mənzildə yaşayış yoxdur. Boş olaraq qalır. Mən isə bu qoca yaşımda  çöllərdə qalmışam. Bu, dəqiq bir faktdır. Hətta Sizdən xahiş edirəm ki, bu faktı şəxsən Siz özünüz araşdırasınız.
Bir ölkədə ki, Prezidentin sərəncamı ilə tikilən binalardakı mənzillər pul ilə satılır, o ölkədə heç bir ədalət ola bilməz. Mən bütün adiyyəti orqanlara məlumat vermişəm, lakin bir nəticəsi yoxdur.
Siz ökə rəhbərlərindən xahiş edirəm, araşdırın, görün mənim ailə üzüvlərimə qeydiyyata alınan mənzilim kimə və nə üçün satılıb.
Odur ki, yazıb Sizdən xahiş edirəm, mənim və 4 nəfərdən ibarət ailə üzvümün adına qeydiyyata alınan mənzili araşdırıb, məni öz mənzilimə qaytarasınız. Əks halda, yazılı  surətdə kimsəsiz  qalan yaşlı və qoca bir ana kimi xarici ölkərədən kömək istəyəcəm. On görə ki, artıq bizim yaşayışımız çox çətinləşmişdir və buna görə də hal-hazırda özümün xəstəlik vəziyyətimi və  necə evdə yaşayıram, onun vəziyyətini çəkdirib Sizə göndərdim.
Onu da nəzərinizə çatdırmaq istərdim ki, cənab  Prezidentin sərəncamı ilə Tərtər və Ağdam rayon üzrə tikilən binalardakı mənzilləri pul ilə satan məmurlar bunlardır: Fərhad  Nəzərov və Abbas Cavadov və Natiq Hüseynov.
Biz bu şəxslərdən Sizə şikayət edirik. Bu iki şəxs, yəni Fərhad Nəsirov və Natiq Hüseynov mənim qoca yaşımdan istifadə edərək və məni kimsəsiz bilərək dövlətimiz tərəfindən mənə verilən evi satmışdırlar. Mən əminəm ki, Fərhad Nəsirov və Natiq Hüseynovun etdikləri çirkin işdən dövlətimiz xəbərsizdir”.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.