Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
AZƏRBAYCANIN “VÜQARLI” MƏTBUATI – Və yaxud mətbuatımızda Vüqar Əliyev və Vüqar Səfərli faktoru
Ötən ay Muxalifet.az saytında “Əli Həsənov “getdi”, media siyasəti dəyişməz qalıb” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vəzifəsindən çıxarıldığı gündən - 2019-cu ilin 28 noyabrından bu yana media sahəsində heç bir ciddi dəyişiklik həyata keçirilməyib.
Muxalifet4 - 10-03-2020
“Yekə kişisən, o boyda boyun-buxunun var...” – Xalq artistindən deputata SƏRT SÖZLƏR
“Hər şəhidimizə görə 10 erməni öldürülməlidir. Düşməndən bu cür qisas almalıyıq. Bu, xalqın arzusudur”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Ramiz Məlik deyib.
Aktyor tezliklə Azərbaycanın düşmənə layiqli cavab verməli olduğunu deyib:
Muxalifet4 - 9-03-2020
"Türkiyənin Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyəti yoxdur" - ƏRDOĞAN
Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və onun heç bir hissəsini ilhaq etmək niyyətində deyil.
Muxalifet4 - 9-03-2020
Bakıda bəy sərxoş oldu, maşını gəlin sürdü - VİDEO
Bakıda bəy və gəlinin maraqlı videosu yayılıb.
Paytaxt küçələrində gəlinlik paltarında xanım avtomobili idarə edir. Yanında isə bəy var.
Videonu paylaşan idda edir ki, bəy sərxoş olduğu üçün avtomobili gəlin idarə edir. Videonu təqdim edirik:
/avtosfer.az
Muxalifet4 - 9-03-2020
İranda fövqəladə hallar xidmətinin rəhbəri də koronavirusa yoluxdu, 7 nəfər isə “dərman” içib öldü - İTALİYADA DA VƏZİYYƏT DRAMATİKDİR...
İran hakimiyyəti ölkəni başına götürmüş koronavirus epidemiyasına görə həbsxanalardakı məhbusları müvəqqəti azad edib.
Virtualaz.org İran KİV-lərinə əsasən xəbər verir ki, 70 mindən yuxarı məhbus evlərinə buraxılıb. Məqsəd qapalı məkan olan həbsxanalarda virusun yayılmasının qarşısını almaqdır. Ölkənin məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib ki, ictimaiyyətə təhdid yaranmasa məhbuslar həbsxanalara geri qaytarılmayacaq. “Məhbusların azad edilməsi ictimai təhlükəsizliyə təhdid yaranana qədər davam edəcək”,-o deyib.
Muxalifet4 - 9-03-2020
DÖVLƏTİN MİLYONLARI ALIŞANOVU “TORPAQ KRALI”NA NECƏ ÇEVİRDİ? – Sabah qalmaqallı məhkəmədir...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyevin qanunsuz əməlləri ilə bağlı yaydığı məlumatda nələr yox idi? Dövlət əmlakının talan edilməsi, büdcə pullarının ələ keçirilməsi, bütün dövlət qurumlarından, sahibkarlardan, fermerlərdən rüşvət yığılması və nəhayət, rayonun perspektivli torpaqlarının zəbt olunması... İsmayıl Vəliyev həmin ərazilərdə eşşək ferması, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatlar yaradaraq, külli miqdarda gəlir əldə edib.
Muxalifet4 - 9-03-2020
“İranda koronavirusdan başqa, daha amansız bir virus var. Onu ABŞ yaymış ola bilər” - SENSASİON AÇIQLAMA
İran Məclisinin millət vəkili və Məclisin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Şəhruz Bərzəgər, ölkədə (ilk dəfə Çinin Vuhan şəhərində meydana çıxan və Kovid-19 adlandıran) koronavirusdan savayı, İranda ABŞ-ın yaydığı və mənşəyi bəlli olmayan bir virusun da olduğunu söyləyib.
Muxalifet4 - 9-03-2020
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqundan AÇIQLAMA
COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.
Bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.
“Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir”, - J.Nanşan qeyd edib.
Muxalifet4 - 9-03-2020
"Aksiyadakı şüarlara görə kişilərdən üzr istəyirəm" - Afaq Bəşirqızı / VİDEO
Xalq artisti Afaq Bəşirqızı dünən feministlərin Bakıda baş tutan aksiyası haqda danışıb.
Muxalifet.az xəbər verir ki, xalq artisti aksiyada səslənən şüarlara görə Azərbaycan kişilərindən üzr istəyib.
Afaq Bəşirqızının Real TV-yə verdiyi açıqlamanı təqdim edirik:
Muxalifet4 - 9-03-2020
Koronavirusdan ölən iranlı millət vəkilinin dəfnindən GÖRÜNTÜLƏR YAYILDI
Koronavirus səbəbilə dünyasını dəyişən iranlı millət vəkili dəfn edildi.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, mərhum iranlı millət vəkili Fatma Rəhbərin cənazəsini xüsusi geyimli həkimlər, xüsusi qabda daşıyıb. İştirak edən bütün şəxslərin isə maskalardan istifadə etdiyi görülür.
Xatırladaq ki, Fatma Rəhbər fevral ayının 21-də millət vəkili seçilmişdi. Koronavirusa yoluxduqdan sonra komaya düşən millət vəkili iki gün sonra dünyasını dəyişmişdi.Muxalifet4 - 9-03-2020
ŞOK: Qızdırmalı 24 Azərbaycan vətəndaşı Balakən üzərindən Gürcüstana keçməyə cəhd etdi - PASPORTLARINI DƏYİŞİBLƏR...
Bu gün martın 9-da Azərbaycan ərazisindən Gürcüstana yüksək hərarəti olan 25 şəxs keçməyə cəhd edib.
Onlar Balakən rayonu istiqamətindən, Laqodexi sərhəd-keçid məntəqəsindən qonşu ölkənin ərazisinə daxil olublar və saxlanılıblar.
Gürcüstanın xəstəliklərə nəzarət və ictimai sağlamlıq Mərkəzinin Kaxeti regional şöbəsinin rəhbəri Neli Xizanişvili bildirib ki, onlardan 24-ü Azərbaycan, 1-i Ukrayna vətəndşı olub. Bu şəxslərin hamısı pasportların dəyişərək özlərinin səyahət tarixçəsini gizlətməyə çalışıblar.
Muxalifet4 - 9-03-2020
"Azərbaycanda devalvasiya üçün fundamental əsas yoxdur" - BANKLAR ASSOSİASİYASININ SƏDRİ
"Bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil. Banklar adi rejimdə işlərini davam etdirir və müştəriləri onların tələblərinə uyğun xarici valyuta ilə təmin edir".
Muxalifet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev ölkədə növbəti dəfə devalvasiya olacağı ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib.
Muxalifet4 - 10-03-2020
FEMİNİSTLƏRİN AKSİYASINDA İŞTİRAK EDƏN AYSEL ÖZÜNÜ BİNADAN ATDI - Foto
Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Muxalifet4 - 10-03-2020
Milli Məclisin yeni sədri Sahibə Qafarova oldu - 116 SƏSLƏ / Yenilənib
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
Muxalifet.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.
Muxalifet4 - 10-03-2020
Bitərəf deputatlarin namizədi müəyyənləşib – Adil Əliyev vitse-spiker olacaq
Milli Məclisin (MM) bitərəf deputatlarının parlamentin sədr müavini vəzifəsinə namizədi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, bitərəf deputatların keçirdiyi toplantıda deputat Adil Əliyevin namizədliyi irəli sürülüb.
MM-in rəhbərliyi, o cümlədən sədr müavinləri parlamentin bu gün keçirilən plenar iclasında müəyənləşəcək.
Muxalifet4 - 10-03-2020
Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası başladı - YENİLƏNİB
VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.
İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.
İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.
İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.
Muxalifet4 - 10-03-2020
"Yubanmadan manatı 15 faiz ucuzlaşdırmaq lazımdır" – NATİQ CƏFƏRLİ
"Neftin büdcədə 55 dollar götürülməsinin təsirləri başqadır, neft 30 dollar olsa, bu, o demək deyil ki, büdcə bu il çökəcək, maaş-təqaüd verilməyəcək. Primitiv modellə yaşayan ölkədə büdcə 49% Neft Fondundan birbaşa transfertlə, 11%-ə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır".
Bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.Muxalifet4 - 10-03-2020
“Ölkədə iqtisadi və sosial fəlakət müşahidə oluna bilər” – QUBAD İBADOĞLU
“İqtisadiyyatı neftdən asılı olan qonşu ölkələrin - Rusiya, Qazaxıstan - dövlət başçıları neftin ucuzlaşan qiymətinin təsirlərini və fəsadlarını neytrallaşdırmaq üçün Mərkəzi Bankla, hökümətlə məsləhətləşmələr aparır, müvafiq planları və anti-böhran tədbirlərini müzakirə edir, aidiyyatı dövlət orqanları müntəzəm olaraq zəruri açıqlamalar verir. Mərkəzi Banka və Maliyyə Sabitliyi Şurasına dünəndən etdiyim çağırışlar isə hələ də cavabsız qalıb”.
Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.Muxalifet4 - 10-03-2020
Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər - VİDEO
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qaçqın düşərgəsi kimi fəaliyyət göstərən köhnə universitet və məktəb binlarının təmirinə başlanılıb, bir neçə il əvvəl bağlanan ağır şəraitli düşərgələr yenidən açıla bilər.
“Report”un Avropa bürosunun məlumatına görə, koronavirus səbəbindən “Dublin anlaşması”ı ilə bağlı sığınacaq axtaranların deportasiya edilməsinin qeyri-müəyyən vaxtadək təxirə salınması və Türkiyədəki qaçqınların Yunanıstan vasitəsilə Almaniyaya gəlməsi ölkəni ikinci qaçqın axını təhlükəsi ilə üz-üzə qoyub.
Muxalifet4 - 10-03-2020
Səudiyyə Ərəbistanı neftin qiymətini yenidən ucuzlaşdırır - CƏDVƏL
Səudiyyə Ərəbistanı aprel ayında bütün regionlardan olan alıcılar üçün son 20 ilin ən yüksək endirimini edib.
“İnterfax” agentliyi xəbər verir ki, “Saudi Aramco”nun məlumatına görə, Amerikadan olan alıcılar üçün növbəti aydan bütün növ neftin qiyməti 7% azalacaq.
Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün 1 barel neftin qiymətində 6-8%, Asiya ölkələrində 4-6% endirim olacaq.
Muxalifet4 - 10-03-2020