Axtarış

The search found 105849 results in 0.054 seconds.

Search results

  1. Gürcüstanda Prezident Administrasiyasının fəaliyyəti məhdudlaşdırıldı - KORONAVİRUS TƏHLÜKƏSİ

    Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

    Bu barədə administrasiya məlumat yayıb.

    Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

    Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

    Muxalifet4 - 7-03-2020

  2. “ÇİMMİRDİ, ÜFUNƏT SAÇIRDI, İYLƏNMİŞ YEMƏKLƏRİ SAXLAYIRDI...” - Bakıda evi zibilxanaya çevirən zülmkar qaynananın qətli

    Gəlini tərəfindən öldürülən 70 yaşlı Valentinanın taleyi əvvəldən gətirməyib. Oğlu Aliki təkbaşına böyüdüb. Kasıbçılıq  onu elə səviyyəyə çatdırıb ki, ahıl yaşlarında belə zibillikdən tapdığı əşyaları evə daşıyıb. Oğlu və gəlini ilə araları da bu üzdən pozulub. Qaynana-gəlin münasibətləri getdikcə daha kəskin şəkil alıb. Qreçnevlərin mənzilindən gələn səs-küy və spesifik qoxu qonşuları da bezdirib. Gəlini ilə heç cür dil tapa bilməyən Valentina oğlundan onu boşamasını tələb edib. Elə əcəl də yaşlı qadını gəlininin əli ilə haqlayıb...

    Muxalifet4 - 7-03-2020

  3. BAKIDA BİR AİLƏNİN BÜTÜN ÜZVLƏRİ ACLIĞA BAŞLAYIB - Çərkəz Əkbərov: "Oğlum günahsız yerə həbs olunub..." / VİDEO

    Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 38, otaq 4-də yaşayan Əkbərov Çərkəz Sədulla oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi bildirir:
    "Cənab Prezident!

    Muxalifet4 - 7-03-2020

  4. APREL SAVAŞINDA ZƏRƏR GÖRƏN EVLƏRİN BƏRPASI ÜÇÜN 3 MİLYON AYRILDI, AMMA... - Tərtərin icra başçısı prezidenti necə aldadıb... / ŞOK FAKTLAR

    Tərtər rayon, Qapanlı kənd sakini Hüseynov Əli  Əmir oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi yazır:
    "Mən, Hüseynov  Əli Əmir oğlu, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayon, Qapanlı kəndində yaşayıram. Bizim evə 2016-cı ilin aprel döyüşlərində artilleriya zərbəsi nəticəsində ciddi zərər dəymişdir. Amma aprel döyüşləri  hadisələrindən 4 ildən çox vaxt keçsə də, çoxsaylı müraciətlərimə baxmayaraq, evimiz hələ də qəzalı vəziyyətdə qalıb".

    Muxalifet4 - 7-03-2020

  5. İtaliyada partiya sədri koronavirusa yoluxdu

    Hazırda koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada koalisiyon hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Dzinqarettidə koronavirus aşkarlanıb.

    Bunu siyasətçi “Facebook” səhifəsində elan edib.

    N.Dzinqaretti sosial şəbəkədəki hesabında canlı yayıma çıxaraq “məndə koronavirus var” deyib. Siyasətçi hazırda evdə karantin şəraitində saxlanıldığını və onunla indiyədək təmasda olan hər kəsin nəzarət altına alınacağını vurğulayıb.

    Muxalifet4 - 7-03-2020

  6. QARABAĞ QAZİSİ AVTOMOBİLİNƏ OD VURUB YANDIRDI - Qanunsuz söküntüyə etiraz.... / FOTO

    Bu gün səhər saatlarında Qarabağ qazisi Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında "Tavriya" markalı avtomobilinə od vuraraq yandırıb.
    Yeniavaz.com xəbər verir ki, İcra və Probasiya şöbəsinin böyük icra məmuru Zaur Rəfiyev sözügedən məsələdən xəbərdar olduqlarını, ancaq həmin şəxsin avtomobilini hansı səbəbə görə yandırdığını bilmədiklərini deyib.

    Muxalifet4 - 7-03-2020

  7. "Ərdoğan Moskvada heç nəyə nail olmayıb..." - RAUF MİRQƏDİROV

    "Zerkalo" qəzetinin analitiki Rauf Mirqədirov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Moskvada əldə etdiyi razılaşmanın (05.03.2020) səbəbləri və əhəmiyyəti haqqında ASTNA.biz-ə danışıb. Muxalifet.az həmin müsahibəni təqdim edir:
    - Putin və Ərdoğanın Moskva görüşünün səbəbi nə idi? Analitiklər Türkiyə prezidentinin Moskvaya gəlməsinin və bu görüşün Türkiyədə keçirilməməsinin əhəmiyyətini xüsusi qeyd edirlər.

    Muxalifet4 - 7-03-2020

  8. Bu ölkədə koronavirus qurbanlarının sayı 200-ü ötdü

    İtaliyada bir gün ərzində koronavirusa yoluxanların ümumi sayı 1,2 min nəfər artaraq 5,8 min nəfərə çatıb.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli keçirdiyi brifinqdə bildirib.

    O, qeyd edib ki, ölkədə 223 nəfər infeksiyanın qurbanı olub.

    A.Borrellinin sözlərinə görə, bir gün ərzində 36 nəfər koronavirusdan ölüb.

    Ötən gün ölkədə virusa 800 nəfər yoluxub. Cümə gününə olan məlumata görə, İtaliyada 4 636 nəfərə koronavirus diaqnozu qoyulub. 

    Muxalifet4 - 7-03-2020

  9. KORONAVİRUSU BELƏ MÜALİCƏ EDİRLƏR... - Arbidol, iynəyarpaq və biyan kökü

    Koronavirus 11 ölkədə 3000-dən çox insanın həyatına son qoyub. Çinlə yanaşı ölüm halları Avstraliya, İran, İspaniya, İtaliya, ABŞ, Tailand, Tayvan, Fransa, Cənubi Koreya, Yaponiya və Filippində qeydə alınıb.

    Bununla yanaşı, koronavirusa yoluxmuş təxminən 50 min insanı müalicə etmək mümkün olub.

    İki həftədən artıqdır ki, sağalmış xəstələrin sayı yeni qeydə alınan hadisələrin sayını üstələyir.

    Muxalifet4 - 7-03-2020

  10. İranın 100 şəhərinə koronavirus yayıldı

    Koronavirus İranın 100 şəhərinə yayılıb.
    Bunu İranın Koronavirusla Mübarizə Komitəsinin üzvü Həmid Suri İRNA-ya bildirib. O bildirib ki, virusun yayılmadığı şəhərlərin giriş-çıxışına nəzarət tətbiq edilməlidir.
    Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.
    Xatırladaq ki, İranda mindən çox şəhər var./Qafqazinfo.az

    Muxalifet4 - 7-03-2020

  11. ​Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür!

    Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
    Muxalifet.az
    xəbər verir ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

    Muxalifet4 - 8-03-2020

  12. ƏSƏDƏ KORONAVİRUS ŞOKU - Vəziyyət gərginləşir

    Suriyada Bəşər Əsəd ordusunun 10 iranlı hərbçisində koronavirus aşkarlanıb.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, koronavirusun Rusiya, İran və Əsəd qüvvələrinin birgə istifadə etdiyi qərargahda tapıldığı bildirilib.

    İranlı hərbçilərin paytaxt Dəməşqdəki xəstəxanalardan birində karantinə alındığı, virusun yayıldığı hərbi qərargahın isə boşaldıldığı vuğulanıb.

    Muxalifet4 - 8-03-2020

  13. Lavrov Ərdoğana "Səni sevirəm" deyib? - VİDEO

    Rusiya Xarici İşlər Nazirliyi martın 5-də Moskvada Putinlə görüşdən sonra Türkiyə lideri Ərdoğanla Rusiya XİN rəhbəri Lavrov arasında baş tutan söhbət barədə yayılan xəbərlərə reaksiya verib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, nazirlik rəsmi səhifəsində Türkiyənin Yol TV-nin yaydığı məlumatı paylaşaraq, sözügedən dialoqun mətbuatda yanlış anlaşıldığını bildirib.

    Rusiya XİN əslində Sergey Lavrovun Ərdoğana "I love your tie" (Qalstukunu bəyəndim) dediyini qeyd edib.

    Muxalifet4 - 8-03-2020

  14. Haftara ağır zərbə endirildi - LİVİYADA GƏRGİNLİK ARTIR

    Liviya Milli Razılıq Hökumətinə bağlı qüvvələr marşal Xəlifə Haftar ordusuna ağır zərbə endirib.
    Bu barədə Razılıq Hökumətinin sözçüsü Məhəmməd Kununu deyib.
    “Paytaxt Tripolinin cənubundakı Qəsr bin Qaşir bölgəsində Haftar qüvvələrinə aid silah anbarı məhv edilib. Haftar qüvvələrinin bölgədə mülki əhalini hədəf almasına qarşılıq olaraq belə bir əməliyyat keçirilib”, - M. Kununu bildirib./axar.az

    Muxalifet4 - 8-03-2020

  15. Səudiyyə Ərəbistanı “neft müharibəsinə” başlayır, qiymət daha da aşağı enəcək

    Vyanada OPEC+ formatında aparılan danışıqların uğursuz nəticələnməsinin ardınca Səudiyyə Ərəbistanı RusiyanIı Avropanın neft bazarından vurub çıxarmaq üçün hasilatı kəskin artırmağa hazırlaşır.

    Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.

    Muxalifet4 - 8-03-2020

  16. Koronaviruslu xəstələrin olduğu bina çökdü – ÖLƏNLƏR VAR

    Çində koronavirus xəstələrinin karantində saxlanıldığı bina çöküb.

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hubey əyalətindəki 6 mərtəbəli otel binasında baş verib.

    Belə ki, karantində olan COVID-19 xəstələrinin qaldığı 6 bina qəfil çöküb. Dağıntılar altında azı 70 nəfərin qaldığı bildirilir. Artıq oradan 2 nəfərin cansız bədəni, daha 50 nəfər isə sağ çıxarılıb.

    Muxalifet4 - 8-03-2020

  17. "Panikaya düşmədik, 10 gün müalicə aldım" — Koronavirusdan sağalan gənc DANIŞDI

    Bu gün Moskvada koromavirus müalicəsini uğurla başa vurub sağalan Davil Berov adlı gənc kişi xəstəxanadan buraxılıb.

    O, mətbuata açıqlamasında necə yoluxması və ilk əlamətlərdən danışıb.

    “İtaliyadan gələndən 5 gün sonra adi soyuqdəymədə olan öskürək və zökəm əlamətləri başladı. Lakin dostlarım daha diqqətli oldular və qərara gəldik ki, tez gedib yoxlanaq. Analizlər koronavirus göstərdi. Panikaya düşmədik, 10 gündür müalicə aldım”.

    İndi Berov özünü yaxşı hiss edir və 1 saylı infeksion xəstəxanasından evə yazılıb.

    Muxalifet4 - 8-03-2020

  18. 3.600 nəfər ölüb, 60.190 nəfər isə sağalıb

    24 saat ərzində Çində 45 nəfər koronavirus xəstəliyinə yoluxub, 1600 nəfər sağalıb, 27 nəfər isə ölüb. 

    Bazar günü Çinin Milli Səhiyyə Komissiyasının məlumatına istinad edən Rusiyanın “TASS” agentliyinin yaydığı xəbərdə belə deyilir.

    Komissiyanın məlumatlarına görə, ölkədə koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı 80.700 nəfərə çatıb, onlardan 57 min insan sağalıb və 3.097 nəfər isə ölüb.

    Muxalifet4 - 8-03-2020

  19. Məktəblərdə tətil mayın 1-dək uzadılacaq? - İKİ RƏSMİ AÇIQLAMA

    Təhsil Nazirliyi məktəblərdə tətil müddətinin may ayının 1-dək uzadılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov iddiaları təkzib edib.

    "Nazirlər Kabineti yanında Operativ qərargahın adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə nazirlik rəsmisi bildirib.

    Muxalifet4 - 8-03-2020

  20. Ermənilər azərbaycanlılara hücum etdi, ölən və yaralananlar var - FOTO

    Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.

    Muxalifet.az xəbər verir ki, hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.

    Muxalifet4 - 8-03-2020

Pages