Koronavirusdan ölən iranlı millət vəkilinin dəfnindən GÖRÜNTÜLƏR YAYILDI

Baxış sayı:
3599

Koronavirus səbəbilə dünyasını dəyişən iranlı millət vəkili dəfn edildi.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, mərhum iranlı millət vəkili Fatma Rəhbərin cənazəsini xüsusi geyimli həkimlər, xüsusi qabda daşıyıb. İştirak edən bütün şəxslərin isə maskalardan istifadə etdiyi görülür.
Xatırladaq ki, Fatma Rəhbər fevral ayının 21-də millət vəkili seçilmişdi. Koronavirusa yoluxduqdan sonra komaya düşən millət vəkili iki gün sonra dünyasını dəyişmişdi.
Qeyd edək ki, bugünə qədər İranda 237 nəfər dünyasını dəyişib. 7 min 161 nəfər isə həmin xəstəliyə yoluxub.