Prezidentin iştirakı ilə Milli Məclisin ilk iclası başladı - YENİLƏNİB

Baxış sayı:
1546

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

İclasda daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.