Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
"Gəncə işi" Gəncə məhkəməsindən alındı - Məhkəmə sədri ilə Elmar Vəliyevin qardaşı qohum çıxdılar
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisi güllələməkdə suçlanan Yunis Səfərovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınıb. Səbəb adıçəkilən məhkəmədə Y. Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə baxan hakim Natiq Əliyevin zərərçəkmiş E.Vəliyevlə qohumluğudur.
Muxalifet4 - 6-03-2020
"MÜHÜM NAİLİYYƏTLƏR GƏTİRƏCƏK" - Ərdoğan maddə-maddə sadaladı
Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib.
Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirən prezident Ərdoğan Suriyanın İdlib bölgəsində baş verənlərin əsas müzakirə mövzusu olduğunu bildirib. Bu il Türkiyədə keçiriləcək Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası üçün Putini Türkiyəyə dəvət elədiyini söyləyən Ərdoğan Rusiya Federasiyası ilə iqtisadi, ticarət, sənaye, turizm, enerji sahələrində irimiqyaslı danışıqlar apardıqlarını bildirib.
Muxalifet4 - 6-03-2020
Sərdar Cəlaloğlu özünə yeni müavin təyin etdi
Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr, təşkilati və partiyanın cari fəaliyyəti bağlı məsələlər müzakirə olunub.
Muxalifet4 - 6-03-2020
SABİQ NAZİRƏ YENİ VƏZİFƏ VERİLDİ - Ramiz Mehdiyev Əli Abbasovla bağlı əmr imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev öz müşavirinə - keçmiş rabitə və yüksək texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib.
Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.
Xəbəri AMEA-dan təsdiqləyiblər.
Muxalifet4 - 6-03-2020
Ərdoğan S-400 müzakirələrinə nöqtə qoydu: “ARTIQ BİZİM MALIMIZDIR”
Türkiyə prezidenti R.T.Ərdoğan Putin ilə görüşdən sonra, Moskva səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verib.
“Rusiya ilə baş vermiş problem S-400 layihələrinə təsir göstərərmi?” sualına cavab verən Ərdoğan deyib: “S-400 hazırda bizim malımızdır. S-400 ilə bağlı təlimlər davam edir. S-400 sistemini təslim almışıq. Tam şəkildə əlimizdədir. Apreldən etibarən, artıq fəal hala gələcəkdir. Amma yenə söyləyirəm, dünən də Amerika tərəfinə söylədim: “Əgər Patriot versəniz, biz sizdən də Patriot alarıq”./Hurriyyet.orgMuxalifet4 - 6-03-2020
SABİQ BANKİRİN FIRILDAQLARI HAQDA SENSASİON FAKTLAR - “Bloomberg” yeni detalları açıqladı...
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri (2001-2015) Cahangir Hacıyev 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Onun Londonda yaşayan xanımı Zamirə Hacıyeva haqqında Qərb, xüsusən Britaniya mətbuatında çox yazılıb. “Bloomberg” Xəbər Agentliyi bu məsələni yenidən gündəmə gətirib.
Muxalifet4 - 6-03-2020
“ATƏŞKƏSƏ RİAYƏT ETMƏYƏCƏYİK” - İdlib razılaşmasından sonra BƏYANAT
Suriyanın İdlib şəhərində yuva salmış “Heyət Tahrir əl Şam” (HTŞ) yaraqlıları Rusiya ilə Türkiyə arasında imzalanmış atəşkəs qərarına tabe olmayacaqlarını bildiriblər.
İdlibin böyük hissəsində fəallıq edən “Heyət Tahrir əl-Şam” yaraqlıları Türkiyə-Rusiya heyətləri arasında əldə edilmiş atşkəs razılaşmasına tabe olmayacaqlarını və hücuma davam edəcəklərini bəyan ediblər./Hurriyyet.org
Muxalifet4 - 6-03-2020
Türk və rus əsgərlərin İdlibdə birgə görüntüsü yayıldı - VİDEO
Türkiyə və Rusiyanın razılaşma əldə etməsindən sonra iki ölkə hərbiçilərinin İdlibdə birgə görüntüsü yayılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, razılaşmaya görə rus və türk əsgərlər bölgədə atəşkəsi birgə qoruyacaq.
Muxalifet4 - 6-03-2020
Qadın sevgilisini küçənin ortasında döydü — Oğlan polisin arxasında gizləndi / VİDEO
Türkiyənin Antaliya şəhərində qadının sevgilisini döymə görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Muxalifet.az xəbər verir ki, insident Muradpaşa rayonunda qeydə alınıb.
Kadrlarda, 20-25 yaşlarındakı bir qadın bilinməyən səbəblərdən yanındakı sevgilisi ilə mübahisə etdiyi, əvvəlcə əlindəki çanta ilə oğlanı vurduğu və ardınca da şillələyərək yumruq atdığı görülür.
Muxalifet4 - 6-03-2020
Putin ona evlənmək təklif edən qızla nə danışdı...
Putinin İvanovo vilayətinə səfəri zamanı gənc bir xanım ona ərə gəlmək istədiyini deyib.
Bu barədə “Rambler” məlumat yayıb.
Rusiya Prezidenti İvanovo vilayətində uşaq poliklinikasını ziyarət edib və şəhər sakinləri ilə görüşüb.
Bu zaman dövlət başçısını görməyə gələn qızlardan biri “Mənimlə evlənin” - deyə qışqırıb.
Putin həmin xanımla bir qədər söhbət edib. Sonra gənc qız dövlət başçısına təşəkkür edib.Muxalifet4 - 6-03-2020
İranda kütləvi məzarlıqlar salınır - ŞOK GÖRÜNTÜLƏR / Video
Koronavirus İranı tam bürüyüb. Qonşu ölkədə virusun qeydə alınmadığı şəhər qalmayıb.
Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Tehran cəmi 4747 virus daşıyıcısı olduğunu bildirib. Rəsmi məlumatlarda 124 nəfərin həyatını itirdiyi deyilir.
Amma qeyri-rəsmi mənbələr faciənin miqyasının çox böyük olduğundan danışır. Hələ dünən axşam saatlarında İranda ölənlərin sayının 483 nəfər olduğu söylənilirdi. Bu gün daha böyük rəqəmlərdən danışılır.Muxalifet4 - 6-03-2020
İtaliyada 1 gündə 49 nəfər koronavirusdan həyatını itirdi
İtaliyada koronavirusdan daha 49 nəfər həyatını itirib.
"Anadolu" agentliyi xəbər verir ki, bununla da virusdan ölənlərin sayı 197 nəfərə çatıb. 4 mindən çox insan virusa yoluxub.
Məlumata görə, artıq Vatikanda da virusa yoluxma halına rast gəlinib./Publika.az
Muxalifet4 - 6-03-2020
Azərbaycanda daha 3 nəfərdə koronavirus açkarlandı - İKİSİ TƏLƏBƏDİR, BİRİ İSƏ....
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.Muxalifet4 - 6-03-2020
Ərdoğan Merkelə İdlib razılaşmasından danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Yerli KİV-lər xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Ərdoğan söhbət zamanı İdliblə bağlı razılaşmanın bölgədəki həm dinc əhalinin, həm də orada xidmətdə olan türk əsgərlərinin həyatını qoruduğunu bildirib.
Yunanıstan sərhədindəki gərginlikdən danışan Ərdoğan Merkelin diqqətinə həm də Afinanın beynəlxalq hüququ ciddi şəkildə pozduğunu çatdırıb.
Muxalifet4 - 6-03-2020
NEFTİN QİYMƏTİ SÜRƏTLƏ DÜŞÜR - Artıq OPEC+ razılaşması mövcud deyil...
Vyanada neft hasil edən ölkələrin OPEC+ formatında , nazirlər səviyyəsində keçirilən növbəti toplantısında heç bir razılaşma əldə olunmayıb.
Virtualaz.org xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu toplantıda iştirakçılar nəinki dünyanı bürümüş koronavirus epidemiyasına grə hasilatın daha da azaldılmasını razılaşdıra bilməyiblər. Üstəlik hasilatın gündə 1.5 milyon barrel azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın da müddətini uzatmayıblar.
Muxalifet4 - 7-03-2020
Rusiya da İrandan gələnlərin ölkəyə girişinə qadağa qoydu
Rusiya hökuməti İrandan gələn xarici vətəndaşların koronavirus səbəbindən ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, qadağa ilə bağlı müvafiq fərman Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub. Qeyd edilir ki, qadağa İranda turizm, təhsil almaq, əmək fəaliyyəti və tranzit məqsədilə olan hər kəsə aiddir. Məhdudiyyət martın 7-dən tətbiq olunacaq.
Qadağa yalnız Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşlarına, təyyarə heyətinə, rəsmi nümayəndələrə və Rusiyada yaşayış icazəsi olan şəxslərə şamil edilmir.
Muxalifet4 - 7-03-2020
Maurinyo jurnalistlə belə görüşdü - KORONAVİRUSA GÖRƏ / Video
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo bu dəfə koronavirusla bağlı zarafatı ilə diqqət çəkib.
Belə ki, portuqaliyalı mütəxəssis mətbuat konfransından əvvəl ona əlini uzadan jurnalistə koronavirus səbəbindən dirsəklə salamlaşmağı təklif edib.
Mourinyo qeyri-adi salamlaşmadan sonra yenə də media nümayəndəsinin əlini sıxıb.
Muxalifet4 - 7-03-2020
"Küçələr bomboşdur" və "ehtiyat edənlərə gülürlər" - İRANDA KORONAVİRUS HEKAYƏTLƏRİ
İran koronavirusun ən çox təsirinə məruz qalan ölkələrdəndir. Cümə günü COVİD-19 burada daha 17 nəfərin həyatına son qoyub, bununla da ölənlərin ümumi sayı 124-ə çatıb.
Səhiyyə Nazirliyinə əsasən, ölkə boyu 4747 infeksiya faktı qeydə alınıb.
Yeni infeksiya hallar barədə məlumat demək olar ki, hər gün daxil olur. Bəs görəsən adi iranlılar arasında belə məlumatlar necə qarşılanır? BBC Farsca ölkənin müxtəlif guşələrində olan adi sakinlərlə söhbət edib.Ladan, Tehran
Muxalifet4 - 7-03-2020
"Yalnız dövlət tərəfindən təsdiq edilmiş xəritələrdən istifadə edirik" - MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN PREZİDENTƏ CAVAB
Mədəniyyət Nazirliyi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş olunan xəritələrlə bağlı səsləndirdiyi haqlı iradlarla bağlı açıqlama verib.
Muxalifet4 - 7-03-2020
Gənc qız Paşinyana ŞOK YAŞATDI - Metroda verdiyi bukleti cırıb üstünə tulladı / VİDEO
Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində Yerevanda təşviqat aparır.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, martın 6-da təşviqat yeri kimi metro seçilib, sərnişinlərə referendumda “bəli” deməyə çağıran bukletlər paylanıb.
Muxalifet4 - 7-03-2020