Axtarış
The search found 105849 results in 0.039 seconds.
Search results
Bakının mərkəzində etiraz aksiyası - SAXLANILANLAR VAR / VİDEO, Yenilənib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməs ilə bağlı “Report”un suallarını cavablandırıb.
E.Zahidovla sual-cavabı təqdim edirik:
- Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu?Muxalifet4 - 8-03-2020
Gürcüstanda iqtidar və müxalifət arasında razılıq əldə olundu
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası və müxalifəti arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin modeli üzrə razılıq əldə olunub.
Muxalifet.az “report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.
Onun sözlərinə görə, tərəflər arasında siyasi danışıqlar geniş konsensusla nəticələnib: “Seçkilər 120/30 sistemi və 1%-lik baryer üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək”.
Muxalifet4 - 8-03-2020
Ermənilər yenidən mövqelərimizi ATƏŞƏ TUTDU - Rəsmi açıqlama
Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Muxalifet4 - 8-03-2020
Koronavirusdan qorunmaq üçün spirt içdilər, öldülər - KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
İranın Əhvaz şəhərində etanol spirti qəbul edən 10-a qədər insan həyatını itirib. Çox sayda insan ağır xəsarətlər alıb.
Yerli sakinlər arasında etanolun koronavirusla mübarizədə olduqca effektli olduğu barədə iddialar yayılıb.
Sakinlər məhz buna görə spirt qəbul ediblər. Yerli mənbələr ölənlərin sayının artacağından narahatdır./bakupost
Muxalifet4 - 8-03-2020
Polis fəalları və jurnalistləri metronun içərisinə sıxışdırıb / YENİLƏNİB
Feminist Hərəkatının 8 mart aksiyasında 10 nəfər saxlananların hamısı sərbəst buraxılıb.
Amma onlar Bakıda deyil, aksiya keçirdikləri yerdən xeyli uzaqda, Qobustan çöllüyündə buraxılıblar.
***
Polis fəalları və jurnalistləri metronun içərisinə sıxışdırıb
Muxalifet4 - 8-03-2020
İdlibdə atəşkəsin pozulması barədə Rusiyadan AÇIQLAMA
Rusiya Müdafiə Nazirliyi İdlibdə həyata keçirilən atəşkəs barədə açıqlama verib.
Açıqlamaya görə, son 24 saat ərzində atəşkəs 8 dəfə pozulub. Atəşkəsin hansı qruplaşmalar tərəfindən pozulduğuna dair açıqlama verilməyib.
Qeyd edək ki, 3 gün əvvəl Rusiya və Türkiyə arasında İdlibdə atəşkəs əldə edilib./publika.azMuxalifet4 - 8-03-2020
Qalmaqallı sabiq deputat səfir təyin olunur?
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev geri çağırılıb.
"BakuPost" xəbər verir ki, dövlət başçısının bu barədə imzaladığı sərəncam sabah elan olunacaq.
Onun yerinə isə sabiq deputat Elmira Axundovanın təyin olunacağı bildirilir.Muxalifet4 - 9-03-2020
Neft 20 dollara qədər ucuzlaşa bilər - ŞOK PROQNOZ
ABŞ-ın “Goldman Sachs” investisiya bankı bəyan edib ki, dünya bazarında neftin 1 barelinin qiyməti qeyri-sabit vəziyyət fonunda 20 ABŞ dollarına düşə bilər.
Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Bankın hesabatında deyilir ki, qiymətlərin bu cür azalması neft və qaz bazarları ilə bağlı proqnozları kökündən dəyişdirəcək.Muxalifet4 - 9-03-2020
NEFTİN QİYMƏTİ KƏSKİN UCUZLAŞDI - Bir gecədə 33 faiz!
“Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 33,4% azalaraq 33,94 ABŞ dollar/barelə düşüb.
Belə ki, Bakı vaxtı ilə 02:25-də “Brent” markalı neftin qiyməti yüksəlib və 35,23 ABŞ dolları təşkil edib.
“WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.
“Brent” neftinin bu qiyməti 2016-ci il fevral ayından bəri ən aşağı qiymətdir.
Muxalifet4 - 9-03-2020
Dünya Bankı Azərbaycanın 22 min vətəndaşına iş verəcək
Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq proqramın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın həyata keçirilməsi üçün ötən dövrdə məqsədyönlü işlər aparılıb.
Muxalifet4 - 9-03-2020
"Neftin qiyməti daha da ucuzlaşa bilər və bu halda..." - VAHİD ƏHMƏDOV
Dünya bazarlarında "qara qızıl"ın qiyməti kəskin ucuzlaşmağa başlayıb. Belə ki, bu gün səhər Brent markalı neft 33 dollara qədər geriləyib. WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollara düşüb. Analitiklər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünyanı bürüyən koronavirus həyatın bütün məqamlarına təsir etməkdədir:Muxalifet4 - 9-03-2020
Polis repititorluq edən müəllimləri 2 800 manat məbləğində cərimələyib? - RƏSMİ AÇIQLAMA
"Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra "WhatsApp" ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırır".
Muxalifet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Muxalifet4 - 9-03-2020
ALMANİYADAN DAHA BİR AZƏRBAYCANLI AİLƏ DEPORTASİYA OLUNACAQ - Saxta pasportdan istifadə ediblər....
Ötən ilin dekabr ayında Almaniyaya gedən Əsədovlar ailəsinin Azərbaycana deportasiya edilməsi üçün bütün prosedurlar yekunlaşıb.
“Report”un Avropa bürosunun Saksoniya Əyalətinin Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, buna səbəb azərbaycanlı ailənin Macarıstana aid saxta viza ilə ölkəyə səyahət etməsidir.
Məlumatda bildirilir ki, Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada, qayınanası Rəhilə, uşaqları - Rada və Atilla ilə Macarıstan və Çexiyadan keçməklə Almaniyaya daxil olublar.
Muxalifet4 - 9-03-2020
Ronaldinyonun həbsxana görüntüsü yayıldı - FOTO
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun Paraqvay həbsxanasından ilk görüntüsü yayılıb.
Ötənlərin məşhur hücumçusunun fotosunu yerli jurnalist Ernan Rodriges şəxsi "Twitter" səhifəsində paylaşıb.
Muxalifet4 - 9-03-2020
NEFT BAZARI NİYƏ ÇÖKDÜ: Səudiyyə Ərəbistanı ilə Rusiya aransında anlaşılmazlıq, yoxsa…
"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) tərəfdaşları tərəfindən razılığın əldə edilməməsi neft qiymətlərinin kəskin azalması ilə nəticələnib.
Belə ki, bazar ertəsi gecəsi Brent markalı neftin qiyməti 30% azalaraq, bir barel üçün 34 ABŞ dollar, WTI markalı neftin qiyməti isə 30 dollara qədər düşüb.
“Bloomberg”-in məlumatına görə, bu, 1991-ci ildən neft bazarında baş verən ən dərin çöküntüdür.Muxalifet4 - 9-03-2020
"Milli valyutanı qorumaq yalnız hökumətin deyil, hər birimizin vəzifəsi olmalıdır" - ZAHİD MƏMMƏDOV
“Böhran islahatların katalizatorudur. Bütün dünyada ciddi islahatların əsası böhrandan başlayır”
“Koronavirus epidemiyasının təsiri ilə yaranmış vəziyyət də dünyanın iqtisadi düzəninə yenidən baxmağı tələb edir”
Muxalifet4 - 9-03-2020
"Aksiya iştirakçılarının əxlaqsız davranışı lənətlənməyə layiqdir" - ELDAR SABİROĞLU
"Aksiyada tərbiyəsiz plakatları görərkən və ya qadına yaraşmayan söyüşləri eşidərkən çox məyus oldum".
Demokrat.az xəbər verir ki, bu sözləri sabiq YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu bildirib. E.Sabiroğlu dünən Bakıda qanunsuz aksiya keçirən bir qrup qadının hərəkətlərini "əxlaqsız davranış" adlandırıb:Muxalifet4 - 9-03-2020
Putin Ərdoğanı dəhlizdə niyə gözlədib... - RUS MƏTBUATI KADRLARI YAYDI / VİDEO
Rusiyanın dövlət telekanalı “Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.
Yeniavaz.com xəbər verir ki, telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.Muxalifet4 - 9-03-2020
Azərbaycanda yüksək vəzifəli şəxslər SAXLANILDI
Azərbaycanda qaçaqmalçılıqla mübarizə aparan üç yüksək vəzifəli məmur saxlanılıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 9-03-2020
“Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü - 8 MART GÜNÜ
Bakıda mağazadan oğurluğa cəhd olub.
Hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində dodaq boyası oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxalanıb və aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.
Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağazanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb./Report
Muxalifet4 - 9-03-2020