Axtarış

The search found 105849 results in 0.05 seconds.

Search results

  1. AZƏRBAYCANDA İŞBAZLAR YENƏ İŞ BAŞINDA - Sarımsağın qiyməti ətdən baha oldu...

    Dünyanı bürüyən koronavirus vahiməsinə görə Bakı bazarlarında sarımsağın fantastik həddə qiyməti artıb. Cəmi bir ay əvvəl kiloqramı 3 manat 20 qəpikdən təklif edilən sarımsaq hazırda 13-15 manata satılır. 

    Muxalifet4 - 4-03-2020

  2. Yunan polisi türk deputatların olduğu yerə bombalar atdı: ölü və yaralılar var / YENİLƏNDİ

    Yunanıstan polisi Türkiyənin Ədirnə sərhəd məntəqəsindən Avropaya keçməyə çalışan suriyalı miqrantlara odlu silahlarla atəş açıb.

    Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

    İnsident baş verən zaman Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komitəsinin sədri Hakan Çavuşoğlu ilə 8 millət vəkili həmin ərazidə olub.

    Ədirnə Baş Prokurorluğu faktla bağlı cinayət işi açıb. Yunan polisinin miqrantların üzərinə səs, duman, qaz bombaları atdığı, plastik mərmilərdən istifadə etdiyi bildirilir.

    Muxalifet4 - 4-03-2020

  3. İranın birinci vitse-prezidenti də koronavirusa yoluxdu

    İranın daha bir vitse-prezidentinə koronavirus diaqnozu qoyulub.

    “Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, ölkənin birinci vitse-prezidenti İsaq Cahangiridə koronavirus aşkarlanıb.

    Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır.

    Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb. 

    Muxalifet4 - 4-03-2020

  4. Oqtay Şirəliyevin qızı nazir vəzifəsindən azad olundu - FOTO

    Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub.

    Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.

    Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub.

    Qeyd edək ki, 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib./unikal.org

    Muxalifet4 - 4-03-2020

  5. Avropa İttifaqı rəsmisi İtaliyada koronavirusa yoluxdu

    Avropa İttifaqının (Aİ) Brüsseldəki administrasiyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Aİ-nin sözçüsü Dana Spinant açıqlayıb.

    Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxs Avropa Müdafiə Agentliyinin əməkdaşıdır. O, İtaliyadan yenicə qayıdıb. Bu səbəbdən Avropa Müdafiə Agentliyi martın 13-dək bütün görüşləri təxirə salıb.

    Qeyd edək ki, Avropa Müdafiə Agentliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə orqanıdır.

    Muxalifet4 - 4-03-2020

  6. Bakıda 11 min 300 bina dezinfeksiya olunacaq - MERİYADAN AÇIQLAMA

    Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın dezinfekciya işləri mərhələli şəkildə aparılır və qısa müddətdə başa çatdırılacaq.

    Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

    Eyni zamanda Bakıda 346 bagça pilləli şəkildə dezinfeksiya edilir: "Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina ve həyətlərdə dezinfekciya işləri qısa muddətdə başa çatdırılsın"./apa

    Muxalifet4 - 4-03-2020

  7. ARAZ AĞALAROV KORONAVİRUS, DOLLAR VƏ NEFT BARƏDƏ - “Hakimiyyətin bir az panikaya düşməsi məni təəccübləndirir...”

    Bəlli olduğu kimi dünyanı vahiməyə salan koronovirus epidemiyasına görə neft kəskin ucuzlaşıb, nəticədə Rusiya kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrdə milli valyutalar da dəyərdən düşməyə başlayıb. Belə ki, neftin ucuzlaşması nəticəsində Rusiyada dollar bir qədər bahalaşıb və hazırda 1 ABŞ dolları 65 rubla (təxminən 2 rubl bahalaşma) satılır.

    Muxalifet4 - 4-03-2020

  8. "7 rayon və Dağlıq Qarabağın bir hissəsi Azərbaycana qaytarılmalıdır" - RUSİYADAN AÇIQLAMA

     
    Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib.

    Muxalifet4 - 4-03-2020

  9. AZƏRBAYCANIN SƏRVƏTİNİ TALAYAN MƏMURLAR VƏ ŞİRKƏTLƏR - Sensasion faktlar...

    Bir vaxtlar Azərbaycanın ən populyar və perspektivli banklarından olan “Bank Standard”ın nə zamansa talanıb müflis ediləcəyini güman edənlər çox az olardı. Lakin lisenziyası əlindən alınan bank 2016-cı ilin oktyabrında rəsmən müflis elan olundu.

    Muxalifet4 - 4-03-2020

  10. AMEA dəhşətli virusun düzgün tələffüzünü müəyyənləşdirdi - "KARONAVİRUS!"

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.

    İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:

    "Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".

    Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə əlavə olunacaq.

    Muxalifet4 - 4-03-2020

  11. Azərbaycanda nazir İŞDƏN ÇIXARILDI

    Naxçıvanda nazir vəzifədən çıxarılıb.

    Muxalifet.az xəbər verir ki, Ali Məclisin sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Həmid oğlu Məmmədov vəzifəsindən azad edilib.

    Digər bir sərəncamla "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin olunub.

    Muxalifet4 - 4-03-2020

  12. ​POLİS RƏİSİ HAQQINDA ŞOK İDDİA – “Xəyal Şükürov 7 min manat pulumu qaytarmır…”/ NAZİRƏ MÜRACİƏT

    Tovuz rayonu, Qovlar qəsəbəsi sakini, hazırda Bakı şəhərində yaşayan Quliyev Ayxan Vahid oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır:
    “Hörmətli Prezident!
    Hörmətli Nazir!

    Xahiş edirəm ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Xəyal Şükürov tərəfindən ələ keçirilmiş 7 000 (yeddi min) manat pulumun qaytarılmasına köməkilk göstərəsiniz.

    Muxalifet4 - 4-03-2020

  13. İrandan qayıdan 276 Azərbaycan vətəndaşı karantinə alındı

    İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir.
    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

    Muxalifet4 - 4-03-2020

  14. İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoyuldu

    Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindənİran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.

    Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

    Muxalifet4 - 4-03-2020

  15. "Mənə kreslo lazım deyil, adi stul verin..." - İLHAM ƏLİYEV İRAD TUTDU

    Azərbaycan Prezidenti İlham Əliyev onun üçün hazırlanmış kreslonun adi stulla əvəz edilməsi barədə göstəriş verib.

    Virtualaz.org bildirir ki, bu yaddaqalan hadisə dövlət başçısının Tovuz rayonundakı “ASAN xidmət” mərkəzinə səfəri zamanı baş verib.

    Dövlət başçısı ASAN-ın gənc əməkdaşları və könüllülərinin onu gözlədikləri zala daxil olarkən onun üçün hazırlanmış yerə keçib və orada kreslo qoyulduğunu görüb.

    İlham Əliyev ona xüsusi kreslo hazırlandığına görə irad tutub və tapşırıb ki, onu adi stul ilə əvəz etsinlər.

    Muxalifet4 - 4-03-2020

  16. Türkiyədə deputatlar arasında əlbəyaxa dava - VİDEO

    Türkiyə Böyük Millət Məclisində AKP və CHP deputatları arasında dava baş verib.

    Muxalifet.az xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

    AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra söz davası əlbəyaxa davaya çevrilib.

    Muxalifet4 - 4-03-2020

  17. Ramiz Mehdiyevin rəhbərik etdiyi iclasda direktor işdən çıxarıldı

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. 

    Demokrat.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. 

    Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib. 

    Qeyd edək ki, E.Eltürk 2019-cu il mayın 8-də Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub. 

    Muxalifet4 - 4-03-2020

  18. Ərdoğanın Rusiya səfəri haqqında RƏSMİ MƏLUMAT - Sabahkı görüşün detalları açıqlandı...

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün başlıca məqsədi Suriyanın şimalında atəşkəsin təmin olunmasıdır”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında belə deyilir.

    Məlumatda həmçinin qeyd edilib ki, görüşdə liderlər İdlib mövzusu ilə yanaşı, Rusiya-Türkiyə münasibətlərini də müzakirə edəcəklər.

    Muxalifet4 - 4-03-2020

  19. İnterpol azərbaycanlı mühaciri Belçikada saxlayıb - FOTO / Yenilənib

    Bu gün səhər Brüsseldə Azərbaycanlı siyasi mühacirlərin AND ("Azərbaycanda demokratiya uğrunda hərəkat") təşkilatının üzvü Fuad Əkbərov saxlanılıb. 

    Muxalifet4 - 4-03-2020

  20. 236 deputatlığa namizəd yeni seçkilər tələb edir - BƏYANAT QƏBUL EDİLDİ

    Milli Məclisə seçkilərdə iştirak edən 236 deputatlığa namizəd Konstitusiya Məhkəməsinə və Prezident Administrasiyasına bəyanat ünvanlayıb. Bəyanatı imzalayan namizədlər 9 fevral seçkilərinin saxtalaşdırılmasını iddia edərək seçkilərin nəticələri ləğv edilməsini, yeni seçkilərin keçirilıməsini tələb edir.

    Muxalifet4 - 4-03-2020

Pages