Axtarış
The search found 105849 results in 0.029 seconds.
Search results
"Namizədlərin seçkiqabağı mitinqlər keçirmək imkanları məhdudlaşdırılıb" - "FREEDOM HOUSE" AZƏRBAYCANLA BAĞLI HESABAT YAYDI
"Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı martın 4-də dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib.
Sənədə əsasən, 2019-cu ildə siyasi və mülki hüquqlar sahəsində irəliləyiş əldə etmiş ölkələrin sayı iki dəfə artıb.
14-cü ildir ki, "qlobal azadlıq" sahəsində pisləşmə müşahidə olunur.
"Azad olmayan ölkələrə" 49 dövlət aid edilib. Onlar arasında Türkmənistan, Tacikistan ilə yanaşı Azərbaycan da var.Muxalifet4 - 4-03-2020
İranda tibb işçiləri koronavirusun "müalicəsini tapdı" - RƏQS ETMƏKLƏ...
Koronavirus səbəbindən onlarla insanın öldüyü İranda xəstəxanalarda çalışan həkimlərin rəqsi dünya mediasının gündəminə çevrilib.
Muxalifet.az xəbər verir ki, tibb işçilərinin xəstəxana dəhlizlərində və palatalarda əylənərək rəqs etməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Maraqlısı budur ki, görüntülərdə ictimai yerlərdə rəqs etməsi qadağan olunan qadınlar da yer alıb./Qafqazinfo
Muxalifet4 - 4-03-2020
Türkiyə Əsədin ən yaxın adamını raketlə vurdu - FOTO
Türkiyə Silahlı Qüvvələri İdlibdə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə əleyhinə çıxışları ilə tanınan "Pələng qüvvələri" xüsusi təyinatlılarının başçısı, Əsədin "sağ əli" olaraq bilinən Süheyl Həsən PUA-lar tərəfindən vurulub. Onun yaralı vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, S.Həsən son açıqlamasında Türkiyənin hədəfinin Hələb olduğunu və "İstanbul təslim olar, Hələb təslim olmaz" demişdi.
Muxalifet4 - 4-03-2020
Koronavirusla mübarizə üçün 50 milyard dollar ayrıldı
Beynəlxalq Valyuta Fondu koronavirusla mübarizəyə 50 milyard dollar ayırıb.
Publika.az xəbər verir ki, bu barədə fondun açıqlamasında deyilir. Bildirilib ki, dünya üçün böyük təhdid təşkil edən virusla mübarizə aparmaq üçün ayrılan vəsait lazımı təşkilatların hesablarına köçürüləcək.
Açıqlamada qeyd olunur ki, bütün ölkələr məsələyə xüsusi diqqət ayırmalı, virusun yayılmasının qarşısının alınması üçün vacib addımlar atmalıdır.
Muxalifet4 - 5-03-2020
"Terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək" - BƏŞƏR ƏSƏD ƏRDOĞANA TƏKLİF ETDİ
Suriya hökuməti rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah açıqlama verib.
O, Suriya hökumətinin danışıqlar üçün rəsmi Ankaraya iki təklifinin olduğunu bildirib:
“Birincisi, terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək. İkincisi, İdlib məsələsini həll edək, PKK/PYD-yə qarşı birgə mübarizə aparaq”.
Muxalifet4 - 5-03-2020
Norveçdə bir gündə daha 23 nəfər koronavirusa yoluxdu
Norveçdə gün ərzində koronavirusa yoluxanların sayı 23 nəfərə çatıb.
RİA Novosti xəbər verir ki, bu barədə İctimai Səhiyyə İnstitutunun şöbə müdiri Lina Vold mətbuat konfransında açıqlamasında deyib.
O, qeyd edib ki, ölkə üzrə yeni virusa yoluxanların sayı 56-ya yüksəlib./apa
Muxalifet4 - 5-03-2020
Rus qırıcıları yaxınlaşdı, Türkiyə F-16-ları qaldırdı - GƏRGİNLİK
Rusiya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinin “Bahar qalxanı” hərəkatı bölgəsindəki Türkiyə ordusuna yaxınlaşması gərginliyə səbəb olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Hərbi Hava Qüvvələrinə (TuAF) məxsus F-16 qırıcı təyyarələri əməliyyat mərkəzinin əmrinə əsasən bir müddət Suriya sərhədində uçuş həyata keçirib.
Rus təyyarələri əməliyyat bölgəsini tərk etdikdən sonra havadakı gərginlik sona çatıb.
Muxalifet4 - 5-03-2020
Bakıda 26 yaşlı qadın koronavirusdan ölüb? - RƏSMİ AÇIQLAMA
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.
Muxalifet4 - 5-03-2020
DÜNYANIN DİQQƏTİ MOSKVAYA YÖNƏLİB - Ərdoğan və Putin hansı qərarı verəcək: sülh, yoxsa müharibə?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada bir araya gələcək.
Bütün dünyanın yaxından izləyəcəyi zirvədə Suriyanın İdlib şəhərindəki münaqişənin həlli müzakirə olunacaq. Ərdoğan Türkiyənin İdlib məsələsindəki tələb, gözlənti və həssaslığını rusiyalı həmkarının diqqətinə çatdıracaq.
Türkiyənin tələbləri
Muxalifet4 - 5-03-2020
Konstitusiya Məhkəməsi saxta seçkilərin nəticəsini təsdiqlədi - YENİLƏNİB
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərinin nəticələrini təsdiqləyib.
Qərar elan olunan andan qüvvəyə minib./report
***
Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.
Müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunacaq.
Muxalifet4 - 5-03-2020
Rusiyadan növbəti xain addım - PREZİDENTLƏRİN GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ RUSLAR İDLİBİ BOMBALADI
Rusiya hərbi təyyarələrinin İdlibdə, Marretmısrin yaşayış məntəqəsində bir toyuq fermasında sığınan mülki vətəndaşları hədəfə aldığı hücum nəticəsində 16 nəfər dinc sakin həlak olub.
Mülki Müdafiə (Ağ Beretlilər) təşkilatının mənbələrinin məlumatına görə, bombaların əlindən qaçıb toyuq fermasında sığınmış dinc sakinlərdən 16 nəfəri ölüb, 18 nəfəri isə yaralanıb. Mülki Müdafiə qrupları axtarış-xilasetmə işlərinə davam elədiklərini bildirirlər.
Muxalifet4 - 5-03-2020
2 GÜN ƏRZİNDƏ 611 SİLAHLI MƏHV EDİLDİ - Əsəd qüvvələri bitirilir...
Türkiyənin Silahlı Qüvvələrinin (TSQ) hücumları Əsəd rejiminə ağır itkilər verdirib.
Muxalifet4 - 5-03-2020
5 MART “BAHAR QALXANI”na SİPƏR OLACAQMI? – Putin-Ərdoğan görüşü sülhlə bitməyə bilər - TƏHLİL
Cümə axşamından etibarən dünya müharibə ədəbiyyatına “PUA sürüləri” anlayışı girdi. İdlibin cənubunda yerləşən Balyun bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən və 34 şəhid verilən hücumdan sonra Təhlükəsizlik Şurasının Ankarada keçirilən toplantısında bu ağır hücuma iki yeni metodla cavab verilməsi haqqında qərar alındı. Qərar, silahlı PUA-larla (SPUA) Suriya hava sahəsinə girilərək müəyyən edilən hədəflərin vurulmasını və F-16 döyüş təyyarələrinin Türkiyənin hava sahəsində qalmaqla bu əməliyyata qatılmasını nəzərdə tuturdu.
Muxalifet4 - 5-03-2020
"HƏRBİ VARİANTI QƏTİYYƏN QƏBUL ETMİRİK" - Ərdoğan-Putin görüşündən saatlar əvvəl ABŞ-dan KRİTİK AÇIQLAMA
“Suriya mövzusunda BMT səviyyəsində siyasi həll yolu istəyirik. Hərbi variantı qətiyyən qəbul etmirik”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Ankarada təşkil edilən “Beynəlxalq İdlib Konfransı”nda deyib.
Türkiyə-Rusiya liderlərinin zirvə görüşündən saatlar əvvəl danışan Ceffri rəsmi Vaşinqtonun Ankaraya dəstək vermə məsələsini müzakirə etdiyini dilə gətirib və Suriyada 21-ci əsrin faciəsinin yaşandığını bildirib.
Muxalifet4 - 5-03-2020
AZƏRBAYCANDA BANKLAR ÇÖKÜR – Növbəti devalvasiyadan ehtiyat edən vətəndaşlar əmanətlərini çəkir...
"Son 3 ayda fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat azalıb. Bunun başlıca səbəbi banklara olan etimadın azalmasıdır. Son 6 ayda "AtaBank" əmanətçilərinin qarşılaşdığı problemə Mərkəzi Bankın laqeyd münasibəti bu tendensiyanın daha da güclənəcəyini proqnozlaşdırmağa əsas verir".
Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.Muxalifet4 - 5-03-2020
Azərbaycanda daha bir icra başçısı vəzifəsindən azad olundu - SƏRƏNCAM
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Muxalifet4 - 5-03-2020
Nefçala və İsmayıllının yeni icra başçıları kimdir? - TƏRCÜMEYİ-HAL
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İsmayıllı və Nefçala rayonuna yeni icra başçısı təyin edib.
Mətbuat yeni icra başçılarının kimliyi haqda araşdırma aparıb.
Nefçala rayon İcra Başçısı Mirhəsən Mirheydər oğlu Seyidov
Muxalifet4 - 5-03-2020
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır.
Muxalifet4 - 5-03-2020
“İsmayıllı rayonu haqqında ancaq gözəl məlumatlar yayılacaq" - YENİ İCRA BAŞÇISI
"İsmayıllı rayonuna icra başçısı təyin olunmağım gözəl hissdir".
Muxalifet.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov deyib.
O bildirib ki, İsmayıllı rayonunda gözəl işlər həyata keçirəcək.
“İsmayıllı rayonu haqqında ancaq gözəl məlumatlar yayılacaq. Rayon hər zaman aktiv olacaq. Rayonda yeniliklər olacaq və daha da inkişaf edəcək”.
Muxalifet4 - 5-03-2020
Ərdoğan və Putinin görüşü başladı - TƏKBƏTƏK
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.
RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş təkbətək formatda keçirilir.
Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.
Xatırladaq ki, martın 5-də dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər./report
Muxalifet4 - 5-03-2020