Axtarış
The search found 105849 results in 0.049 seconds.
Search results
İranda məktəblər bağlandı - KREDİTLƏRİN ÖDƏNİLMƏSİ DƏ TƏXİRƏ SALINDI
İranda yeni koronavirusa görə, məktəblərin fəaliyyətinin həftənin sonuna (İranda həftə sonu cümə günüdür) kimi dayandırılması qərara alınıb.
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.
Ə.Rəbiinin sözlərinə görə, məktəblərin gələn həftə fəaliyyəti ilə əlaqədar qərar veriləcək.
Rəbii əlavə edib ki, İran hökuməti vətəndaşların sağlamlığını nəzərə alaraq bir sıra fəaliyyətləri məhdudlaşdırıb. Çünki vətəndaşların həyatı əsas prioritetdir.
Muxalifet4 - 2-03-2020
Fədayə Laçın axtarışa verilən meyxanaçı ilə görüşdü - FOTO
7 ildir Rusiyada yaşayan Vahid Qədim keçən ilin sonunda azadlığa çıxan Fədayə Laçınla görüşüb.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, məşhurlar Rusiyada bir toyda qarşılaşıblar.
Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.
Muxalifet4 - 2-03-2020
“Bahar qalxanı” əməliyyatının gizli qəhrəmanı - Türkiyə Əsəd ordusunu belə DARMADAĞIN EDİR
Türkiyənin İdlibdə başlatdığı “Bahar qalxanı” əməliyyatının gizli qəhrəmanı üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, İdlibdə 34 türk əsgərinin şəhid olmasından sonra başlayan “Bahar qalxanı”nda Əsəd rejiminə ağır zərbələr endirən Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları da nümayiş etdirdi.
Muxalifet4 - 2-03-2020
Türkiyə Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcək
“Açıq səmalar” razılşaması çərçivəsində Türkiyənin Rusiya torpaqları üzərində müşahidə uçuşu aparacağı rəsmən bəyan edilib.
Rusiya tərəfinin açıqlamasına görə, uçuşlar Türkiyə hərbi rəhbərliyi tərəfindən həyata keçiriləcək. Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzinin başçısı Sergey Rıjkovun verdiyi məlumata görə, Türkiyə qüvvələrinin Rusiya ərazisi üzərində müşahidə uçuşu 2-6 mart tarixlərində, Rusiya tərəfinin müəyyənləşdirdiyi parametrlərlə və razılaşmaya uyğun şəkildə həyata keçiriləcək.
Muxalifet4 - 2-03-2020
Müxalif partiya hakimiyyəti Türkiyəyə dəstək verməyə çağırdı – ““Bahar Qalxanı” əməliyyatına görə qürur duyuruq”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Muxalifet4 - 2-03-2020
Yunanıstan hərbçiləri miqrantlara atəş açdı - ÖLƏN VAR
Yunanıstan hərbçiləri Türkiyədən Avropa ölkələrinə keçmək istəyən miqrantlara atəş açıb.
“AHaber” xəbər verir ki, nəticədə bir qaçqın ölüb.
Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.
Muxalifet4 - 2-03-2020
Neft 30 dollara qədər ucuzlaşa bilər, əgər razılıq olmasa... - KRİTİK TOPLANTI ƏRƏFƏSİNDƏ
OPEC + ölkələri mart ayında toplantıların birində xam hasilatı azaltmamaq qərarına gəlsələr, neftin qiyməti bir barrel üçün 30 dollara düşə bilər.
Bu barədə Bloomberg “Standard Chartered Bank”nın maliyyə korporasiyasının məlumatına istinadən yazır.
Şirkət analitiklərinin izah etdiyi kimi, Çin koronavirusunun epidemiyası səbəbindən qlobal neft tələbatı 2020-ci ilin ilk rübündə azalıb. Virtusun yayılması ilə əlaqədar narahatlıqlar nəqliyyatın, o cümlədən hava nəqliyyatının, yanacağa tələbatın azalmasına səbəb olub.
Muxalifet4 - 2-03-2020
“Sədərək” ticarət mərkəzi indi də su altında qaldı
Bakıda “Sədərək” ticarət mərkəzini su basıb.
Oxu.az xəbər verir ki, dünən axşam saatlarından başlayan yağış Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində ciddi problem yaradıb, su mağazalara dolub.
Nəticədə, mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib.
Ticarət mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanlara da mane olub.
Muxalifet4 - 2-03-2020
BAKININ MƏRKƏZİNDƏ KORONAVİRUSLU ŞƏXS... - "İçərişəhər"də xüsusi geyimli həkimlərin görünməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.
Muxalifet4 - 2-03-2020
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Muxalifet.az bildirir ki, Operativ qərargahdan verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Muxalifet4 - 2-03-2020
Almaniyalı nazirlər arasında koronavirus şübhəsi: Nazir Merkelin əlini sıxmadı - VİDEO
Almaniyanın Daxili işlər naziri Horst Seehofer bu ölkədə koronavirusun yayılması səbəbiylə baş nazir Angela Merkelin əlini sıxmayıb.
Muxalifet4 - 2-03-2020
Deputatlar koronavirusa görə yoxlanmaq istəyirlər - AZƏRBAYCANDA
Koronavirus səbəbindən bir çox ölkələrdə sərhədlər bağlanıb, aviareyslər təxirə salınıb.
Qonşu İranda xəstəliyin miqyası daha təhlükəli şəkil almaqdadır. Bu ölkədə səhiyyə nazirinin müavini də koronavirusdan dünyasını dəyişib.
Ümumilikdə, İranda ölənlərin sayı 66 nəfərə çatıb.
Hətta İran parlamentinin deputatları koronavirusa görə müayinə edilib. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.
Muxalifet4 - 2-03-2020
"Heç bir dövlət Rusiya ilə müharibə etməyi ağlına gətirməsin" - Putin dünyaya meydan oxudu / VİDEO
Putin TASS agentliyinə müsahibə verib.
Muxalifet.az xəbər verir ki, o, müsahibəsində heç bir dövlətlə müharibəyə hazırlaşmadıqlarını lakin, müdafiə sahəsində gücləndiklərini qeyd edib.
Rusiyanın müdafiə sahəsindəki gücündən bəhs edən Putin bildirib ki, müdafiə baxımından elə bir vəziyyət yaradırlar ki, heç bir dövlət Rusiya ilə müharibə etməyi ağlına belə gətirməsin.Muxalifet4 - 2-03-2020
Məktəblərin bağlanması müəllimlərin maaşına təsir edəcək?
Tanınmış təhsil ekspreti Kamran Əsədov müəllimlərin əmək haqqı ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, o məktəblərin 1 həftəlik bağlanmasının müəllimlərin maaşına təsir etməyəcəyini deyib.
"Bağça, məktəb, peşə məktəbi, kollec, universitetlərdə 3-9 martda dərslərin təxirə salınması şagirdlərə, tələbələrə, müəllimlərə, orada çalışan bütün texniki, inzibati və yardımçı işçilərə şamil olunur. Yəni bütün növ təhsil müəssisələrində tədris, təlim və iş prosesi təxirə salınır.Muxalifet4 - 2-03-2020
Sabiq deputat Fərhad Qəribovun villası üstündə qalmaqal - 3 MİLYONA GÖRƏ MƏRKƏZİ BANKDA GİROV QOYUB, SONRA SATIB...
Sabiq deputat – oliqarx Fərhad Qəribovun “Gənclik” metrostansiyası yaxınlığındakı villası vaxtilə Mərkəzi Banka 3 milyon manatın əvəzi kimi girov qoyulub. Borc ödənilməmiş 2-mərtəbəli, 10-otaqlı, 224 kvadratmetr yaşayış, 303 kvadratmetr də köməkçi sahəsi olan həmin evi tikiblər. Mərkəzi Bank da nə pulu ödətdirə bilir, nə də satışa çıxarmaq üçün əlində girov qalıb.
Muxalifet4 - 2-03-2020
BMT Rusiyanı hərbi cinayətkar hesab etdi! - “Türkiyə dinc əhaliyə diqqətlə yanaşır”
BMT-nin Suriya Araşdırma Komissiyasının Hesabatında Rusiyanın Hava Qüvvələrinin İdlibdə yaşayış məntəqələrinə hücum eləməklə hərbi cinayətlər törətdiyi bildilir.
BMT-nin Suriya üzrə Araşdırma Komissiyası Əsəd hökumətinin Suriyada səhiyyə məntəqələri və dinc əhalini vurmaqla dəfələrlə hərbi cinayət törətdiyini bildirib. Bütün bunlar Komissiyanın hesabatında öz əksini tapıb.
Muxalifet4 - 2-03-2020
“Bahasını ağır ödəyirlər... Neyrab aeroportunu yerlə bir etdik. 135 tank, 8 vertolyot, 2557 rejim əsgəri və dəstəkçiləri...” - ƏRDOĞAN
Türkiyə prezidenti R.T.Ərdoğan bu günkü çıxışında 34 türk əsgərinin ölümünə səbəb olan hücumdan sonra İdlibdəki vəziyyətdən danışarkən “Bunun bahasını bizə çox ağır ödəyirlər” deyib.
Muxalifet4 - 2-03-2020
Кремль такого не ожидал: турецкий рой косит отпускников - ВИДЕО
Кремль такого не ожидал: турецкий рой косит отпускников - ВИДЕО
Muxalifet4 - 2-03-2020
Çinli tibb bacısı əməyi müqabilində hökumətdən sevgili istədi
Çindən olan bir tibb bacısı ölkə rəhbərliyindən koronavirusa qarşı mübarizəsinə mükafat olaraq, ona sevgili tapmağı xahiş edib.
30 yaşlı tibb bacısı Tyan Fanfan Çinin Hubey əyalətinin Uhan şəhərinə koronaviruslu xəstələr olan müvəqqəti tibb müəssisəsində işləmək üçün gəlib.
Sosial şəbəkələrdə qoruyucu geyimdə fotosunu paylaşan Fanfan əlində tutduğu kağızda əməyi müqabilində ona ucaboy sevgili tapmalarını istəyib.
Muxalifet4 - 2-03-2020
Koronavirusa görə diz çöküb üzr istədi - FOTOLAR
Dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Cənubi Koreyadır.
Muxalifett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, burada indiyədək 4200 yoluxma, 26 ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxan ən gənc xəstə 45 günlük körpədir.
Muxalifet4 - 2-03-2020