Ramiz Mehdiyevin rəhbərik etdiyi iclasda direktor işdən çıxarıldı

Baxış sayı:
4552

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. 

Demokrat.az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. 

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib. 

Qeyd edək ki, E.Eltürk 2019-cu il mayın 8-də Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub.