Axtarış

The search found 105849 results in 0.085 seconds.

Search results

  1. Erməni separatçılarının Rusiyaya girişi qadağan olundu - "QRAPARAK"

    Martın 2-də Rusiya hakimiyyətinin Masis Mailyan və Samvel Babayanın RF-yə girişini 5 il müddətinə məhdudlaşdırdığı barədə qeyri-rəsmi məlumat əldə olunub. Bu barədə bu gün Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

    Qəzet bu qərarın səbəbini, habelə məlumatın mənbəyini açıqlamır.

    Qeyd edək ki, Mailyan və Babayan qarşıda duran 31 mart "Qarabağ prezidenti seçkilərində" birgə çıxış edirlər.

    Masis Mailyan separatçıların hökumətində "xarici işlər naziri" vəzifəsini tutur, babayan isə Qarabağ qüvvələrinin keçmiş komandanıdır.

    Muxalifet4 - 3-03-2020

  2. İstanbulda da kütləvi tədbirlər qadağan edildi - KORONAVİRUS TƏHLÜKƏSİ...

    İstanbulda martın 10-a kimi bütün kütləvi tədbirlərin, o cümlədən mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyulub.

    Türkiyə KİV-ləri xəbər verir ki, hər növ mitinq, yürüş, mətbuat açıqlamaları, imza kampaniyaları, stend, şəhərdə broşür paylama və sairə bu kimi tədbirlər də daxil olmaqla bütün kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulub.

    Bu məhdudlaşdırma tədbiri son zamanlar baş verən hadisələrlə bağlı şifahi və fiziki təxribat hadisələrinin ola biləcəyini nəzərə alaraq, ictimai asayişin qorunması məqsədilə tətbiq edilir.

    Muxalifet4 - 3-03-2020

  3. Britaniyanın koronavirusa qarşı dövlət tədbiri... - KÜÇƏLƏRƏ QOŞUN ÇIXARILACAQ VƏ...

    Böyük Britaniya koronavirusla mübarizədə hərbi qüvvələrindən istifadə edəcək.

    Dövlət bu addımı virusa yoluxma sayının artacağı təqdirdə atacaq.

    Martın 2-də Böyük Britaniyanın Baş naziri Boris Consonun sədrliyi ilə keçirilən təcili iclasda 28 səhifəlik sənəd razılaşdırılıb.

    Sənəddə koronavirusa təsir edəcək peyvəndin hazırlanmadığı və əhalinin ona qarşı immunitetinin olmadığı vurğulanaraq ölkə daxilində virusun geniş yayılma ehtimalının yüksək olduğu qeyd olunub.

    Muxalifet4 - 3-03-2020

  4. MSK onlara deputat vəsiqəsi verməyə bilər - SƏBƏB

    Martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxaraq qərar verəcək.
    Muxalifet.az xəbər verir ki, Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alacaq və ona deputat vəsiqəsi verəcək.

    Muxalifet4 - 3-03-2020

  5. "“Bahar qalxanı” hərəkatı İdlibdən sonra da davam edəcək" - NATİQ MİRİ

    Türkiyənin sərhədləri açmaq qərarı sıradan hadisə deyil.

    Muxalifet.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

    Muxalifet4 - 3-03-2020

  6. Türk ordusu rusların qorxulu silahını bir anda məhv etdi - İNANILMAZ GÖRÜNTÜLƏR/VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatında Silahlı Pilotsuz Uçuş Aparatları rejim əsgərlərinə ağır zərbələr vurub.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın istehsalı olan Pantsir S-1” hava hücumundan müdafiə sistemi Sərakib qəsəbəsi yaxınlığında məhv edilib.

    Hadisə zamanı sistemin radiolakasiya dalğaları aktiv şəkildə olub. Buna baxmayaraq, türklərin PUA və SPUA-larını təsbit edə bilməyib.

    Muxalifet4 - 4-03-2020

  7. Bu ölkəyə getmək üçün azərbaycanlılardan “koronavirus kağızı” TƏLƏB OLUNACAQ

    Küveyt ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları bu ölkənin səfirliyindən koronavirusa yoluxmadıqlarını təsdiq edən arayış təqdim etməlidir.

    Muxalifet.az modern.az-a istinadla xəbər verir ki, qadağa Hindistan, Misir, Türkiyə, Azərbaycan, Gürcüstan və Livan da daxil olmaqla, ümumilikdə, 10 xarici ölkəyə şamil edilir.

    “Əgər sərnişinin tibbi arayışı olmasa, o, Küveyt dövləti tərəfindən heç bir nəqliyyat xərci verilmədən geri qaytarılacaq”- deyə rəsmi məlumatda deyilir.  

    Muxalifet4 - 4-03-2020

  8. Əsədin 3 min 138 silahlısı məhv edildi - ÇOX SAYDA TEXNİKA SIRADAN ÇIXARILDI

    Türkiyə Milli Müdafiə Nazirliyi “Bahar Qalxan” əməliyyatı həyata keçirilməyə başladığı gündən bəri 3 min 138 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.
    Muxalifet.az
    xəbər verir ki, Milli Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda, “Bahar Qalxanı” əməliyyatının həyata keçirildiyi bölgədə rejim ünsürlərinin açdığı atəş nəticəsində 2 əsgərin şəhid olduğu, 6 əsgərin yaralandığı qeyd edilib.

    Muxalifet4 - 4-03-2020

  9. ​Oqtay Şirəliyev yola salınır – SİYASİ QƏRAR VAR

    Səhiyyə naziri Oqtay Şirəliyevdən narazıların sırası getdikcə genişlənir. Koronavirus təhlükəsinin ortaya çıxmasından sonra nazirin adı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Hazırda Şirəliyev cəmiyyətin və mətbuatın narazı qaldığı hökumət üzvlərinin siyahısında birinci yerdə dayanır.

    Muxalifet4 - 4-03-2020

  10. Korrupsiya idarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi - GƏLİŞMƏ

    Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.

    Dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb. Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.

    Muxalifet4 - 4-03-2020

  11. Aprel döyüşləri ilə bağlı MƏXFİ SƏNƏDLƏR TƏQDİM EDİLDİ - Erməni general HƏR ŞEYİ AÇDI

    Azərbaycanla 2016-cı il aprel müharibəsi hadisələrini araşdıran parlament komissiyası Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general Yuri Xaçaturova dindirilmə barədə bildiriş göndərib.
     
    Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
     
    Nəşr generalın hansı tarixdə dindiriləcəyini və ya iclasın vaxtının hələlik təyin olunmadığını bildirib.
     

    Muxalifet4 - 4-03-2020

  12. Biləsuvarın icra başçısının da başının üstünü "qara buludlar" alıb - RAYON SAKİNLƏRİ KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA ETİRAZ EDİR

    Biləsuvar rayonu Səmədabad kəndinin sakinləri heyvandarlıqla məşğul olmaq üçün torpaq tapa bilmirlər. Vaxtilə əllərində olan torpaqlar icra başçısı Mahir Quliyev və Səmədabad bələdiyyəsinin sədri Hidayət Həsənov tərəfindən müxtəlif bəhanələrlə əllərindən alınaraq başqa rayonlardan olan biznesmenlərə satılıb.

    Bu barədə rayon mərkəzinə toplaşaraq etiraz aksiyası keçirən Səmədabad sakinləri bildiriblər. Əksəriyyəti şəhid ailələri və Qarabağ döyüşçüləri olan etirazçılar icra başçısından öz torpaqlarının özlərinə qaytarılmasını tələb ediblər.

    Muxalifet4 - 4-03-2020

  13. “BƏZİ ÖLKƏLƏRDƏ VİRUS DAHA ŞİDDƏTLƏ YAYILIB, AMMA GİZLƏDİRLƏR” - Xameneyi əlinə sellofan keçirib ağac əkdi

    İranın dini lideri ayətullah Əli Xameneyi ölkəni koronovirus epidemiyasının bürüdüyü, hakim elitanın üzvləri arasında da yoluxanların sürətlə artdığı bir vaxtda iqamətgahının bağçasına ağac əkib.

    Virtualaz.org xəbər verir ki, bu zaman Xameneyinin əllərinə sellofan keçirdiyi görünüb.

    Muxalifet4 - 4-03-2020

  14. Almaniya koronavirusa görə 12 azərbaycanlını deportasiya edə bilmədi - FOTO

    Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.

    “Report”un məlumatına görə, fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi.

    Muxalifet4 - 4-03-2020

  15. İRANDA KORONAVİRUS "MƏMUR XƏSTƏLİYİ"NƏ ÇEVRİLİB - Daha bir nazir koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

    İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, o, Tehranda xəstəxanaların birində müalicə alır.

    Muxalifet4 - 4-03-2020

  16. İRAN ƏSƏDƏ YARDIMA TƏLƏSDİ - Türkiyə meydanda İran, Livan “Hizbullah”ı, Suriya və Rusiya ilə qarşı-qarşıyadır

    “Bahar qalxanı” əməliyyatının davam elədiyi bir zamanda İran və Livanın “Hizbullah” döyüşçüləri dara düşmüş Əsəd rejiminə yardım eləmək üçün cəbhəyə maşın karvanı ilə milis dəstələri gətirirlər. Rusiya da onlara havadan dəstək verir. Türkiyə ilə savaşan tərəflərin hədəfi Serakib, Cebel Zaviye və Maaret Numanı almaqdır.

    Muxalifet4 - 4-03-2020

  17. Avropa İttifaqı suriyalı qaçqınlara zülmü dəstəklədi - TÜRKİYƏ İTTİHAM OLUNUR...

    Yunanıstan öz sərhədinə qədər gəlmiş qaçqınlara qarşı sərt davrandığı bir zamanda, Avropa İttifaqının təşkilatları yunan hökumətini tam dəstəkləyib.

    Muxalifet4 - 4-03-2020

  18. Deputatlığa namizədlər ADP qərargahında toplaşacaq – BAZAR GÜNÜ KEÇİRİLƏCƏK TƏDBİRƏ BÜTÜN NAMİZƏDLƏR DƏVƏTLİDİR / Video

    Xəbər verildiyi kimi, fevralın 27-də, saat 12:00-da “Caspian Plaza”da deputatlığa namizədlərin toplantısı baş tutub.

    Muxalifet4 - 4-03-2020

  19. “Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

    Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” uğurlu layihələr həyata keçirməkdə davam edir. Azərbaycan Texniki Universitetinin (AzTU) 3 ən yaxşı nəticə göstərmiş tələbəsini baş ofisinə dəvət edən mobil operator tələbələri semestr boyu nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib və onları dəyərli hədiyyələrlə mükafatlandırıb. AzTU-nun İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin qabaqcıl tələbələrinin “Nar” tərəfindən mükafatlandırılması 4 ildir ki, davam edir və artıq ənənə halını alıb.

    Muxalifet4 - 4-03-2020

  20. Koronavirus toy-nişan mərasimlərinə də təsir etdi – TOYLAR TƏXİRƏ DÜŞÜR

    Dünyanın əksər ölkələrində yayılan koronavirus öz növbəsində ölkəmizdə də təşviş yaradır. 3 nəfərin virus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsindən sonra isə narahatlıq bir qədər də artıb. Heç şübhəsiz ki, bundan dolayı da böyük kütləvi təbirlərin bəziləri təxirə salınıb, insanlar da belə yerlərə getməkdən çəkinir.

    Bəs maraqlıdır, virus qorxusu toy və nişan mərasimlərinə necə, təsir edibmi? Mart ayında toy və nişanını təxirə salan, ya da plan qurub, şadlıq saraylarına müraciət etməkdən çəkinənlər var?

    Muxalifet4 - 4-03-2020

Pages