Axtarış

The search found 105849 results in 0.088 seconds.

Search results

  1. TÜRK ORDUSUNDAN ƏSƏD SİLAHLILARINA NÖVBƏTİ ZƏRBƏ - 21 nəfər məhv edildi...

    Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 türk əsgərinin həlak olmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

    Muxalifet.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, yerli vaxtla saat 16:00-da keçirilən əməliyyatda rejim qüvvələrinin iki artilleriya qurğusu və iki yaylım atəşi reaktiv sistemi də məhv edilib.

    Qeyd edək ki, ötən gün Suriya ordusunun zərbələri nəticəsində 2 Türkiyə hərbçisi həlak olmuş, 3-ü isə yaralanmışdı.

    Muxalifet4 - 6-03-2020

  2. Azərbaycan həbsxanalarında məhkumlarla görüş dayandırıldı - KORONAVİRUSA GÖRƏ

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
     
    Bunu virtualaz.org-a açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
     

    Muxalifet4 - 6-03-2020

  3. "Ermənistan Müdafiə Nazirliyi yalan danışır, diversiya olmayıb..." - MÜDAFİƏ NAZİRLİYİ

    Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.
     
    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nın hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.
     

    Muxalifet4 - 6-03-2020

  4. Şəhid əsgərimiz dəfn edildi - FOTOLAR

    Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndində dəfn olunub.
    Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Muxalifet4 - 6-03-2020

  5. Mikrofonun açıq olduğunu unudan Ərdoğan Lavrovdan Əsədlə bağlı nə soruşdu? - VIDEO

    Ötən gün Moskvada Türkiyə lideri Ərdoğanla Rusiya Prezidenti Putinin təkbətək görüşündən sonra yaşanan bir məqam diqqətləri çəkib.

    Türkiyə mətbuat bildirir ki, Ərdoğan Rusiya XİN başçısı Lavrovla görüşərkən, bəzi məqamları dəqiqləşdirmək istəyib. Buna görə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu çağıraraq, ondan sözlərini Lavrova tərcümə etməsini xahiş edib.

    Ərdoğan Lavrovdan "Bu anda Əsədlə danışıldı, elədirmi?" deyə soruşub. Çavuşoğlu bu sözləri Lavrova tərcümə edib. Amma Lavrovun cavabı mikrafonlara düşmədiyindən, nə dediyi bəlli deyil.

    Muxalifet4 - 6-03-2020

  6. Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

    Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

    M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

    Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

    Muxalifet4 - 6-03-2020

  7. Putin-Ərdoğan görüşünün pərdəarxası - TƏHLİL

    Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında həm təkbətək, həm də heyətlərarası görüş başa çatdı, müzakirələr 6 saata yaxın çəkdi. Əslində liderlərin görüşü bu gün İstanbulda keçirilməli idi.

    Ancaq Putin İdlib olaylarından sonra zəif görünməsin və Ərdoğanın ayağına getdiyi görüntüsü yaranmasın deyə İstanbula səfərdən imtina etdi, türkiyəli həmkarını Moskvaya dəvət etdi.

    Muxalifet4 - 6-03-2020

  8. Cəlilabadda bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı - İKİNCİ DƏFƏ

    Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər. Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

    Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıblar.

    Muxalifet4 - 6-03-2020

  9. 82 UŞAQ MÜƏMMASI - İraqdan gətirilən İŞİD-çi uşaqları haradadır?

    “82 İŞİD-çi uşaq İraqdan Azərbaycan Respublikasına geri qaytarılıb”. İraq mətbuatının yazdığına görə, bu sözləri ölkənin xarici işlər nazirliyinin sözçüsü Əhməd Əlsəhhaf deyib. O qeyd edib ki, analarından uzaq, İraq zindanlarında saxlanılan azərbaycanlı uşaqlar öz ölkələrinə geri qaytarılıblar. Əlsəhhaf həmçinin söyləyib ki, İŞİD-çi azərbaycanlı qadınlar bu terror qrupuna üzv olduqlarına görə hələ də zindandadırlar.

    İraq Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İŞİD-ə üzv 828 uşaq İraqdan öz ölkəsinə geri dönüb.

    Muxalifet4 - 6-03-2020

  10. Mərhum nazirin rəis oğlu iş adamına 60 min manat "atıb" - ŞİKAYƏT

    Mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu iş adamına 60 min manat pul atıb.

    Unikal.org-a müraciət edən Orxan Kərimov bildirib ki, Elşən Camalov obyektlərində gördürdüyü elektrik işinə görə ödəməli olan vəsaiti vermir:

    Muxalifet4 - 6-03-2020

  11. Ərdoğan və Putin arasındakı atəşkəs anlaşmasına ilk gündən əməl olunmadı - İDLİB YENƏ BOMBALANDI, 15 DİNC SAKİN ÖLDÜ

    Suriyada Bəşər Əsəd rejimi ilə Rusiya hərbi təyyarələrinin İdlibin Maaret Masrin bölgəsində dinc vətəndaşları hədəfə alması nəticəsində 15 dinc vətəndaşın həlak olduğunu, 18 dinc vətəndaşın isə yaralandığını bildirilir.
    Suriyada Əsəd rejimi və Rusiya hərbi təyyarələri gecə saatlarında İdlibin şimalındakı Maaret Masrin bölgəsində didərgin salınan sakinlərə hücum edib./Hurriyyet.org

    Muxalifet4 - 6-03-2020

  12. “Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb? – KORONAVİRUSDAN MİLYONLAR QAZANANLAR

    Çində baş qaldıran və bu gün dünyanın 80 ölkəsini əhatə edən koronovirus epidemiyası bir çoxları üçün ciddi gəlir itkisi olsa da, bəziləri üçün asan qazanc mənbəyinə çevrilib. Daha doğrusu, işbazlar yaranmış fürsəti əldən verməyərək, gedişatı özlərinin qazanc yerinə çeviriblər.
     

    Muxalifet4 - 6-03-2020

  13. “Lotu Quli” Rövşən Lənkəranskinin düşməninə “oğru” adı verdi

    Gürcü əsilli kriminal avtoritet Lekso Loquaya yenidən “qanuni oğru” adı qaytarılıb.

    Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2 bundan əvvəl 2 dfə bu tituldan məhrum olunan avtoritetin taclandırılması İstanbulda keçirilib. Ona titulu Nadir Səlifov tərəfdarları ilə birgə qaytarıb.

    Muxalifet4 - 6-03-2020

  14. "Çingiz Qənizadənin Siyavuş Novruzovla davası var, məni də bura qatır" — ABEL MƏHƏRRƏMOV

    Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. 

    Abel Məhərrəmov demokrat.az-a açıqlamasında bildirib ki, Çingiz Qənizadənin bəhs etdiyi Madriddə keçirilmiş həmin tədbiri Azərbaycan dövləti təşkil edib:

    Muxalifet4 - 6-03-2020

  15. "Madriddəki içki məclisi ilə bağlı bizi Prezident Administrasiyasına çağırmışdılar" — Çingiz Qənizadə Abel Məhərrəmova CAVAB VERDİ

    Çingiz Qənizadə: "Mənim "günahım" cənab Prezidentə düzünü deməyim olub"

    Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə akademik Abel Məhərrəmovun barəsində səsləndirdiyi ittihamlara cavab verib.

    Çingiz Qənizadə demokrat.az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmov sözügedən məsələdə tamamilə haqsız danışır:

    Muxalifet4 - 6-03-2020

  16. Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının TƏFƏFRRÜATI

    Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.

    Muxalifet.az bildirir ki, rayonun Təzəkənd kənd sakinlərinin qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar:

    Muxalifet4 - 6-03-2020

  17. Ərdoğanla Putinin görüşdüyü zalda diqqəti cəlb edən 2 nüans - FOTO

    Dünən Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlib böhranı ilə bağlı keçirilən görüşdə iki detal xüsusi diqqət çəkib.

    Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, sözügedən detalları politoloq Zaur Məmmədov paylaşıb.

    Belə ki, görüşün keçirildiyi zalda – 1877-1878-ci illərdə Balkanlarda döyüşən rus əsgərlərin əks olunduğu suvenir və Krımı işğal etmiş II Yekaterinanın heykəlinin olması geniş müzakirələrə səbəb olub.

    Rus əsgərlərinin suveniri

    Muxalifet4 - 6-03-2020

  18. Gürcüstanda Paşinyana it hədiyyə olunması, Ermənistanın Tiflisdəki səfirliyinin “it döngəsi”ndə yerləşməsi və… - ERMƏNİ BAŞ NAZİRİN “BATUMİNİ NAXÇIVANA DƏYİŞMƏK” ŞANTAJINA GÜRCÜLƏRİN CAVABI…

     
    "Köpək ziyarəti": Paşinyan Gürcüstanı şantaj etmək və "Batumini Naxçıvana dəyişdirmək" üçün gəldi

    Muxalifet4 - 6-03-2020

  19. Koronavirusa görə neft qiymətləri son 3 ilin "rekordunu" vurdu

    Dünya bazarlarında neftin ucuzlaşması davam edir.

    Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Brent markalı neft 4,19% dəyər itirərək 47,92 dollara qədər geriləyib.

    Gün ərzində bu qiymət 47,01 dollara qədər düşmüşdü ki, bu da 2017-ci ilin 11 iyulundan bəri ən aşağı qiymətdir.

    Ucuzlaşma koronavirus və OPEK və bu təşkilata daxil olmayan Rusiyanın başçılıq etdiyi ölkələr arasında hasilatın sutkalıq 1,5 milyon barel azaldılması barədə razılaşma əldə edə bilməməsinə görə olub.

    Muxalifet4 - 6-03-2020

  20. “Tofiq Zülfüqarov Əli Həsənovun muzdlu trollarına qoşulub”- ASLAN İSMAYILOV / VİDEO

    “Görünür keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov İctimai TV efirində Sumqayıt hadisələrinin müzakirəsi zamanı aramızda yaranmış fikir mübadiləsini hələ də sinirə bilmir. Verilişin təsirindən o qədər qəzəblənib ki, Əli Həsənovun muzdlu trollarına qoşulub şərhlərdə (“Facebook”da) mənim "etikadan kənar hücumumu" müzakirə edir”.

    Muxalifet4 - 6-03-2020

Pages