Ərdoğanın Rusiya səfəri haqqında RƏSMİ MƏLUMAT - Sabahkı görüşün detalları açıqlandı...
4-03-2020 22:16
Baxış sayı:
3414
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün başlıca məqsədi Suriyanın şimalında atəşkəsin təmin olunmasıdır”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında belə deyilir.
Məlumatda həmçinin qeyd edilib ki, görüşdə liderlər İdlib mövzusu ilə yanaşı, Rusiya-Türkiyə münasibətlərini də müzakirə edəcəklər.