Axtarış
The search found 105849 results in 0.034 seconds.
Search results
SAATLIDA ŞOK DƏLƏDUZLUQ FAKTI - Yüzlərlə sakinin hər birindən 3 min manat topladı və... / VİDEO
"Hamımızı aldadıb. Hər kəs də Manafa inanırdı. Özünü nazirin qohumu kimi təqdim edib, biz də inanmışıq".
Muxalifet4 - 2-03-2020
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək - KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERƏRSƏ...
Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə martın 5-də baxaraq qərar verəcək.
Muxalifet.az xəbər verir ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclas bir həftə ərzində keçirilməlidir.
Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.Muxalifet4 - 2-03-2020
Çilidən gətirilən külli miqdarda kokaini Ukraynadan Aİ ölkələrinə keçirmək istədilər
Ukraynanın “Cənub” portunda Avropa İttifaqı (Aİ) ölkələrinə daşınması planlaşdırılan 30 kiloqram kokain aşkarlanıb.
Müxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti xəbər yayıb.
Bildirilir ki, Çilidən gətirilən kokainin Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə aparılması nəzərdə tutulurdu. Saxlanılan kokainin qara bazarda qiyməti 90 milyon qrivna (4 milyon dollara yaxın) dəyərləndirilir.
Muxalifet3 - 2-03-2020
Almaniya kansleri qaçqın axınından narahatdır
Almaniya kansleri Angela Merkel suriyalı qaçqınların Avropaya axını barədə açıqlama verib.
Müxalifet.az-ın məlumatına görə, o bildirib ki, qaçqın axınının qarşısını almaq üçün İdlibdə atəşkəsin tətbiq edilməsi və Suriyada təhlükəsizlik bölgəsinin yaradılması vacibdir.
“Türkiyənin Suriya ilə bağlı problemlərinin olduğunu qəbul edirəm” - deyən Merkel bəyan edib ki, Ankaranın qaçqınların Avropaya keçməsinə şərait yaratması qəbuledilməzdir. Merkel Türkiyəni problemi dialoq yoluyla həll etməyə çağırıb.Muxalifet3 - 2-03-2020
İslam Partiyasının sədr əvəzi dövlətə xəyanətdə ittiham olunur - İLHAM ƏLİYEV HƏBS OLUNDU
Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev həbs olunub. Bu barədə İslam Partiyası məlumat yayıb.
Məlumata görə, Əliyev fevralın 29-da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu gün, martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Partiya bildirir ki, İlham Əliyev fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb və sonra onun haqqında heç bir məlumat verilməyib.
Muxalifet4 - 2-03-2020
Ərdoğan əməliyyatlara niyə "Bahar qalxanı" adını verdi? - ŞOK DETAL
Türkiyənin Suriyada həyata keçirdiyi “əməliyyatların adının seçilməsi ilə bağlı maraqlı detal üzə çıxıb.
Türkiyə mənbələrinin xəbərinə görə, məlum olub ki, əməliyyatlara “Bahar qalxanı” adı verilməsi təsadüfi deyil. Belə ki, əməliyyatın adındakı “Bahar” sözü “Ərəb baharı” ilə əlaqədar seçilib. Məlum olduğu ki, ərəb ölkələrini bürüyən və bir sıra dövlətlərdə hakimiyyətin dəyişməsinə səbəb olan etirazlar mətbuatda “ərəb baharı” adı ilə təqdim olunur. İddialara görə, ərəb ölkələrindəki aksiyalar qərb ölkələrinin planıdır.
Muxalifet4 - 3-03-2020
Türkiyəli hərbçilərin vurulmasının əsl səbəbi bu imiş... - ŞOK İDDİA
Rusiyanın “Novaya Gazeta” nəşri maraqlı iddia ilə gündəmə gəlib.
Qəzetdə dərc olunan məqaləyə görə, Suriya hökuməti İdlib vilayətində türkiyəli hərbçiləri hədəfə alaraq təxribat törətməklə Ankara və Moskvanı qarşı-qarşıya qoymaq istəyir. Müəllifin sözlərinə görə, Dəməşq adminstrasiyası yaxşı başa düşür ki, Türkiyəni İdlibdən təkbaşına çıxara bilməyəcək.
Bu üzdən gərginlik yaradaraq, Ankaranı Moskva ilə üz-üzə gətirmək istəyirlər. Müəllifə görə, Suriya hökuməti uzun müddətdir bu plan üzərində çalışır.
Muxalifet4 - 3-03-2020
Türkiyə “sürü ihalar”ını dünyaya nümayiş etdirdi - GÜC NÜMAYİŞİ, YOXSA...
Türkiyə mənbələri ordunun istifadəsinə verilən “sürü ihalar”la bağlı yeni məlumatlar yayıb.
Yeni pilotsuz aparatların ən böyük özəlliyi onların GPS sistemi olmayan ərazilərdə də uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoyub.
Muxalifet4 - 2-03-2020
BU GÜN OD ÇƏRŞƏNBƏSİDİR
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Kult.az-ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların oda olan inamından qaynaqlanıb.
Od çərşənbəsinin mahiyyətində odun qədimdən insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Muxalifet4 - 3-03-2020
Bakıda güclü yanğın: 11 briqada cəlb edildi - FOTO
Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən "Baku Oil Service" Mərkəzində yanğın baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.
Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.
Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.
Muxalifet4 - 3-03-2020
9-cu siniflər üçün buraxılış imtahanı təxirə salındı
Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı həmin gün baş tutmayacaq.
Dövlət İmtahan Mərkəzindən virtualaz.org-a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.
Muxalifet4 - 3-03-2020
AFFA bütün liqaların oyunlarını təxirə saldı - KORONAVİRUS TƏHLÜKƏSİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Muxalifet4 - 3-03-2020
Tramp Türkiyə üçün hərəkətə keçdi - MÜASİR SİLAHLAR GÖNDƏRİLƏCƏK
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Bu iddia ABŞ mediasında yer alıb.
Bildirilib ki, Tramp ABŞ müxalifətinin etirazlarına tuş gəlməmək üçün NATO formulundan istifadə edəcək. Belə ki, Tramp NATO çərçivəsində əməliyyat təşkil olunmasını təmin edərək Türkiyəyə zenit raket kompleksləri yollayacaq. ABŞ mediası iddia edir ki, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri məhz bu məsələni müzakirə etmək üçün ötən gün Türkiyəyə səfər edib.
Muxalifet4 - 3-03-2020
Azərbaycanda toylar da təxirə salınır – KORONAVİRUSA GÖRƏ
Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınması ölkədə profilaktik tədbirlərin görülməsinə səbəb olub.
Bağça, məktəb və universitetlərin 6 gün müddətinə bağlanılması vəziyyətin ciddiliyindən xəbər verir.
Qeyd edək ki, koronaviris təhlükəsi ortaya çıxandan sonra kütləvi tədbirlərin də sayı azalıb.Muxalifet4 - 3-03-2020
AVROPA HƏRƏKƏTƏ KEÇDİ - Yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir
Avropa İttifaqının “Frontex” sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək.
Bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtı Varşavada təşkil edilən toplantıda qərar qəbul edilib.
“Frontex”in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib.
Muxalifet4 - 3-03-2020
DƏHŞƏT: Azərbaycanda bir ailənin 5 üzvü siçan dərmanı içdi
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.
Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 3-03-2020
Bakıda "Seyid" ləqəbli narkotacir saxlanıldı - FOTO
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Muxalifet4 - 3-03-2020
Roma Papasında koronavirus aşkarlanmadı - VATİKAN MƏLUMATI HƏLƏ TƏSDİQLƏMƏYİB...
Roma Papası Fransiskin son tədbirlərdə davamlı öskürməsi, ardınca planlaşdırılan tədbirləri ləğv etməsi onun koronavirusa yoluxması şübhələrinə yol açıb.
Virtualaz.org bildirir ki, bu barədə İtaliya KİV-ləri xəbər verir.
Bildirilir ki, Papa bu yaxınlarda koronavirus testindən keçib. Analizin nəticələri neqativ çıxıb.
Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyib.
Muxalifet4 - 3-03-2020
Azərbaycanda bir ailənin zəhərlənməsinin TƏFƏRRÜATI
Siçan dərmanından zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən ailənin vəziyyəti nəzarət altınadaır.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, onların vəziyyəti ilə bağlı nəsə demək hələ ki çətindir: “3 sutka keçməmiş xəstələrin vəziyyəti ilə bağlı qərar vermək çətindir. Müayinələri aparılıb, hazırda nəzarət altındadırlar. Zəhərlənənlər daxil olanda huşları yerində idi”.
Muxalifet4 - 3-03-2020
PKK Qarabağda: Türkiyə anti-terror əməliyyatı başlada bilər - GƏLİŞMƏ
Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatına az qala bütün dünya dəstək verir.
PKK və bu kimi digər terror qruplaşmalarına qarşı yönələn mübarizə dünyanı təhdid edən təhlükələrin qarşısını almaqdan ötrüdür.
Bu məqamda yada salmaq lazımdır ki, Türkiyə mətbuatı zaman-zaman PKK üzvlərinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçdiyi barədə məlumatlar dərc edib.
Demək ki, Türkiyə və müttəfiqləri terrorun kökünü kəsmək üçün Qarabağda da antiterror əməliyyatlarına başlaya bilərlər.
Muxalifet4 - 3-03-2020