Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
Çingiz Qənizadədən Abel Məhərrəmovun şərab qalmaqalı ilə bağlı ŞOK AÇIQLAMALAR - "Dövləti təmsil edənlər sərxoş vəziyyətdə idi" / VİDEO
Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Çingiz Qənizadə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.
Demokrat.az xəbər verir ki, Çingiz Qənizadə fevralın 9-da keçirilən parlament seçkiləri, seçildiyi dairənin nəticələrinin ləğvi və digər məsələlər haqda danışaraq, maraqlı məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, “Sadə həqiqətlər” verilişinin sözügedən buraxılışı martın 6-sı saat 22:00-da yayımlanacaq.
Muxalifet4 - 5-03-2020
Azərbaycanda cümə namazları təxirə salınır - ŞEYXİN İDARƏSİNDƏN AÇIQLAMA
Qafqaz Müsəlmanları İdarəsi koronavirus təhlükəsi ilə bağlı tövsiyələrini açıqlayıb.
İdarədən verilən tövsiyələrdə deyilir ki, son vaxtlar dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.Muxalifet4 - 5-03-2020
"Heç kim orada türk hərbçisinin olduğunu bilmirdi" - PUTİN ƏRDOĞANA
“İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb”.
Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
Muxalifet4 - 5-03-2020
Prezident yeni icra başçılarına tapşırıqlar verdi
"Mən sizi - birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək.
Muxalifet4 - 5-03-2020
"YAŞCA KİÇİKSƏN, YERİNİ DƏYİŞ" - Prezident ilk gündən yeni icra başçısına irad tutdu / VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Muxalifet.az xəbər verir ki, Prezident görüşdə Mirhəsən Seyidova irad tutub.
O deyib: "Sən yaşça kiçiksən, yerini dəyiş".
Həmin anları təqdim edirik:Muxalifet4 - 5-03-2020
“Bu adam nəyin hesabına varlanıb?” - İlham Əliyev keçmiş icra başçısı haqqında
"Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmur, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı".
Muxalifet4 - 5-03-2020
Çin ABŞ-a çağırış etdi: İrana sanksiyaları ləğv edin!
Çin İrana sanksiyaların ləğv edilməsi üçün müraciət yayımladı. "Koronavirusla effektiv mübarizənin reallaşdırılması üçün İrana qarşı sankisyaların ləğvinə çağırırıq".
Muxalifet.az "Euronews"a istinadla bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.O, hazırkı sanksiyaların yalnız İranda koronavirusla bağlı vəziyyəti pisləşdirəcəyini bildirib.
XİN rəsmisi Çinin İranda koronavirusun yayılmasını diqqətlə izlədiyini söyləyib. Diplomat Pekinin həmçinin İrana tibbi yardım göndərdiyini vurğulayıb.Muxalifet3 - 5-03-2020
"Rusiya bizi NATO və Avropa İttifaqı yolundan döndərə bilməyəcək" - Gürcüstan prezidenti
Martın 4-də özünün parlament qarşısında illik çıxışında Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, Moskvanın siyasətləri onun ölkəsini Avropa İttifaqı və NATO-ya gedən yoldan sapındıra bilməyəcək:
Muxalifet4 - 5-03-2020
Meriya qadınların “8 mart yürüşü” ilə bağlı müraciətinə cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının yürüş keçirməklə bağlı martın 2-də göndərdiyi müraciətinə cavab verib.
Muxalifet.az-ın məlumatına görə, cavabda qeyd olunub ki, BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib.
Muxalifet4 - 5-03-2020
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANLI VƏKİLİ MÜKAFATLANDIRDI - Səfir Elin Süleymanov toplantıya qatılmaqdan imtina etdi
Şəhla Hümbətova peşəsi ilə əlaqədar vəkillərin özlərinin çox zaman müdafiəyə ehtiyacı ölkədə cəsarətli vəkildir. Martın 4-də o, Azərbaycanın tarixində ABŞ Dövlət Departamentinin “Cəsarətli qadınlar” mükafatını (IWCA) alan ilk vətəndaş oldu.
Mükafatı Ş.Hümbətovaya ABŞ-ın birinci xanımı Melaniya Tramp və dövlət katibi Mayk Pompeo Azərbaycanda əsas azadlıqların qorunmasındakı işinə və şəxsi riskə baxmayaraq, siyasi baxımdan həssas hallarda müttəhimləri müdafiəsinə görə təqdim ediblər.
Muxalifet4 - 5-03-2020
Qobustan həbsxanasının məhbusu aclıq edir
Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən Vüqar Əliyev martın 2-dən ağzını tikərək aclıq edir. Məhbus bu şəkildə barəsində çıxarılmış ağır cəzaya etiraz edir. Bu barədə onun valideynləri bildirib.
Əliyev 17 il əvvəl əks-səda doğurmuş Şəmkirin İcra Hakimiyyəti başçısı Aslan Aslanovun oğlunun qətli işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Muxalifet4 - 5-03-2020
SURİYA 3 HİSSƏYƏ BÖLÜNƏCƏK - Sensasion planın detalları / TƏHLİL
İdlibdə xain hücum nəticəsində 34 türk əsgərinin şəhid olması və buna cavab olaraq Türkiyə ordusunun qarşısına çıxanı məhv etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi. Bir-birinə bağlı münasibətlər Idlibdə düyünləndi. Heç kim ordan geri çəkilmək istəmir. Nə biz, nə ruslar, nə rejim, nə İran, nə də qarşısı alına bilməyən güclü ölkələr. ABŞ artıq oyunun hər pilləsində var...
Maraqlı cavab budur: “Rusiya ilə Türkiyənin bu qədər yaxın olduğu zaman necə oldu ki, bu iki ölkə bir anda müharibənin bir addımlığına gəldi? Əhəmiyyətli olan budur..."Muxalifet3 - 5-03-2020
RUS HƏRBÇİLƏRİN ŞOK GÖRÜNTÜSÜ YAYILDI - Hava zərbəsindən qorunmaq üçün suriyalı uşaqları "sipər" edirlər / VİDEO
Bildiyimiz kimi, Rusiyanın qeyri-qanuni muzdlu ordusu Vaqner qruplaşması həm Liviyada, həm Suriyada maddı vəsait qarşılığında döyüşür. Hərçənd, rəsmi Moskva bu faktı etiraf etməkdən boyun qaçırır.
Muxalifet.az-ın təqdim etdiyi aşağıdakı videoda Vaqner üzvü olan döyüşçülərin atəş altına düşməmək üçün Suriyalı uşaqlardan istifadə etdiyi əks olunub.Muxalifet3 - 5-03-2020
"ERMƏNİLƏRİ DAYANDIRIN!" - Ruslar Putinə çağırış etdi
Ermənilər, o cümlədən Rusiyanın erməni diasporu ruslar üzərində növbəti qələbəni qeyd edir. Erməni mətbuatı Rusiyanın “Nezavisimaya qazeta”nın redaktorunun müavinləri Andrey Riskin və Arkadi Xantseviçin vəzifələrindən azad edildiyi barədə məlumat yaymışdı.
Muxalifet.az bu barədə "gradator.ru" saytına istinadla bildirir.
Onların işdən çıxarılması bu qəzetdə Sumqayıt hadisələri ilə əlaqəli məqalənin dərc olunması, bu faciənin əsl səbəblərini açılması ilə əlaqədardır.Muxalifet3 - 5-03-2020
Türkiyə Yunanıstanla sərhədə xüsusi təyinatlılar göndərir
Türkiyə Yunanıstanla sərhədə 1000 xüsusi təyinatlı polis göndərir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Məqsəd Yunanıstan tərəfindən geri göndərilən miqrantları qorumaq olacaq. İnsanlara qarşı pis rəftar edilməsinə icazə verməyəcəyik. Yunanların beynəlxalq hüquq normalarını pozaraq təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün biz də belə bir addım atmağa məcbur olduq”, - deyə nazir vurğulayıb.
Muxalifet4 - 5-03-2020
Ərdoğan və Putin arasında İdlib anlaşması - MOSKVA GÖRÜŞÜNÜN ŞOK DETALLARI / Video, Yenilənib
Muxalifet.az xəbər verir ki, Moskva zirvəsində Ərdoğan və Putin arasında 3 bəndlik İdlib anlaşması əldə olunub.
Qeyd edək ki, dövlət başçıları təkbətək görüşdən sonra mətbuat konfransı keçiriblər.
Açıqlama zamanı bildirilib ki, dövlətlər arasında anlaşma əldə olunub və bu gecədən etibarən İdlibdə atəşkəs qüvvəyə minəcək.
Hər iki prezident qeyd edib ki, Suriya məsələsində fikir ayrılıqları olsa da, ortaq yol tapmağa çalışırlar və terrora qarşı birlikdə mübarizə aparırlar. Onların hər ikisi Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər.
Muxalifet4 - 5-03-2020
Mayk Pompeodan AÇIQLAMA: "Türkiyənin özünü müdafiə haqqı var"
ABŞ xarici işlər naziri Pompeo, İdlibdə Türkiyənin özünü müdafiə haqqı olduğunu və dəstək mövzusunda bütün variantları qiymətləndirdiklərini söylədi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
Nazirlik binasında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pompeo İdlibdəki hadisələrin gedişiylə əlaqədar dəyərləndirmələr etdi.Muxalifet3 - 5-03-2020
CƏBHƏDƏN ÜZÜCÜ XƏBƏR GƏLDİ - Azərbaycan ordusu daha bir şəhid verdi
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Muxalifet4 - 5-03-2020
"RUS XALQI, PUTİNİN YALANLARINA İNANMA!" - Rus analitikdən ŞOK MÜRACİƏT / Video
Rusiya da internet üzərindən yayımlanan məşhur “Zapreşennıy Kavkaz" televiziyası "Rusiya və Türkiyə arasındakı döyüş: Rus xalqı kimin yanında?" mövzusunu təhlil edib.
Muxalifet.az bu barədə "ASASMEDYA"ya istinadla bildirir.Muxalifet3 - 5-03-2020
Universiteti bitirib Qazaxda xidmətə yollandı, düşmən atəşi ilə şəhid oldu - / FOTO
Dünən martın 5-də axşam Ermənistan ordusunun mövqelərindən açılan snayper atəşi nəticəsində şəhid olan sərhədçimiz, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndində dəfn ediləcək. virtualaz.org xəbər verir ki, şəhidin cənazəsi dünən axşam doğulduğu kəndə aparılıb.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilirdi ki, dünən saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Muxalifet4 - 6-03-2020