“BƏZİ ÖLKƏLƏRDƏ VİRUS DAHA ŞİDDƏTLƏ YAYILIB, AMMA GİZLƏDİRLƏR” - Xameneyi əlinə sellofan keçirib ağac əkdi

Baxış sayı:
3057

İranın dini lideri ayətullah Əli Xameneyi ölkəni koronovirus epidemiyasının bürüdüyü, hakim elitanın üzvləri arasında da yoluxanların sürətlə artdığı bir vaxtda iqamətgahının bağçasına ağac əkib.

Virtualaz.org xəbər verir ki, bu zaman Xameneyinin əllərinə sellofan keçirdiyi görünüb.

İranda qeyd edilən ənənəvi Təbiət Həftəsi münasibətilə iqamətgahının bağçasına ağa əkən dini lider koronovirus epidemiyası haqda da danışıb. Deyib ki, bəzi ölkələrdə virus daha şiddətli yayılıb, amma onlar bunu gizlədirlər.

Xameneyi İran hakimiyyətinin Covid-19 virusu ilə bağlı məlumatları ictimaiyyətə və dünyaya şəffaf şəkildə açıqladığını bildirib. Lakin əlavə edib ki, heç də bütün ölkələr belə etmir. O,  epidemiyanın İranda tezliklə səngiyəcəyini bildirib və deyib: “Məsələni bəsit göstərmək istəmirəm, amma o qədər də böyütməyək. Bu məsələ ölkədə çox uzun çəkməyəcək və bitəcək. Bu o qədər də böyük bəla deyil, bundan da böyüyü olub”.

Son məlumatlara görə İranda Covid-19 epidemiyasından ölənlərin sayı 80-ə yaxındır, yoluxanların sayı isə 2400-ə çatıb.