Axtarış
The search found 105849 results in 0.031 seconds.
Search results
Türkiyə İdlibdə “Bahar qalxanı” əməliyyatına başladı
Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.
Bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.
Muxalifet4 - 1-03-2020
İstanbulda "Sputnik Türkiyə"nin baş redaktoru həbs olundu - AGENTLİK ƏMƏKDAŞLARI KƏŞFİYYAT FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLUB?..
"Sputnik Türkiyə" agentliyinin baş redaktoru Mahir Boztəpə İstanbulda saxlanılıb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, baş redaktor əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilib, daha sonra təhlükəsizlik idarəsinə aparılıb.
M.Boztəpənin sözlərinə görə, polis əməkdaşları onu saxlayarkən çox nəzakətli davranıblar və heç bir halda güc tətbiq olunmayıb.Muxalifet4 - 1-03-2020
Türkiyə qırıcıları Əsədin təyyarələrini BELƏ VURDU - VİDEO
İdlib vilayətində Suriya ordusuna məxsus iki təyyarənin vurulma anına dair görüntülər yayılıb.
Publika.az xəbər verir ki, Türkiyə Hava Qüvvələri tərəfindən vurulan “Su-24”lərin pilotları katapult edərək sağ qalıb. Suriya dövlət agentliyinin məlumatına görə, pilotlar xəsarət almayıb.
Muxalifet4 - 1-03-2020
Türkiyə ordusundan Əsəd qüvvələrinə növbəti sarsıdıcı zərbə - 9 KƏND AZAD EDİLDİ VƏ... / Yenilənib
Suriyanın müxalif qüvvələri İdlib ətrafında daha 9 kəndi hökumət qüvvələrindən azad edib.
"Anadolu" agentliyi xəbər verir ki, şiddətli toqquşmalar zamanı Suriya ordusu çox sayda itki verib.
Qeyd edək ki, Türkiyə ordusu müxalif qüvvələrə fəal dəstək verir. Suriyanın hökumət qüvvələri Soçi müqaviləsini pozaraq İdlib istiqamətində hücuma keçməsi bölgədə vəziyyəti gərginləşdirib. Ordu bir neçə kəndi ələ keçirsə də, Türkiyənin müxalif qüvvələrə dəstəyindən sonra geri çəkilmək məcburiyyətində qalıb.
**Muxalifet4 - 1-03-2020
“Sputnik Türkiyə"nin baş redaktoru sərbəst buraxılıb - İSTİNTAQ GEDİR...
“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə sərbəst buraxılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir Boztəpə saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.Muxalifet4 - 1-03-2020
Gürcüstanda kütləvi tədbirlər ləğv olundu - KORONAVİRUSA GÖRƏ
Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsi ləğv olunub.
Bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərar barədə yerli idarəetmə orqanları artıq məlumatlandırılıb.
Şuranın Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən iclasında bildirilib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal aşkarlanmayıb. Qeyd olunub ki, 100-dən çox şəxs karantində saxlanılır.
Muxalifet4 - 1-03-2020
UCARDA ETİRAZ AKSİYASI - Sakinlər Bakı-Qazax yolunu kəsdi
Ucar rayonunun Bərgüşad kəndinin sakinləri bu gün bir saata yaxın Bakı-Qazax yolunu bağlayıblar.
Virtualaz.org xəbər verir ki, sakinlər kəndin su probleminin uzun müddətdir ki, həll olunmamasına etiraz edirlər. Onların sözlərinə görə, bütün ətraf kəndlərdə su olsa da, bu kəndin əhalisi susuzluqdan əziyyət çəkir. Kəndlilər nəinki təsərrüfatları suvarmaq, heç içmək və əl-üz yumaq üçün də su tapmırlar.
Muxalifet4 - 1-03-2020
Ermənistanda koronavirusa görə məktəb və universitetlər bağlandı - CƏMİ BİR NƏFƏRDƏ VİRUS TAPILIB...
Ermənistanda koronavirusa ilk yoluxma faktı qeydə alınması səbəbindən məktəb və universitetlərdə dərs prosesi bir həftəlik dayandırılıb.
"Sputnik Ermənistan" xəbər verir ki, bunu ölkənin Baş Naziri Nikol Paşinyan açıqlayıb. Paşinyanın sözlərinə görə, bir həftəlik fasilə yaz tətilinin hesabına ediləcək.
Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutünyanın imzaladığı qərara əsasən, yaz tətili ayın sonundan martın 2-nə keçirilib. Qərar ali təhsil müəssisələri, məktəblər, kolleclər, peşə məktəbləri və uşaq bağçalarına şamil olunur. /Qafqazinfo
Muxalifet4 - 1-03-2020
Koronavirus milyarderləri də "vurdu" - DÜNYANIN ƏN VARLILARININ ZƏRƏRİ MİLYARDLARLADIR...
Koronavirus təkcə ölkələrin deyil, ayrı-ayrı iş adamlarının, milyarderlərin də büdcəsinə mənfi mənada təsir edib.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, “Forbes” jurnalı sözügedən epidemiyaya görə, dünyanın ən çox maliyyə itkisi yaşamış milyarderlərinin onluğunu çap edib.
Həmin onluğu təqdim edirik:“Amazon”un rəhbəri Ceff Bezos. Onun itkisi 14,1 milyard dollardır.
Dünyanın dördüncü varlı şəxsi Uorren Baffet. Məşhur investor 9,8 milyard dollar itirib.
Muxalifet4 - 1-03-2020
Bu ölkədə sutkada 600-dən çox insanda koronavirus aşkarlandı - AVROPA ŞOKDA
İtaliyada koronavirusa yoluxanların sayı 1694 nəfərə çatıb, 34 nəfər dünyasını dəyişib, 80 pasiyent sağalıb.
Bu barədə İtaliyanın Vətəndaş Müdafiəsi Departamentinin rəhbəri Ancelo Borreli məlumat verib.
“Yoluxanların ümumi sayının 51%-ə yaxını evdə karantindədir, yəni onlarda xəstəlik simptomu yoxdur. 9%-i isə intensiv terapiya şöbələrindədir”, - o qeyd edib.
Sutka ərzində ölümcül virusa yoluxanların sayı 600-dən çox olub.
Muxalifet4 - 1-03-2020
İRANDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - İnsanlar küçənin ortasında yıxılıb ölür... / ŞOK VİDEO
İranda çəkilən bu videolar hərkəsi şoka salıb.
Qeyd edək ki, İrandakı vəziyyətin nə dərəcə ciddi olduğunu göstərən bu video hərkəs tərəfindən paylaşılmaqdadır.
Videoda koronavirusdan küçədə yıxılıb qalan insanlar göstərilir:
Muxalifet4 - 1-03-2020
Şəkinin YAP-çı deputatının London macəraları - CAVANŞİR FEYZİYEV ÖLKƏNİ NECƏ TALAYIR?
Talamağa vətən, yeyib-dağıtmağa qürbət yaxşı
Muxalifet4 - 1-03-2020
TANINMIŞ EKSPERTLƏR HÖKUMƏTƏ MÜRACİƏT ETDİ - "Məktəblərdə dərslər dayandırılsın, sonra gec olacaq"
Tanınmış iqtisadçı Qubad İbadoğlu və təhsil eksperti Kamran Əsədov təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı tələblə çıxış edib.
Onlar öz müraciətlərində bu məsələni əsaslandırıblar.
Muxalifet4 - 2-03-2020
RUSİYA TELEKANALLARI İSTERİKADA - Bakı ermənisi və İradə Zeynalova... / VİDEO
Rusiya televiziyaları neçə gündür ki, efirdən antitürk isterikası, kin-küdurət saçırlar. Əslində bu proses İdlibdə baş verən məlum hadisədən əvvəl başlamışdı. Bəzi yazılı mediada üzə çıxan bu cür yazılar Kremlin nəzarətində olan televiziyalarda daha qabarıq görünməyə başlamışdı.
«Rossiya 24» və NTV kanalları bu cür təbliğatda «önə çıxmışdılar». İradə Zeynalova adlı azərbaycanlının müəllifi olduğu həftəninin hadisələrini əhatə edən müəllif proqramında bu cür təbliğatı görmək isə bir ayrı dərddir.
Muxalifet4 - 2-03-2020
Konstitusiya Məhkəməsi seçkilərlə bağlı bu tarixdə qərar verəcək... - TOPLANTI MƏTBUATA AÇIQ OLACAQ
Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək.
Bu barədə Konstitusiya Məhkəməsindən bildirilib.
Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib.
Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.
Muxalifet4 - 2-03-2020
Təhsil Nazirliyindən dərslərin dayandırılması ilə bağlı AÇIQLAMA
"Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. 24 fevraldan Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib".
Muxalifet.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, növbəti günlərdə də davam edəcək:Muxalifet4 - 2-03-2020
Türkiyənin sərhəd bölgəsində avtobus raketlə vuruldu - ÖLƏN VƏ YARALILAR VAR
Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda, İranla sərhəddə yerləşən Gürbulak Gömrük İdarəsinə məxsus avtobusa raket atəşi açılıb. İdarənin bir nəfər əməkdaşı şəhid olub. Yaralılar var.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib: “Bu gün səhər 8.50-də Ağrı Gürbulak Gömrük İdarəsinin əməkdaşlarını aparan zirehli maşına atılan raket avtomobilin qabaq təkərlərinə dəyib. Güclü təkan nəticəsində yaralananlar var. Terrorçular təqib edilərək sıxışdırılıb. Hazırda atışma davam edir”.
Muxalifet4 - 2-03-2020
"FÖVQƏLNAZİR"İN RUSİYA SEVGİSİ... - FHN-nin generalı başının üstündə Nikolayın fotosunu asıb / FOTO
“General-mayor Sevda Şirinova. Sevda xanım kimdir? Fövqaladə Hallar Nazirliyinin kadrlar idarəsinin rəisi. Xanım general nə az nə çox, 15 ildir FHN-də kadr məsələlərini həll edir. 2005-ci ilə qədər də Gömrük Komitəsində çalışıb. Bunlar bir yana, mən elə bildim bu xanım Nikolayın dövründə işləyib”.
Bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib.
Muxalifet4 - 2-03-2020
Koronavirusa görə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunurmu? - AÇIQLAMA
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu günlərdə dərsdən qalan şagirdlərdən həkimdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı sosial şəbəkədə yayılan məsələyə münasibət bildirib.
APA-nın xəbərinə görə, o qeyd edib ki, koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib.
Muxalifet4 - 2-03-2020
POST-SEÇKİ DÖVRÜ – Natiq Cəfərli yazır
Cəmiyyətdə hələ də ciddi cavabsız suallar var: Erkən seçki nədən oldu? Belə bərbad seçki olacaqdısa o mağmın parlament nədən buraxılmışdı? Son təyin olunan parlamentdə eyni sifətləri görəcəkdiksə bu boyda həngamə nəyə lazım idi? Bu seçkilərin qazanananı kim oldu? Son siyahı kim tərəfindən təsdiqləndi? Əvvəl düşündükləri ilə son nəticə eynimi oldu?
Muxalifet4 - 2-03-2020