İRANDA KORONAVİRUS "MƏMUR XƏSTƏLİYİ"NƏ ÇEVRİLİB - Daha bir nazir koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Baxış sayı:
3133

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, o, Tehranda xəstəxanaların birində müalicə alır.
Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat da var. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Həmçinin ötən gün Ali Məhkəmənin sədrinin müşaviri koronavirusdan dünyasını dəyişib. Epidemiyanın qarşıaını almaq üçün 54 min məhbus evə buraxılıb.