MÜXALİFƏT NÖVBƏTİ BİRGƏ MİTİNQİN ANONSUNU VERDİ - Seçki saxtakarlığına etiraz olunacaq

Baxış sayı:
4693

Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib.

Muxalifet.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Bu qurumlar bundan öncə, fevralın 16-da eyni şüarla Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirməyə cəhd edib. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçı saxlanılaraq ölkənin müxtəlif ərazilərində çöllüklərdə sərbəst buraxılıb.