Axtarış

The search found 105849 results in 0.033 seconds.

Search results

  1. Türkiyə Əsəd ordusuna zərbə endirdi

    Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində 21 hədəfi atəşə tutub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

    Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbə ölkənin şimali-qərbindəki Türkiyə mövqelərinin Suriya ordusu tərəfindən atəşə tutulmasına cavab olaraq endirilib.

    Belə ki, bir qədər əvvəl həmin ərazidə türk hərbçisi şəhid olmuşdu.

    Muxalifet4 - 22-02-2020

  2. Jirinovskidən maraqlı açıqlama: "Ermənistanı türklərdən biz qoruduq"

    Rusiya Liberal Demokrat Partiyası Dumaya Rusiyada “İmperiya günü” bayramının keçirilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək.
    Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, “İmperiya günü”nün oktyabrın 22-də keçirilməsi gərəkdiyini deyib.
    Jirinovski bu təklifi 2021-ci ildə I Pyotrun Rusiya imperiyasını elan etməsinin 300 illiyinin tamam olması ilə əlaqələndirib.

    Muxalifet3 - 22-02-2020

  3. İRAN TİKAN ÜSTÜNDƏ - Koronavirus can almağa davam edir

    İranda koronavirusdan daha bir nəfər ölüb.
    Muxalifet.az-ın xarici mənbələrə istinadla verdiyi xəbərə görə, İran İslam Cumhuriyyətin koronavirusdan ölənlərin sayı altıya çatıb.
    Məlumata əsasən, sözügedən virusdan 28 nəfərdə isə yoluxma qeydə alınıb.
    Qeyd edək ki, İraq və Küveyt bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını bağlayıb.
    Muxalifet.az

    Muxalifet3 - 22-02-2020

  4. SON DƏQİQƏ: İRANDA KORONAVİRUS SƏBƏBİ İLƏ İĞTİŞAŞLAR BAŞLADI / VİDEO

    İranın Azərbaycanla sərhəd rayonunda iğtişaş başlayıb. Səbəb korono xəstələrinin rayona gətirilməsidir.
    Muxalifet.az
    bu barədə "Azadlıq" qəzetinə istinadla bildirir.
    İranın Taleş rayonunda (Gilan vilayəti) əhali radikal etiraz hərəkatına başlayıb. Səbəb Əraq, Həmədan, Kermanşəhr əyalətlərindən Korono virusuna yoluxmuş xəstələrin bu rayona (rayon mərkəzi Həştpər şəhər xəstəxanası) yerləşdirilməsidir. Məlumatlara görə, etirazlarla əlaqədar rayona ordu yeridilib.
    Taleş rayonu Azərbaycanın Astara rayonuna yaxındır.
    Muxalifet.az

    Muxalifet3 - 23-02-2020

  5. "İRANA SƏFƏRDƏN İMTİNA EDİN" - Gürcüstan XİN vətəndaşlarına səsləndi

    Gürcüsan Xarici İşlər Nazirliyi (XİN)  ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

    APA-nın xəbərinə görə, bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

    Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

    Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.

    Muxalifet4 - 23-02-2020

  6. Çində koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb - YENİLƏNİB

    Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı 2442 nəfərə çatıb, 22888 nəfər bu xəstəlikdən xilas olub.
    Bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsi tərəfindən yayımlanan açıqlamada bildirilir.
    Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 97 ölüm qeydə alınıb, 2230 nəfər xəstəxanadan buraxılıb. ÇXR-də yeni növ koronavirusa yoluxmuş insanların ümumi sayı 76936 nəfər olub.

    Muxalifet4 - 23-02-2020

  7. Azadlıqda olan məhkuma "Dəyirman"da 3 güllə vuruldu - BAKIDA SİLAHLI İNSİDENT

    Bakının Binəqədi rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib.
    Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.
    Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır.
    ***

    Muxalifet4 - 23-02-2020

  8. İsrailin Çindəki səfiri karantinǝ alındı - KORONAVİRUSA GÖRƏ

    İsrailin Çindəki səfiri Zvi Heifetz koronovirusunun yeni növünə yoluxmuş Cənubi koreyalı zəvvarlarla eyni reyslə uçub.

    Bu barədə “Walla” nəşri məlumat yayıb. Qeyd olunub ki, səfir Cənubi Koreya vətəndaşlarını Seula aparan təyyarədə olub.

    Nəticədə diplomatın iki həftə ərzində öz evində karantində saxlanılması barədə qərar qəbul edilib.

    “Report” bildirir ki, zəvvarlarla təmasda olduğuna görə, İsraildən olan 30 məktəbli və iki müəllim də karantinə alınıb.

    Muxalifet4 - 23-02-2020

  9. Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib.

    "Yeni Sabah" bildirir ki, bu, S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub.

    V. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb.

    Muxalifet4 - 23-02-2020

  10. Universitet tələbəsi intihar edib - FOTO

    Sumqayıtda dəhşətli hadisə baş verib.

    Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu özünü dənizə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdlrma) maddəsi ilə iş açılıb.

    Hadisənin səbəbləri araşdırılır.

    Muxalifet4 - 23-02-2020

  11. İtaliya idman tədbirlərini ləğv etdi - KORONAVİRUSA GÖRƏ

    İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.
    Bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.
    Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.
    Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də ertələnib.

    Muxalifet4 - 23-02-2020

  12. "İMİCİMİ ZƏDƏLƏYƏN MƏSƏLƏLƏR ARADAN QALXDI" - Fərəc Quliyev yenidən seçkiyə qatılacaq

    “Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə imicimi zədələyən məsələlər aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm”.

    Muxalifet.az Azvision.az-a istinadən xəbər verir ki, bunu 32 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib.

    Muxalifet4 - 23-02-2020

  13. Neftçala feodalları: “doxdur Telman” və “maliyyə Rəşid”

    Xəbər verildiyi kimi DTX fevralın 20-də Neftçalada rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və digər yüksək vəzifəli şəxslərin həbsi ilə nəticələnən xüsusi əməliyyat keçirib. Həbs olunanların arasında rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da var. O, əməliyyatçılara etiraf edir ki, hər ay icra başçısına 2 min manat haqq ödəyirdi.

    Muxalifet4 - 23-02-2020

  14. Özünün düzəltdiyi raketlə kosmosa uçmaq istəyən həvəskar astronavtın ölüm anı - ANBAAN VİDEO

    Məşhur həvəskar mühəndis və astronavt, “Ağılsız Mayk” (Mad Mike) ləqəbi ilə tanınan Mayk Hyuz ötən gün ABŞ-da ölüb.  

    O, Kaliforniya ştatının Barstou şəhərindəki səhralıqda təcrübə uçuşu edərkən raketinin partlaması və paraşütünün sıradan çıxması nəticəsidə yerə çırpılıb və həlak olub.  

    Muxalifet4 - 23-02-2020

  15. Tramp keçmiş müşavirini “satqın” adlandırdı

    ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu “satqın” adlandırıb.

    “The Washington Post” xəbər verir ki, ölkə başçısı Boltonun kitabının nəşrinə icazə verilməməsi üçün çağırış edib.

    Tramp hesab edir ki, kitabda Ağ Ev ekspertləri tərəfindən aparılmış araşdırmanın nəticələri ilə bağlı gizli məlumatlar var.

    Mütəxəssislər kitabdakı bəzi informasiyaların “tam məxfi səviyyədə” olduğunu müəyyən ediblər.

    Muxalifet4 - 23-02-2020

  16. İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 8 ölü, 21 yaralı

    İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Van şəhərində insan tələfatına və dağıntılara yol açıb.

    Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, Vanın Başkale rayonunda kərpic evlər uçub. Zəlzələ nəticəsində 8 nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb.

    Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə bildirib ki, dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir.

    Dağıntılar altında qalan insanlar çıxarılarkən o da məlum olub ki, xeyli sayda heyvan da tələf olub.

    Muxalifet4 - 23-02-2020

  17. SON DƏQİQƏ: XİN-dən İrana gedən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

    Xarici İşlər Nazirliyi (XİN) İrana səfər edən vətəndaşlara müraciət edib.

    Müraciətdə bildirilir:

    Muxalifet4 - 23-02-2020

  18. Avropada Xocalı soyqırımına həsr olunmuş Ümumavropa Qarabağ Mitinqi keçirilib - FOTO/VİDEO

    Almaniyada Xocalı soyqırımına həsr olunmuş Ümumavropa Qarabağ Mitinqi keçirilib.  

    “Haber Global” xəbər verir ki, Avropanın müxtəlif ölkələrindən gələn minlərlə azərbaycanlı paytaxt Berlində toplaşıb.  

    Soydaşlarımız Xocalı soyqırımını bir daha anıblar. 

    Mitinqdən hazırlanmış geniş süjeti təqdim edirik.

    Muxalifet4 - 23-02-2020

  19. Magistir olmaq istəyən iki nəfər imtahandan xaric edildi - DİM-dən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb.

    İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

    Muxalifet4 - 23-02-2020

  20. Astara gömrük postunda da keçid dayandırıldı - KORONAVİRUS TƏHLÜKƏSİ / Yenilənib

    Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

    Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

    Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək./report

    **

    Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

    "Report" xəbər verir ki, məntəqənin nə vaxt açılacağı məlum deyil.

    Muxalifet4 - 23-02-2020

Pages