Axtarış

The search found 105849 results in 0.047 seconds.

Search results

  1. MSK İsa Qəmbərin şikayətini araşdıracaq

    Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 19 saylı Nərimanov seçki dairəsindən namizəd İsa Qəmbərin şikayətinə baxılıb.

    MSK üzvü bildirib ki, həmin şikayətin araşdırılması üçün vaxtın uzadılmasına ehtiyac var. Səsvermə ilə bu şikayətin araşdırılmasının davam etdirlməsinə qərar verilib.

    Həmin dairə üzrə lider keçmiş deputat Hikmət Məmmədovdur (Babaoğlu).

    Muxalifet4 - 23-02-2020

  2. İranın Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb - YENİLƏNİB

    İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.
    Bunu Xoy şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Möctabı Kamari bildirib.
    Bundan əvvəl 36 nəfəri xəsarət aldığı açıqlanıb.

    ***

    Muxalifet4 - 23-02-2020

  3. Türkiyə İranla gömrük-keçid məntəqələrini bağladı

    Türkiyə tərəfi koronavirus təhlükəsi səbəbindən İranla gömrük-keçid məntəqələrini müvəqqəti bağlayıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Nazir bildirib ki, İranla sərhədin bağlanması ölkənin koronavirus üzrə Səhiyyə Elmi Təşkilatının qərarıdır.

    Qeyd edək ki, Türkiyə ilə İran arasında Ağrıda Gürbulak, Vanda Kapıköy və Hakkaridə Əsəndərə gömrük-keçid məntəqələri mövcuddur.

    Muxalifet4 - 23-02-2020

  4. Deputatın şirkətlərinin siyahısı yayıldı - SƏNƏDLƏR

    V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub.

    Muxalifet.az xəbər verir ki, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

    Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:

    1. “Humay Broyler" MMC - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

    Muxalifet4 - 23-02-2020

  5. Ermənistan da İranla sərhədini bağladı - TƏHLÜKƏ BÖYÜYÜR

    Ermənistan koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə İranla sərhədi iki həftəlik bağlayıb.

    Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

    O qeyd edib ki, İranda koronavirusa yoluxma və ölüm hadisəsindən sonra iki ölkə arasında təyyarə reysləri də müvəqqəti olaraq dayandırılıb.

    Muxalifet4 - 23-02-2020

  6. Erkin Qədirli münasibəti olduğu hakimiyyət nümayəndlərinin ADLARINI AÇIQLADI

    ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd əlaqəsi olduğu hakimiyyət nümayəndələrinin adlarını açıqlayıb.
    O, siyahını Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə cavab olaraq yayıb.

    “Cəbhəçilərin yaydığı yalanların yalan olduğu neçənci yalandan sonra sayılmağa başlayır? Nə qədər yalan danışmaq, yazmaq olar axı? Hələ saxta profillərdən yazıb məndən cavab tələb edirlər. Sadəlövh olanlar və ya səmimi yanılanlar olmasaydı, belə yalanlara heç zaman cavab verməzdim.

    Muxalifet4 - 23-02-2020

  7. Fəzail Ağamalıdan 11 məntəqənin nəticəsinin ləğvi haqda açıqlama - "ÜMUMİ NƏTİCƏNİ DƏYİŞMİR..."

    60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə lider namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsinə münasibət bildirib.

    F.Ağamalı Pravda.az-a açıqlamasında deyib ki, bu, həmin seçki dairəsində ümumi nəticələri dəyişmir:

    Muxalifet4 - 23-02-2020

  8. Azərbaycanda koronavirus yayılması haqda ŞOK SƏS YAZISI - Səhiyyə Nazirliyi dərhal reaksiya verdi...

    "Sosial şəbəkələrdə koronovirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib".

    Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

    Muxalifet4 - 23-02-2020

  9. Natiq Cəfərlinin dairəsində 11 məntəqənin nəticəsi ləğv edildi - MSK-nın QƏRARI NƏYİ DƏYİŞDİ...

    Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd, “REAL”çı Natiq Cəfərlinin və "Müsavat"çı Elman Quliyevin şikayətinə baxılıb.
    Muxalifet.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov dünənki iclasdan öncə N.Cəfərlini gözlətdikləri üçün ona üzrxahlıq edib:
    “Ona görə sizin borcunuzdan çıxmaq üçün dedim, bu gün sizi növbədənkənar qabağa salaq”.

    Muxalifet4 - 23-02-2020

  10. "Qalatasaray" "Fənərbaxça"nı səfərdə məğlub etdi - 21 İL SONRA

    Türkiyə liqasının "Fənərbaxça" - "Qalatasaray" derbisi qonaqların qələbəsi ilə başa çatıb.

    Muxalifet.az xəbər verir ki, "Qalatasaray" klubu 21 il sonra səfərdə qələbə qazanıb.

    Muxalifet4 - 23-02-2020

  11. Ərdoğan 3 ölkənin lideri ilə görüşə hazırlaşır - İDLİB MƏSƏLƏSİNDƏ ANLŞAMA OLACAQ?

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Rusiya, Almaniya və Fransa liderləri ilə Suriyanın idlib vilayətindəki vəziyyəti müzakirə edəcəyini bildirib.

    "Biz martın 5-də bir ayara gəlib, bu məsələni gündəmə gətirəcəyik" - deyə, Ərdoğan cümə günü Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışılarından sonra televiziya çıxışı zamanı bildirib.

    Muxalifet4 - 24-02-2020

  12. "Fənərbağça"nın baş məşqçisi istefa verdi

    Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

    Bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.

    Xatırladaq ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

    Muxalifet4 - 24-02-2020

  13. Bir adamın adına 200 şirkət, bir ünvanda 355 şirkət... - AZƏRBAYCANDA TENDER FIRILDAQÇILIĞI / Şok faktlar

    Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər "tender qəhrəmanlarının" özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir.

    Muxalifet4 - 24-02-2020

  14. Sərhəddə növbəti erməni təxribatı: ƏSGƏRİMİZ ŞƏHİD OLDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. 

    Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 

    Muxalifet4 - 24-02-2020

  15. İrandan qayıdanlarda virus aşkar edildi! - Bəhreyn və Keveytdən qorxunc xəbərlər gəlir

    Bəhreynin rəsmi BNA informasiya agentliyi ölkədə ilk koronavirusa yoluxma halının qeydə alındığını açıqlayıb.

    Küveytin KUNA rəsmi indormasiya agentliyinin məlumatında isə İranın Məşhəd şəhərinə səfərdən qayıdan 3 nəfərdə virus aşkar edildiyi bildirilir./Hurriyyet.org

    Muxalifet4 - 24-02-2020

  16. Azərbaycanda həkim saxlanıldı - KORONOVİRUS XƏBƏRİNİ YAYDIĞI ÜÇÜN

    "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan şəxs müəyyənləşib.  

    Muxalifet.az haqqın.az-a istinadla xəbər verir ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

    Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb. 

    Muxalifet4 - 24-02-2020

  17. BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... - Daha hansı icra başçılarının biznesləri var? / FOTOLAR

    Neftçala rayonunun bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan icra başçısı İsmayıl Vəliyevin rüşvət və korrupsiya ilə bərabər, həm də bizneslə məşğul olduğu üzə çıxıb. Rayon ərazisindəki bir böyük bazar da daxil olmaqla, başçıya aid biznes obyektlərinin siyahısı açıqlanıb.

    Lakin sözsüz ki, Neftçala heç də Azərbaycanın ən varlı rayonu hesab edilə bilməz. Yəqin ki, İ.Vəliyevin özü də ən böyük biznesi və ən çox obyektləri olan icra başçısı deyil.

    Muxalifet4 - 24-02-2020

  18. Ərdoğan rus gəmilərinə qadağa qoyacaq – SENSASİON İDDİA

    Rusiyanın “Nezavisimaya qazeta” nəşri Türkiyə-Rusiya əlaqələri ilə bağlı inanılmaz iddia ilə çıxış edib.

    Qəzetdə yayımlanan məqalədə Ankaranın İdlibdə gərginliyə, daha dəqiq desək, Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərnin keçidinə məhdudiyyət qoyacağı iddia edilib.

    “Ankara Rusiya üçün boğazı bağlayacaq” başlıqlı məqalədə Ərdoğanın Rusiya planlarını dəstəkləməkdən imtina etdiyi vurğulanıb:

    Muxalifet4 - 24-02-2020

  19. Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı – NAZİRDƏN YENİ TƏYİNAT / FOTO

    Bakı şəhər Yasamal rayon 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova işdən çıxarılıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə F.Həsənova vəzifədən azad edilib. Onun yerinə Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Rəşad Alcanov təyin edilib.

    Qeyd edək ki, mətbuatda Firəngiz Həsənova və oğlu barəsində bir neçə dəfə qalmaqallı məlumatlar yayılıb.

    Muxalifet4 - 24-02-2020

  20. ŞİMALİ KOREYADAN ŞOK QƏRAR - 380 xarici ölkə vətəndaşını...

    Şimali Koreyada dünyanı qorxudan korona virusu ilə bağlı tədbirlər çərçivəsində ölkədəki 380 nəfər əcnəbi vətəndaş karantində saxlanılır.

    “Yonhap” informaiya agentliyi həmin şəxslərin çoxunun Pxenyanda xidmət edən diplomatlar olduğunu bildirib.

    200 nəfərə qədər əcnəbi vətəndaş son 30 gündə qaldıqları yerdən çıxmırdılar. Bu müddət bitdikdən sonra karantin dövrü uzadılıb.

    Şimali Koreyada indiyə qədər Kovid-19 virusuna yoluxma halı qeydə alınmayıb. Yeni karantinin nə qədər davam edəcəyi isə hələlik bəlli deyil.

    Muxalifet4 - 24-02-2020

Pages