Axtarış

The search found 105849 results in 0.035 seconds.

Search results

  1. "Baş Prokurorluqdan dedilər ki, təcili qan analizi verməliyik" - NƏRMİNİN VALİDEYNLƏRİ BAKIYA ÇAĞIRILDI / VİDEO

    Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin valideynləri, bacıları Bakıya gəlib.
    Muxalifet.az
    xəbər verir ki, news24.az-ın redaksiyasında olan ailə paytaxta gəlmə səbəbləri və digər məqamlara aydınlıq gətiriblər. Ürəyi dolu olan ata, ana danışmağa, ağlamağa, dərdini deməyə adam axtarırmış kimi söhbətə başladılar.

    "Mənim uşağım necə yanıbsa, o adam da elə yanmalıdır"

    Muxalifet4 - 21-02-2020

  2. “Putin koronavirusdan təhlükəlidir” - KEÇMİŞ PREZİDENTDƏN QALMAQALLI AÇIQLAMA

    Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Twitter” səhifəsində Rusiya dövlət başçısı haqda fikirlərini yazıb. O, Vladimir Putini koronavirusdan daha təhlükəli adlandırıb.
    Bizimyol.info xəbər verir ki, Poroşenko növbəti dəfə Putin haqda pis düşündüyünü göstərib.

    Keçmiş prezident yazıb: “Təəssüf ki, indiki hakimiyyət virusologiyaya yüklənib və ənənəvi olaraq Putinin hücumlarınnın üzərindən sükutla keçir. Halbuki Putin koronavirusdan da təhlükəlidir”.

    Muxalifet4 - 22-02-2020

  3. "Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" — Salyan sakinlərindən ÇAĞIRIŞ

    Salyan rayonundan olan bir qrup iş adamı və yerli sakinlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Neftçalada vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı keçirdiyi əməliyyatı təqdir ediblər. 

    Rayon camaatı DTX-nın bu cür əməliyyatlar keçirməsini alqışlayıb.

    Həmçinin, sakinlər qeyd ediblər ki, Salyanın sabiq icra başçısı Tahir Kərimov da dövlət tərəfindən ciddi yoxlanılmalıdır. 

    Sakinlərin sözlərinə görə, Tahir Kərimov Salyanın icra başçısı işlədiyi dövrlərdə korrupsioner əməllərinə görə heç də İsmayıl Vəliyevdən geri qalmayıb. 

    Muxalifet4 - 22-02-2020

  4. “Qaçqınları gül-çiçəklə qarşılayan almanlar indi onların getməsini istəyir” – Azərbaycanlı mühacirdən ilginc müsahibə

    “Radikal sağlar o qədər təhlükəli olub ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlirlər”
    Almaniyanın Hanau şəhərində 11 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi bu ölkədə son illər baş qaldıran irqçiliyi yenidən gündəmə gətirib. Bu ölkədə yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu “Yeni Müsavat”ın mövzu ətrafındakı suallarını cavablandırıb:
    -  Fərahim bəy, Almaniyadakı irqçilik həqiqətən mətbuatda iddia edildiyi qədər təhlükəli səviyyədədirmi?

    Muxalifet3 - 22-02-2020

  5. DTX-nın həbs etdiyi icra başçısını hansı cəza gözləyir?

    İrəli sürülən ittihamlar öz təsdiqini taparsa, Neftçalanın vəzifəsindən azad edilən icra başçısı İsmayıl Vəliyevi ağır cəza gözləyir.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  məlumatında qeyd olunur ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli bilinir.

    Oxu.Az-ın məlumatına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aiddir.

    Muxalifet4 - 22-02-2020

  6. Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – VİDEO

    23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb.

    Videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib.

    4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını bildirir.

    Muxalifet4 - 22-02-2020

  7. Həbs edilən icra başçısının bacısı general imiş - O, UZUN MÜDDƏT...

    Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin hökumət strukturlarında çoxsaylı qohumları çalışır.

    Muxalifet4 - 22-02-2020

  8. Tutulan icra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim” - VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda “təhsil biznesi şəbəkəsi” qurubmuş.

    Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az DTX-nin yaydığı əməliyyat çəkilişlərinə istinadən xəbər verir.

    Belə ki, sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələr üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir.

    Muxalifet4 - 22-02-2020

  9. DƏHŞƏTLİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏYİK - İranda sürətlə yayılan koronavirus epidemiyası ölkəmizə sıçraya bilər / ŞOK VİDEOLAR

    Çində ortaya çıxıb dünyanı qasıb-qovuran koronavirusu artıq cənub qonşumuz İranda da can almağa başlayıb.

    Ovqat.com xəbər verir ki, rəsmi məlumatlara görə, İranda bu virusdan ölənlərin sayı 5-ə yüksəlib. 750 xəstədən analiz alınıb və onlardan  18-də korona virusu təsbit edilib.

    Qeyri-rəsmi qaynaqlar isə ölənlərin və virus daşıyıcılarının qat-qat çox olduğunu iddia edirlər.

    Muxalifet4 - 22-02-2020

  10. Rusiya Belarusiyanı "udmağa" çalışır: PUTİN LUKAŞENKODAN QİSAS ALACAQ? / TƏHLİL

    Vladimir Putin növbəti səlahiyyət müddətinin sona çatacağı 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq üçün ölkəsinin konstitusiyasını dəyişdirmək qərarına gəldi. Yəqin ki, bunda xüsusi bir yenilik yoxdur. Lakin "Bloomberg" bu yaxınlarda rus diktatorunu bu addımı atmağa nəyin səbəb olduğu barədə məlumat verdi.

    Muxalifet3 - 22-02-2020

  11. "Əli İnsanov başladığı işi müvəffəqiyyətlə başa çatdıracaqsa, o, nədən müxalifətin lideri olmasın?!" – SƏRDAR CƏLALOĞLU

    "Qısa müddət ərzində müxalifətin bir araya gəlməsi və xalqı demokratiya uğrunda mübarizəyə cəlb etmək istiqamətində addımlar atılacaq"
     
    "Rusiya və Avropada yaşayan azərbaycanlıları da təşkilatlandırmalı, Azərbaycan naminə hamının bu ideya ətrafında birləşməsinə çalışmalıyıq"
     

    Muxalifet4 - 22-02-2020

  12. İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..."

    Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.
     
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib.
     

    Muxalifet4 - 22-02-2020

  13. MSK parlament seçkiləri ilə bağlı şikayətləri gələn həftə yekunlaşdıracaq

    Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.
     
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.
    Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır.

    Muxalifet4 - 22-02-2020

  14. NİZAMİNİN İCRA BAŞÇISI ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR? - Arif Qasımov haqda şok iddia / Fotofakt

    “Bilirəm ki, DTK səhifəmi izləyir. Olsun, bu, onların işidi... Sayğıdəyər DTK, işverənlik kimi çıxmasın, gözünüzü dörd açın: Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğlu ölkədən qaçmağa hazırlaşır”. 

    Hurriyyet.org xəbər verir ki, bu barədə Elçin İlqaroğlu adı ilə çıxış edən Fərməz Novruzoğlu özünün “feysbuk” səhifəsində paylaşım edib.

    “Heyifdi o kasetlərə, nə qədər əziyyət çəkmisiniz. Biz izləyiciləri bu tamaşadan məhrum etməyin!”,-İlqaroğlu əlavə edib.

    Muxalifet4 - 22-02-2020

  15. Xətaidə iki seçki dairəsinin ləğvi icra başçısını “bitirir” - RAFİQ QULİYEV SEÇKİNİ KİMİN TAPŞIRIĞI İLƏ SAXTALAŞDIRIB... / Şok iddialar

    Son illərdə sakinlərin ən çox narazılıq etdiyi rayonlardan biri, bəlkə də birinicisi Xətaidir. Keçmiş icra başçısı Razim Məmmədovun rəhbərliyi dönəmində bu royonun “oğru qanunları” ilə idarə olunduğu çoxlarına bəllidir. Təsadüfi deyil ki, bu səbəbdən də ölkə rəhbərliyinə barəsində ən çox şikayət olunan başçılardan biri də məhz Razim Məmmədov idi. Doğrudur, bu şikayətlərin əksəriyyəti gedib ünvanına çatmırdı.

    Muxalifet4 - 22-02-2020

  16. İCRA BAŞÇISI VƏ DİGƏRLƏRİ HAQDA MƏHKƏMƏ QƏRARI - İsmayıl Vəliyev 4 ay müddətində həbs olundu... / YENİLƏNİB

    Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

    APA-nın məlumatına görə, keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    ***
    saat 16:50 

    Muxalifet4 - 22-02-2020

  17. "Hakimiyyətlə əlaqələrim heç zaman sirr olmayıb" - ERKİN QƏDİRLİ

    Seçkilərdə qələbəsi elan olunmuş REAL Partiyasının üzvü Erkin Qədirli hakimiyyətlə əlaqələrinin olması barədə ittihamlara cavab verib.

    Bununla bağlı E.Qədirli bir sıra məqamlara aydınlıq gətirib.

    “Birincisi, hər kəs yalnız öz təşkilatını sata bilər. Məsələn, mən heç cür AXCP-ni və ya başqa müxalifət partiyasını sata bilmərəm, çünki onların qarşısında heç bir öhdəliyim yoxdur. Mən, nəzəri olaraq, ancaq ReAl-ı sata bilərəm ki, belə bir şey baş verərsə, bundan ancaq ReAl-çılar narahat ola bilərlər.

    Muxalifet4 - 22-02-2020

  18. "Qadınsan, get bozbaşını bişir" - MSK RƏSMİSİNDƏN XANIM NAMİZƏDƏ QALMAQALLI SÖZLƏR

    Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb.

    Muxalifet.az xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib. 

    Məlumata əsasən, qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, "Ramiz müəllim verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb.

    Muxalifet4 - 22-02-2020

  19. Xırdalanda yeni bina tikintisi narazılıq yaratdı – VİDEO

    Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 25-ci məhəllədə yaşayan sakinlər evlərinin arxasında tikinti işlərinin aparılmasından narazıdırlar. 

    Sakinlər "Report"a bildiriblər ki, tikinti heç bir normaya uyğun aparılmır və onlara hər hansı bir sənəd təqdim olunmayıb.

    Muxalifet4 - 22-02-2020

  20. Koronavirusun əlamətləri nədir və necə qoruna bilərik? – VİDEO

    Dünya ölkələrində sürətlə yayılan koronavirus qonşu ölkə İrana da çatdı. Artıq Qum şəhərində 12 nəfərin dünyasını dəyişdiyi bildirilir.

    Bu virusa yoluxmanın əlamətləri və ondan qorunma yolları ilə bağlı ətraflı bilgini Medicina.az-ın hazırladığı videoçarxdan əldə edə bilərsiniz.

    Muxalifet4 - 22-02-2020

Pages