“Bəşər Əsədi Rusiyaya qaçmaq fikrindən o, daşındırdı” - İRAN GENERALINDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
3132

Suriya prezidenti Bəşər Əsədin istefa verib, ölkədən qaçmasına general Qasım Süleymani mane olub.
 
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələri nəzdindəki Dini Əsərlərin Restavrasiyası Şöbəsinin sabiq sədri briqada generalı Plarek deyib.
 
Fars xəbər agentliyinə müsahibə verən Həsən Plarek bunları deyib:
 
“Bəşər Əsəd az qala qaçqına çevrilib ölkəsini tərk edəcəkdi. Lakin Qasım Süleymani onu bu fikirindən daşındırdı."
 
İİKK-nın komandiri Güləli Babayi də “Başlıqların xəbəri” kitabında Suriyadakı döyüşlərdən öldürülən komandirlərdən Hüseyn Həmədaninin bu sözlərinə yer verib:
 
“O gecə vəziyyət çox qarışıq idi. Əsəd işinin bitdiyini düşünürdü. Rusiya kimi bir ölkə qaçmağı planlayırdı”.
 
Qeyd edək ki, 58 yaşlı Plarek Qasım Süleymaninin 40 illik dostu olub.