Axtarış

The search found 105849 results in 0.04 seconds.

Search results

  1. "Azərbaycanda ciddi siyasi böhran yaşana bilər" - FƏZAİL AĞAMALIDAN TƏHDİD KİMİ AÇIQLAMA

    Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub.

    Muxalifet4 - 14-02-2020

  2. Siyavuş Novruzovun orden və medalları ilə bağlı MARAQLI FAKTLAR

    Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası dövründə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sinəsində orden və medallarla fotosunun yayılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

    Sosial şəbəkə istifadəçiləri Siyavuş Novruzovun həmin fotonu paylaşaraq bu mövzuda müxtəlif iddialar səsləndirirlər. Fotonu saxta hesab edənlərlə yanaşı, həqiqət sayanlar və YAP yetkilisinin hansı xidmətlərinə görə təltif edildiyini sorğulayanlar da var.

    Muxalifet4 - 14-02-2020

  3. MSK sabah seçkilərlə bağlı daha bir neçə şikayətə baxacaq

    Sabah - fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.

    Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

    Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

    - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

    Muxalifet4 - 14-02-2020

  4. "Mitinq üçün Lökbatandakı yer ayrılıbsa, oraya getmək lazımdır" - ERKİN QƏDİRLİ

    "Bizim toplumda yertanımayla bağlı ciddi problem var".

    Bunu 16 saylı Yasamal seçki dairəsinin lider namizədi, REAL-çı Erkin Qədirli "Facebook" hesabında paylaşım edib.

    E.Qədirli bildirib ki, mitinq üçün Lökbatanda yer ayrılıbsa, ora da getmək lazımdır:

    Muxalifet4 - 14-02-2020

  5. "Bunlar yaşlarından, başlarından niyə utanmadılar?" - AFAQ BƏŞİRQIZI YAŞLI DEPUTATLAR HAQDA

    Məlum olduğu kimi, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanıb. Və bir sıra dairələrdə ləğvetmə və araşdırma proseslərinə baxmayaraq, əksər millət vəkillərinin adları demək olar ki, məlumdur.

    Muxalifet.az xəbər verir ki, tanınmış insənət xadimi Afaq Bəşirqızı bəzi dairələrdə nəticələrin saxtalaşdırılmasına kəskin münasibət nümayiş etdirərək bu dəfə də qətiyyətli fikirlər səsləndirib:

    Muxalifet4 - 14-02-2020

  6. Asim Mollazadənin də nəticələri ləğv oluna bilər

    Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı quruma ünvanlanan şikayətlərin araşdırılması davam edir.

    Sabah Komissiyanın növbəti iclası keçiriləcək və bəzi dairələr haqqında yekun qərar veriləcək.

    Muxalifet.az xəbər verir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, müzakirəyə çıxarılacaq dairələrdən biri də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin qalib elan olunduğu 22 saylı Nəsimi ikinci seçki dairəsidir.

    Muxalifet4 - 14-02-2020

  7. "Nəzarət bərpa olundu, loyallar arxayın edildi, sistem özünü təsdiqlədi" - AZƏRBAYCANDA NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR

    Hakim Yeni Azərbaycan Partiyası dekabr ayının 2-də gözlənilməz addım ataraq Milli Məclisin özünü buraxması üçün təşəbbüs göstərdi.

    Rəsmi səbəb belə idi ki, Milli Məclisin fəaliyyəti prezidentin bəyan etdiyi islahatlar xəttinə uyğun deyil. Bundan iki gün sonra Azərbaycan Konstitusiya Məhkəməsi bu qərarın ölkə Konstitusiyasına uyğunluğunu təsdiq etdi.

    Muxalifet4 - 14-02-2020

  8. Sabah Paşinyan Əliyevlə görüşəcək - ALMANİYADA QARABAĞ MÜZAKİRƏLƏRİ

    Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti Ilham Əliyev  ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirə keçiriləcək.

    Konfrans təşkilatçıları bildiriblər ki, Əliyev və Paşinyani Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

    Həmin mənbəyə görə, debat yerli vaxtla saat 17: 30-dan 18: 15-dək keçiriləcək.

    Müzakirənin moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Celeste Wallander olacaq. 

    Muxalifet4 - 14-02-2020

  9. MSK-nın qarşısındakı aksiyanı çəkən jurnalistlərə XƏBƏRDARLIQ EDİLDİ - "Dedilər ki, biz videoları xaricə - ermənipərəst qüvvələrə ötürürük"

    Bir qrup müstəqil jurnalistlər, - Nurlan Cəfəri, Nurlan Qəhrəmanlı, Rafael Hüseynzadə və Əvəz Hafizli Bakı Şəhər Prokurorluğuna dəvət olunaraq xəbərdarlıq olunublar.

    Bu barədə frelanser jurnalistlərin özləri məlumat veriblər.

    Jurnalistlərin sözlərinə görə, onlar fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında aksiyaya görə xəbərdarlıq olunub.

    Muxalifet4 - 14-02-2020

  10. Məşədibaba özünü niyə yandırdı? - Məşhur meyxanaçının SİRLİ HƏYATI

    Ötən gün məşhur meyxanaçı Məşədibabanın doğum günü idi.

    Muxalifet.az kulis.az-a istinadən bu münasibətlə meyxanaçı haqqında maraqlı faktları təqdim edir.

    Muxalifet4 - 14-02-2020

  11. Rusiyada daha 3 nəfər koronavirus karantinindən qaçıb

    Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa görə karantində saxlanılan daha 3 nəfər Botkinsk xəstəxanasından qaçıb.

    Rusiya KİV-ləri xəbər verir ki, qaçanlar iki qadın, bir kişidir. Onlar saxlanılıb və profilaktik söhbətlər aparılıb. Bundan sonra xəstələrdən 2-si müalicəyə davam etməyə razılıq verib. Üçüncü şəxs isə bunu istəməyib. Bu səbəbdən onu məhkəmə prosesi gözləyir.

    Xatırladaq ki, daha əvvəl də adıçəkilən xəstəxanadan 32 yaşlı qadın da qaçmışdı. Çindən qayıdan qadın koronavirus şübhəsi ilə xəstəxanada saxlanılırdı./Virtualaz.org 

    Muxalifet4 - 15-02-2020

  12. Türkmənbaşıdan yeni qərar: "Hasarlarınızı sökün!"

    Türkmənistanın paytaxtı Aşqabad şəhərində ev sahiblərinə həyətyanı hasarların sökülməsi üçün iki həftə vaxt verilib.

    Bu barədə “Xronika Turkmenistana” xəbər yayıb.

    Bildirilir ki, qərara tabe olmayanlar “hökumət siyasətinə qarşı çıxdığına görə” maddəsi ilə məhkəməyə veriləcək.

    Aşqabad sakinləri isə bu yeni qərardan narazılıqlarını bildirirlər. Onlar hasarların söküləcəyi halda oğurluq hadisələrinin artacağından narahatlıqlarını ifadə ediblər./Oxu.az

    Muxalifet4 - 15-02-2020

  13. “Gənclər fərdi şəkildə özlərini ifadə edə bilirlər, ancaq...” - “BİZDƏ ESTAFETİN GƏNCLƏRƏ VERİLMƏSİ PROBLEMİ YAŞANIR”

    Mehman Əliyev: “Gənc namizədlər bu seçkidə daha yaxşı görünür və daha çox sevilirdilər...”

    Növbədənkənar parlament seçkisi bundan əvvəlki seçkilərdən bir çox cəhətlərilə yanaşı, çoxlu sayda gənc namizədlərin iştirakı ilə də fərqləndi. Bəzən belə gənclər öz mübarizə əzmlərilə heç də uzun illər siyasətdə olan namizədlərdən geri qalmadıqlarını da göstərdilər.

    Muxalifet4 - 15-02-2020

  14. Azərbaycanda deputatlığa namizədi ölümlə hədələdilər - ŞOK SƏS YAZISI

    82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizəd, telejurnalist, Qarabağ qazisi Sənan Abdullayev ölümlə hədələnir.

    Muxalifet4 - 15-02-2020

  15. "Məqsədimiz İqbal Ağazadə, ya da başqası ilə savaşmaq deyil..." — Rauf Arifoğlu

    35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini verərək, qalib olmuş Rauf Arifoğlunun Seçki Qərargahının İşçi Qrupu toplantı keçirdib.

    Musavat.com xəbər verir ki, toplantıda dairənin nəticələrinin ləğv olunması ilə bağlı MSK-nın qərarı müzakirə olunub. Bundan başqa, gələcək fəaliyyət proqramının hazırlanması ilə bağlı məşvərət aparılıb.

    Muxalifet4 - 15-02-2020

  16. Çingiz Qənizadə yenidən namizədliyini verir - "Parlamentdə olmaq böyük şərəfdir"

    "Mənim üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur. Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi. Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum. Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır".

    Muxalifet4 - 15-02-2020

  17. AZƏRBAYCANDA İSLAHATLAR YAP-DAN BAŞLAMALIDIR - Partiya sədrlərindən açıqlama

    Seçki saxtakarlıqlarının arxasında hakim partiyanın uzun illərdir dəyişməyən simaları dayanır...

    Sərdar Cəlaloğlu: “Bu seçkilər İlham Əliyevin iradəsinə zidd keçirilib”

    Əli Əliyev: “Bu hakimiyyətin islahat aparmaq niyyəti yoxdur”

    Muxalifet4 - 15-02-2020

  18. Bakıda gecə klubunda DAVA - Mühafizəçi 35 yaşlı şəxsi xəstəxanalıq etdi

    Bakıda döyülmə hadisəsi baş verib.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" gecə klubunda qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

    Xəsarət alanın yaxınlarının sözlərinə görə, gecə klubunun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərək bədən xəsarətləri alıb.  

    O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. 

    Muxalifet4 - 15-02-2020

  19. Daha bir kruiz gəmisində kütləvi xəstəlik: 345 nəfər virusa yoluxdu

    ABŞ-da Fort-Loderdeyldən Cənubi Floridaya gedən kruiz gəmisi “Caribbean Princess”də 345 sərnişin xəstəliyə tutulub.
    NBC-nin yaydığı xəbərə görə, bu “Princess” şirkətinə məxsus gəmidə baş verən ikinci hadisədir.

    Muxalifet3 - 15-02-2020

  20. İsmayıllıda “vəkil” tutuldu: Əlilləri maşın növbəsinə “salacaqmış” - FOTO

    İsmayıllı rayonunda dələduz “vəkil” saxlanılıb.

    Muxalifet3 - 15-02-2020

Pages