Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. YAP-ın saxtakarlıqla "seçilən" deputatının ikili vətəndaşlığı var - RUSİYAYA XİDMƏT ETDİYİ İDDİA OLUNUR...

    İkram İsrafil: “Emin Hacıyev 11 namizəd içərisində ən az səs alacaq namizəd olmalıydı”

    Xaliddin Cahangirov: “Çox böyük saxtakarlıqla üzləşdik”

    Muxalifet4 - 15-02-2020

  2. "Öncə işğala son qoyulur, sonra normallaşma, daha sonra Qarabağın statusu..." - İLHAM ƏLİYEV

    ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.

    Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsində xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

    Muxalifet4 - 15-02-2020

  3. “Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov

    “Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi”.

    Muxalifet.az xəbər verir ki, bunu Media.az-a Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.

    O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır:

    Muxalifet4 - 15-02-2020

  4. Bu gün şəhid olan Seymurun FOTOSU

    Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

    "Qafqazinfo"nun məlumatına görə, Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. 

    Muxalifet4 - 15-02-2020

  5. İran ətrafında açıq oyun - TƏHLİL

    Mehman ƏLİYEV

    Muxalifet4 - 15-02-2020

  6. Ərdoğan Əsəd rejiminə vaxt verdi - “FEVRAL BİTMƏDƏN…”

    Bəşər Əsədə məxsus qüvvələr Soçi razılaşmasında qəbul edilən qərarlara riayət edənə qədər İdlib böhranı davam edəcək.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “İdlib böhranı həll edilmədikcə nə bölgədən sərhədlərimiz istiqamətində gələn insan axınının, nə də ki Türkiyədəki suriyalıların geri dönüşü mümkün olacaq. Əsəd rejimi təxribatı dayandırmalı və razılaşmalarda qeyd olunan sərhədlərə çəkilməlidir. Əgər belə olmasa, fevral ayı bitmədən lazım olanı edəcəyik”, – Ərdoğan bildirib.

    Muxalifet4 - 16-02-2020

  7. Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi - TÜRKİYƏ ORDUSUNA QARŞI?

    Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A “Solntsepyok” ağır odsaçan maşınları görünüb.

    Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən, TOS-1A “Solntsepyok” maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

    Muxalifet4 - 16-02-2020

  8. “ŞOYQU, GERASİMOV, MARŞAL HAFTAR VƏ “VAQNER” MUZDLULARI...” - Ərdoğan Rusiyanın hərbi elitasını ittiham etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Müdafiə naziri Sergey Şoyqu və “Vaqnerin özəl hərbi şirkəti”ni (VÖSŞ) Liviyada müharibə aparmaqda ittiham edib.

    Bu barədə Türkiyə lideri ilə reportajdan fraqmentlər yayımlayan NTV məlumat verib.

    Jurnalistlərlə söhbətində Türkiyə lideri Şoyqunun, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarın, habelə “Vaqnerin özəl hərbi şirkəti”nin rəhbəri adlandırdığı birinin bir yerdə çəkilmiş hansısa fotoşəkli haqda danışıb.

    Muxalifet4 - 16-02-2020

  9. "Paşinyan Ermənistanı gülünc vəziyyətdə qoydu" — Erməni yazardan ETİRAF

    Erməni yazıçısı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.

    Muxalifet4 - 16-02-2020

  10. Türkiyə mətbuatı: İlham Əliyevdən Paşinyana tarixi şillə / VİDEO

    Türkiyənin “HaberGlobal” televiziyası Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr haqqında süjet hazırlayıb.

    Süjetə “Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın Baş naziri Nikol Paşinyana tarixi şillə” adı verilib. KİV İlham Əliyevin arqumentlərə əsaslanan təmkinli danışığı ilə tez-tez dili topuq vuran, qarışıq ifadələrdən istifadə edən Paşinyanı müqayisə edərək şəksiz üstünlüyü İlham Əliyevə verib.

    Həmin süjeti sizə təqdim edirik:

    Muxalifet4 - 16-02-2020

  11. Gəncədə şəhidimizlə vida mərasimi keçirilir - FOTOLAR

    Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.

    Muxalifet4 - 16-02-2020

  12. Koronavirus qurbanlarının sayı 1600-ü ötdü

    Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb. Onlardan 1665-i dünyasını dəyişib, 9419-u sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

    Ayrıca Honkonqda 56 yeni yoluxma faktı qeydə alınıb (onlardan 1-i vəfat edib, 1-i sağalıb), Makaoda 10 infeksiyalı aşkar olunub (onlardan 3-ü artıq xəstəxanalardan buraxılıb), Tayvanda isə 18 nəfər bu virusa yoluxub (onlardan 1-i sağalıb).

    Muxalifet4 - 16-02-2020

  13. "Qərbi Azərbaycandan qovulan soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalıdır" - İRƏVAN AZADLIQ TƏŞKİLATI / Fotolar

    Yüz il əvvəl Qafqazda mürəkkəb hadisələr burulğanında baş verənlər qədim Azərbaycan şəhəri İrəvanın itirilməsi, Ermənistan adlı saxta dövlətin yaranması və onun paytaxtına çevrilməsi ilə nəticələndi. İri dövlətlərin himayə etdiyi bu qondarma dövlət Azərbaycandan iri ərazilərin qopardılması ilə daha da böyudüldu. 

    Muxalifet4 - 16-02-2020

  14. "Fövqəlnazir"in oğlunun daha bir şirkəti üzə çıxdı - TALE HEYDƏROV MƏŞHUR ŞİRKƏTİN PAYÇILARINDANDIR / Sənədlər

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun daha bir şirkəti üzə çıxıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    Muxalifet4 - 16-02-2020

  15. ​Əliyevlə Paşinyanın görüşünün VIDEOSU – Azərbaycan dilində

    Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

    Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.

    N.Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub.

    Muxalifet4 - 16-02-2020

  16. Prezident İlham Əliyev Paşinyanı məsxərəyə qoydu - MARAQLI DEBAT

    Prezident İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı maraqlı təklif irəli sürüb.

    Dövlət başçısı erməni xalqının ikinci dəfə öz müqəddəratını başqa torpaqlarda təyin etməsini məsləhət görüb:

    Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram...

    Muxalifet4 - 16-02-2020

  17. “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı” - ERMƏNİ POLİTOLOQ

    Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen şəhərində “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində keçirilən debat düşmən ölkədə böyük əks-səda doğurub.

    Erməni ekspertlər debat zamanı olduqca sönük və əzik görünən Nikol Paşinyanı sərt şəkildə tənqid edirlər. Bunlardan biri də politoloq, “Politekonomiya” araşdırma institunun direktoru Andranik Tevanyandır.

    Muxalifet4 - 16-02-2020

  18. Polis İlqar Məmmədovu saxladı - ReAL-dan AÇIQLAMA

    ReAL Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb.

    Bu barədə partiya üzvləri məlumat yayıblar.
     
    Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır.
     
    Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. 

    Muxalifet4 - 16-02-2020

  19. Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı - KORONAVİRUS ŞÜBHƏSİ

    Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş 6 Azərbaycan vətəndaşından 2-sində yüksək temperatur aşkarlanıb.

    Etibarlı mənbələrdən “Report”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

    Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

    Muxalifet4 - 16-02-2020

  20. "Azərbaycanda etirazçılara qarşı zorakılığa son qoyulsun!" - BEYNƏLXALQ TƏŞKİLATDAN AÇIQLAMA

    İnsan Hüquqları Evi Fondu (HRHF) fevralın 11-də Bakıda dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığı pisləyib.

    HRHF-nin bəyanatında deyilir ki, 2020-ci il  fevralın 11-də dinc etirazçılar  parlament seçkilərində saxtakarlıqla bağlı narahatlığını ifadə etmək üçün Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçiriblər.

    Muxalifet4 - 16-02-2020

Pages