Axtarış
The search found 105849 results in 0.087 seconds.
Search results
Bu Tiqran o Tiqran deyil: Paşinyan tarixi necə qarışdırdı – TƏHLİL
Bizim eradan əvvəl. Dünya böyük imperiyaların aramsız zəfər yürüşlərinə şahid olur, bəzi fatehlər yenilərək, özləri və səltənətləri tarix səhnəsindən silinir, digərləri isə qalib gələrək, torpaqlarının hüdudlarını ağılasığmaz miqyasda genişləndirirlər. Həmin təlatümlü dövrün məşhur sərkərdəsi, ermənilərin “Böyük Tiqran” adlandırdıqları, guya “Böyük Ermənistanın” çarı olduğunu iddia etdikləri I Tiqran yəqin ki, dünya tarixində ən çox haqsızlığa məruz qalmış sərkərdələrdən biridir.
Muxalifet4 - 17-02-2020
BDU-ya yeni mətbuat katibi təyin olundu
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Azvision.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin əmri ilə bu posta Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva təyinat alıb.
Qeyd edək ki, BDU-nun bundan əvvəlki mətbuat katibi Pərvanə İbrahimova idi. O, 20 illik fəaliyyətindən sonra universitetdəki işindən ayrılıb.Muxalifet4 - 17-02-2020
"NİYƏ SİZİN OĞLUNUZ..." - Amerikalı professordan Paşinyana sərt cavab - FOTO
Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu professor “Twitter”səhifəsində yazıb.
“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.
Muxalifet4 - 17-02-2020
"Məzahir Pənahovun bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı" - RAUF ARİFOĞLU
"Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm... Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)..."
Demokrat.az xəbər verir ki, bunu 35 saylı Xətai üçüncü semki dairəsindən lider namizəd elan edilmiş Rauf Arifoğlu bildirib.
Muxalifet4 - 17-02-2020
"Paşinyan o qədər sadəlövhdür ki, qalib mövqe əldə edəcəyinə inanır..." - SABİQ ERMƏNİ NAZİR MÜNHEN GÖRÜŞÜ HAQDA
“Münhendəki Paşinyan-Əliyev debatından məyus oldum”.
Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan bildirib. O vurğulayıb ki, heç vaxt Qarabağ məsələsində Paşinyandan müsbət irəliləyiş və ya qərar gözləməyib.Muxalifet4 - 17-02-2020
Əsəd qoşunları sürətlə irəliləyir, Ərdoğanla Putinin münasibətləri korlanır - SURİYADA DRAMATİK SİTUASİYA
Rusiyanın havadan raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri fevralın 16-da ölkənin Hələb vilayətində xeyli irəli gediblər, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar. Bəşər Əsədin devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə isə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq.
Muxalifet4 - 17-02-2020
ELDAR QULİYEVİN DAİRƏSİNDƏ DƏ SEÇKİNİN NƏTİCƏSİ LƏĞV OLUNA BİLƏR – Jurnalist Aygün Muradxanlı kütləvi saxtakarlıqla bağlı faktları MSK-ya təqdim edib
2020-ci il yanvar ayında Kooperasiya Universitetinin rektoru, deputatlığa namizəd Eldar Quliyevin 6-cı çağırış Milli Məclis üzvlüyünə iddialı olduğu haqda yazmışdıq. Qeyd etmişdik ki, 2000-ci ildən Azərbaycan parlamentində kök salan “Azərittifaq” sədri 4 dönəm deputat olsa da, təşviqat kampaniyaları dönəmi istisna olmaqla, heç vaxt seçicilərinin üzünü görməyib. Çünki onu hamı biznesmen kimi tanıyır. Məsələn, apardığımız sorğu əsasında deyə bilərik ki, bu iş adamını MM-də 3 dəfə təmsil etdiyi 28 saylı Sabunçu III Seçki Dairəsinin əksər seçiciləri tanımır.
Muxalifet4 - 17-02-2020
"Saxtakarlığa yol verənlərin işi prokurorluğa göndəriləcək" - MSK katibi
Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.
Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.
Muxalifet4 - 17-02-2020
Şəmkirlilər yeni seçki tələb edir: “Biz Sahibə Qafarovaya səs verməmişik” / VİDEO
Şəmkir şəhər sakinləri 98 saylı seçki dairəsindən Sahibə Qafarovanı seçmədiklərini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə saytın elekton poçtuna videomateriallar daxil olub. Həmin videolarda şəmkirlilər toplu şəkildə yığışaraq prezidentə müraciətlər ünvanlayıblar: “Şəmkir şəhərinin 98 saylı Seçki dairəsində saxtakarlıqlar olub. Biz Sahibə Qafarovanı bu günə kimi görməmişik. Aidiyyəti orqanlardan xahiş edirik ki, deputatımız Elfaq Səfərov olsun. Sahibə Qafarova heç vaxt problemlərimizi həll etməyib”.Muxalifet4 - 17-02-2020
Ümid Partiyasının Mətbuat Xidmətinə yeni rəhbəri təyin olundu
Bu gün Ümid Partiyasında yeni təyinat olub.
Belə ki, tanınmış jurnalist Elşad Barat partiyanın mətbuat xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.Muxalifet4 - 17-02-2020
Mirşahin deputatlığa namizəd olan jurnalistləri işdən çıxardı - SAXTAKARLIQ FAKTLARINI YAYDIQLARI ÜÇÜN
"REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.
Muxalifet.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:
"Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”.
Muxalifet4 - 17-02-2020
Azərbaycanlı idmançı "Survivor 2020"də dava etdi - VİDEO
"Survivor 2020" yarışmasında azərbaycanlı idmançı ilə digər iştirakçı dava edib.
Muxalifet.az xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə dalaşıb.
Buna səbəb Yasinin oyun zamanı kəskin reaksiyası olub. Pərviz əvvəlcə ona sakit olmasını söyləyib. Daha sonra isə Yasinin üzərinə gedən Pərviz "ağıllı ol" deyərək ona xəbərdarlıq edib.
Sonda Pərvizin komandası yarışda qalib gəlib. Yasin və Pərviz arasındakı gərginlik isə sona çatıb.
Muxalifet4 - 17-02-2020
"68 DSK ilə bağlı 385 videogörüntü var" - MƏZAHİR PƏNAHOV
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Bu günə qədər sosial şəbəkələrdə 68 Dairə Seçki Komissiyasının (DSK) 179 seçki məntəqəsi ilə bağlı 385 videogörüntü var.
Bunu fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılan iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”,-deyə MSK sədri bildirib..
Muxalifet4 - 17-02-2020
İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? - ATV-dən AÇIQLAMA
Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb. Yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.
Muxalifet.az bildirir ki, Azxeber.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.
Muxalifet4 - 17-02-2020
Bu qadın düz 500 il buzun içində qalıb - Alimləri şoka salan tapıntı / VİDEO
Buzda donaraq ölmək insanlar üçün ölümün ən qorxunc formalarından biridir. Amma, elm adamları və arxeoloqlar heç də belə fikirləşmir. Onlar buzları “ən yaxşı və etibarlı dost” adlandırırlar. Bu da səbəbsiz deyil. Buzlar bioloji cəhətdən tez xarab olan nəsnələri-heyvan və insan DNT-sini belə pozulmaqdan və çürüməkdən qoruyur.
Publika.az xəbər verir ki, "Demədi demə" yutub kanalının təqdim etdiyi videoda buzun bu xüsusiyyəti nəticəsində illərdir pozulmadan günümüzə qədər gələn 5 əsrarəngiz tapıntını izləyəcəksiniz.
Muxalifet4 - 17-02-2020
İlkin Həsəni işdən çıxarılması xəbərinə münasibət bildirdi - "...ÖZ ƏRİZƏMLƏ AYRILMIŞAM"
Televiziya aparıcısı İlkin Həsəni yazdığı statusa görə, ATV kanalından işdən çıxarılması haqqında məlumatlara münasibət bildirib.
Demokrat.az-ın məlumatına görə, aparıcı haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.
Muxalifet4 - 17-02-2020
Deputatlığa namizədlər yenidən etiraz aksiyası keçirib – VİDEO
Bu gün bir qrup depuatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirib.
Bizimyol.info xəbər verir ki, deputatlığa namizədlər Xalid Bağırov və Bəxtiyar Hacıyevin sözlərinə görə, seçki dairəsində səsvermə ciddi qanun pozuntuları şəratində keçib. Onlar saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb ediblər.
Polis dəstələri deputatlığa namizədlərdən və jurnalistlərdən ibarət qrupu MSK binasından uzaqlaşdıraraq, onların binaya girməsinə imkan verməyib.
Muxalifet4 - 17-02-2020
AZƏRBAYCANDA QADIN QUL BAZARI - Bir qadının dəyəri 5 manat... / VİDEO
Maştağa kəndində yerləşən qadınların fəhlə bazarı... Onlar buranı qadınların qul bazarı da adlandırırlar.
Muxalifet.az Baku.Tv-yə istinadən xəbər verir ki, bazar elə sözün hər iki mənasında bazardır. İş axtaran kim, bir-birinin işinə mane olan kim.
Bazarda işləyənlərin dediklərinə görə, bura hər gün 20-30 nəfər qadın gəlir. Hətta bu rəqəmin 40-50-yə çatan zamanları da olur.
Muxalifet4 - 18-02-2020
Azərbaycanlı məşhur blogeri Kiyevə buraxmadılar - MARAQLI SƏBƏB / VİDEO
Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənovu izləyicilərinin sayının çox olması səbəbindən Kiyevə buraxmayıblar.
Bu barədə Həsənov özünün "Instagram" səhifəsində yazıb. Həsənov altı saat Kiyev aeroportunda vaxt keçirəndən sonra geri qayıtmaq məcburiyyətində qalıb.
Muxalifet4 - 18-02-2020
Vasif Talıbovun oğlunun Dubayda "göydələni" üzə çıxdı - O, BU QÜLLƏYƏ ÖZ ADINI VERİB / FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun araşdırmasına görə, qüllənin rəsmi adı "Al Rza Tower"dir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.
Muxalifet4 - 18-02-2020