Axtarış

The search found 105849 results in 0.084 seconds.

Search results

  1. Türk ordusundan PKK-ya zərbə: 8 terrorçu məhv edildi

    Türkiyə ordusunun İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Muxalifet4 - 16-02-2020

  2. SEÇKİ SAXTAKARLIĞINA ETİRAZ MİTİNQİNDƏN ÖNCƏ SAXLANILANLARIN SİYAHISI - MSK polis tərəfindən mühasirəyə alınıb

    Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədar saxlanılan deputatlığa namizədlərin adları açıqlanıb.

    Muxalifet.az-ın xəbərinə görə, ReAL Partiyasının sədri İlqar Məmmədovdan sonra Müsavat başqanı Arif Hacılı, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov, Müsavat Partiyasının üzvləri Əlikram Xurşidov, Bakıxan Qəribli və Bayraməli Abdullayev  (Partiyanın səlahiyyətli nümayəndəsi) saxlanılıb.

    Muxalifet4 - 16-02-2020

  3. MSK-nın qarşısındakı aksiyada saxlanılanlar Kürdəmirə və Yevlaxa aparıldılar - FOTOLAR

    Bu gün bir qrup deputatlığa namizədin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirdiyi aksiya ilə əlaqədar saxlanılanlar sərbəst buraxılıblar.

    Muxalifet4 - 16-02-2020

  4. İlqar Məmmədovu Şamaxıda sərbəst buraxıblar - ÇÖLÜN DÜZÜNDƏ

    Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan ReAl Partiyasının sədri İlqar Məmmədov Şamaxıya aparılıb.

    Demokrat.az-ın xəbərinə görə, İ.Məmmədov orada sərbəst buraxılıb.

    Muxalifet4 - 16-02-2020

  5. "İsgəndər Həmidov koma vəziyyətindədir" - AÇIQLAMA

    "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır".

    Muxalifet.az xəbər verir ki, bu sözləri həkim Adil Qeybulla İsgəndər Həmidovun sağlıq durumu barədə dnışarkən bildirib. O, daha sonra bunları əlavə edib:

    Muxalifet4 - 16-02-2020

  6. Arif Hacılı sərbəst buraxıldı - HACIQABULU GƏZDİRİB, GƏTİRİB BAKI ƏTRAFINDA DÜŞÜRÜBLƏR

    Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə A.Hacılı özü məlumat verib. 
    O bildirib ki, 4 saat ərzində Bakı şəhərində və Hacıqabul rayonunadək avtomobillə gəzdirildikdən sonra bir qədər əvvəl bayraq meydanı yaxınlığında sərbəst buraxılıb.

    Muxalifet4 - 16-02-2020

  7. "Aksiyada saxlanılan və xəsarət alan olmayıb" - BAKI POLİSİ

    Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

    Bakı Şəhər Baş Polis İdarəsindən Demokrat.az-a verilən xəbərə görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. 

    Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

    Muxalifet4 - 16-02-2020

  8. “MÜNHEN DEBATI MƏNİ MƏYUS ETDİ” - Ermənistanın keçmiş müdafiə naziri

    “Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi”.

    Bu barədə Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz “Facebook” hesabında yazıb.

    O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:

    “Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı.

    Muxalifet4 - 16-02-2020

  9. Turşudan zəhərlənən ailənin daha bir üzvü öldü

    İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı üzvü reanimasiya şöbəsində ölüb.

    Muxalifet4 - 16-02-2020

  10. Rafael Ağayevdən MÖHTƏŞƏM QƏLƏBƏ - idmançımız növbəti qızıl medalını qazandı

    Dubayda Karate 1 Premyer Liqa turnirində çıxış edən Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti uğura imza atıb.

    “Report” xəbər verir ki, karateçimiz turnirdə birinci yer uğrunda Luici Busa (İtaliya) ilə döyüşüb.

    Döyüş Rafael Ağayevin qalibiyyəti ilə yekunlaşıb. Bununla da karateçimiz qızıl medal qazanıb.

    Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina Zaretska (68 kq) bürünc medal əldə edib. 

    Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.

    Muxalifet4 - 16-02-2020

  11. Çində koronavirusdan müalicə üçün dərman istehsalına başlanıb

    Fevralın 15-dən Çinin Çjetszyan əyalətində eni tip koronavirusla mübarizədə effektli ola biləcək ilk dərman preparatının kütləvi istehsalına başlanıb.

    APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, söhbət bundan əvvəl “Favipiravir”, yaxud “Avigan” adı ilə tanınan dərmandan gedir.

    Çin hökuməti “Zhejiang Hisun Pharmaceutica” şirkəti tərəfindən istehsal edilən “Favipiravir” preparatının bazarda satışa çıxarılmasına icazə verib.

    Muxalifet4 - 16-02-2020

  12. “Güldür güldür”ün konserti zamanı atışma - ÖLƏN VAR

    Almaniyanın paytaxtı Berlində silahlı atışma olub.

    Hadisə Türkiyənin “Güldür güldür Show” komediya şousunun keçirildiyi məkanın yaxınlığında baş verib.

    Məlumata görə, konsertdən çıxan şəxslərə 15 nəfərlik dəstə hücum çəkib. Tərəflər arasında atışma zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
    Hər iki dəstədə türklər olub. (sabah.az)

    Muxalifet4 - 16-02-2020

  13. Türkiyə ordusundan DƏHŞƏTLİ HÜCUM - Onlarla hərbçi həlak oldu

    Suriyada Türkiyənin dəstək verdiyi müxalif qüvvələr irimiqyaslı hücumlara başlayıb.

    Publika.az xəbər verir ki, müxaliflər Hələb və İdlib bölgələrində Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçün əks həmlə edib. Məlumata görə, Rusiya və İranın dəstək verdiyi Suriya ordusu son 24 saat ərzində 6 məntəqəni ələ keçirib. Hazırda Hələbin qərb cəbhəsindəki Meyzanez bölgəsində şiddətli toqquşmalar davam edir.

    Məlumata görə, döyüşlər zamanı çox sayda suriyalı hərbçi həlak olub. Suriya ordusunun hücumlarının qarşısı alınıb.

    Muxalifet4 - 16-02-2020

  14. ERMƏNİLƏR BU TARİXDƏ 80 DİNC SAKİNİ AMANSIZLIQLA QƏTRƏ YETİRİB, 9 NƏFƏRİ ƏSİR GÖTÜRÜB, 6 NƏFƏR... - Qaradağlı qətliamından 28 il ötür

    Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 28-ci ili tamam olur.
    APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

    Muxalifet4 - 17-02-2020

  15. Güləşçimiz Ermənistan təmsilçisinə qalib gəldi - AZƏRBAYCAN İDMANÇILARI 5 MEDALLA QAYIDIR

    Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

    “Report” xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.

    Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qələbə onun hesabına yazılıb. 

    Muxalifet4 - 17-02-2020

  16. Türk ordusu müharibəyə başladı - ƏSƏD QÜVVƏLƏRİNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRİLİR

    Suriyda Əsəd rejimi ilə Türkiyə ordusu arasında şiddətli döyüşlər gedir.

    Suriya ordusu ilə İranın dəstək verdiyi qruplaşmalar son 24 saatda 6 məntəqəni ələ keçiriblər. Bunun müqabilində Türkiyə Silahlı Qüvvələri hücumun qarşısını almaq üçün tədbirlər həyata keçiriblər.

    Hələbin qərbində səhər saatlarından indiyədək döyüşlər davam edir. Zirehli texnika və artilleriya zərbələri endirilir.

    Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu bölgədə nəzarəti tam ələ keçirəcək gücdədir və bunun istiqamətində irəliləyir. (redaktor.az)

    Muxalifet4 - 17-02-2020

  17. Əli Həsənovun şirkətlərinin siyahısı yayıldı - SAYMAQLA BİTMİR...

    Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun şirkətlərinin siyashısı yayılıb.

    Muxalifet.az araşdırmaşı jurnalistin bununla bağlı yazdığı statusu olduğu kimi dərc edir:

    1. "KASPİ TM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 100.00 AZN, qanuni təmsilçisi ETİRAM KƏRİMOV KƏRİM OĞLU

    2. "QAFQAZ-2013" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 60.00 AZN, qanuni təmsilçisi SONA VƏLİYEVA MƏHƏMMƏD QIZI

    Muxalifet4 - 17-02-2020

  18. MÜBARİZ MƏNSİMOV AZƏRBAYCAN PREZİDENTİNİ TƏRİFLƏDİ - "Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı"

    Dünən Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər.

    Muxalifet4 - 17-02-2020

  19. "Mübarizə tək mitinq, piketdən ibarət olmamalıdır..." - ASLAN İSMAYILOV SEÇKİ SAXTAKARLIĞI HAQDA

    Mərkəzi Seçki Komissiyasının qarşısında baş verənləri diqqətlə izlədikdən sonra bəzi fikirlərimi Sizinlə bölüşürəm.

    Ölkədə vəziyyət sürətlə dəyişir. Azərbaycan artıq 5 il demirəm, 5 ay əvvəlki Azərbaycan deyil. Bəri başdan onu bildirim ki, bu günkü aksiyanı məqsədinə çatmış sayıram.

    - Bu tədbir tək REAL-ın sədri İlqar Məmmədovun yox, ayrı-ayrı deputatlığa namizədlərin, fəalların aksiyası idi.

    - Ən başlıcası aksiyanın aparıcı qüvvəsi gənclər idi. Onlar hakimiyyətə göstərdilər ki, saxta keçirilən seçkiləri qəbul etmirlər və etməyəcəklər.

    Muxalifet4 - 17-02-2020

  20. Narkoloji Mərkəzdə DƏHŞƏT: Xəstə özünü asdı

    Bakıda intihar hadisəsi baş verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb. Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet4 - 17-02-2020

Pages