Türkmənbaşıdan yeni qərar: "Hasarlarınızı sökün!"

Baxış sayı:
900

Türkmənistanın paytaxtı Aşqabad şəhərində ev sahiblərinə həyətyanı hasarların sökülməsi üçün iki həftə vaxt verilib.

Bu barədə “Xronika Turkmenistana” xəbər yayıb.

Bildirilir ki, qərara tabe olmayanlar “hökumət siyasətinə qarşı çıxdığına görə” maddəsi ilə məhkəməyə veriləcək.

Aşqabad sakinləri isə bu yeni qərardan narazılıqlarını bildirirlər. Onlar hasarların söküləcəyi halda oğurluq hadisələrinin artacağından narahatlıqlarını ifadə ediblər./Oxu.az