Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. "Yeni seçkidə iştirakla bağlı israrlı olacağam" - ÇİNGİZ QƏNİZADƏ

    "Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var".
     
    Muxalifet.az
    bildirir ki, bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib.
     

    Muxalifet4 - 14-02-2020

  2. ​“Seçkidə iştirak ən düzgün qərar idi” – NATİQ CƏFƏRLİ

    Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra müxalifət daxilində seçkidə iştirak, yoxsa boykot diskursu daha da qızışıb.
    Muxalifet.az
    xəbər verir ki, boykot tərəfdarları seçkilərdə baş verən qanun pozuntularını əsas gətirərək mövqelərinin doğru olduğunu bildirir, prosesdə iştirak edənləri hakimiyyətin lehinə işləməkdə ittiham edirlər. Seçkidə iştirak tərəfdarları isə qanun pozuntularının məhz prosesə qatılanlar tərəfindən aşkar edildiyini əsas gətirərək boykotçuların mövqeyinin yanlış olduğunu deyirlər.

    Muxalifet4 - 14-02-2020

  3. “Memar Əcəmi” stansiyasında qadın özünü qatarın altına atdı

    Bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında 50-55 yaşlı qadın özünü qatarın altına atıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər.

    Onların sözlərinə görə, xəsarət alan qadını təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.

    Muxalifet4 - 14-02-2020

  4. “Nə prezidentin özü, nə bir başqası mənə təzyiq göstərə bilməz...” - BAŞ PROKUROR EFİRƏ ÇIXIB BELƏ DEDİ

    ABŞ-ın baş prokuroru deyib ki, prezident Donald Trampın bəzi tvitləri “ona öz işini görməkdə mane olur”. O ABŞ prezidentini Ədliyyə Nazirliyinin işləri barədə tvit yazmamağa çağırıb.Eyni zamanda ABŞ-ın ədliyyə naziri olan Uilyam Barr fevralın 13-də deyib ki, onu heç kəs “gözümçıxdıya sala bilməz”.

    Muxalifet4 - 14-02-2020

  5. Almaniyada qaçqın düşərgəsində qız üstündə qanlı dava - AZƏRBAYCANLI AĞIR YARALANDI

    Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

    “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb.

    Muxalifet4 - 14-02-2020

  6. Partadan parlamentə gedən dostluq... - “Bir başladılar, bir getdilər”

    Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.

    Muxalifet.az xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.

    Muxalifet4 - 14-02-2020

  7. MSK-ya gec göndərilən müraciətlərə baxılmayacaq

    “Fevralın 12-də növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlər yekunlaşıb”.
    Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov diqqətə çatdırıb. O, vurğulayıb ki, fevralın 12-si şikayətlərin göndərilməsinin sonuncu günü idi:
    “MSK qəbul olunan şikayətlərə tam baxacaq. Bizə göndərilən şikayətlərin 90 faizi sosial şəbəkələrdə yayılan məlumatlardır”.

    Muxalifet4 - 14-02-2020

  8. ​Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlılardan xəbər var

    Türkiyənin Çindən təxliyə etdiyi, aralarında azərbaycanlıların da olduğu 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
     
    "Yeni Sabah" "Yeni Şafak"a istinadən xəbər verir ki, onlar 14 günlük karantin bitdikdən sonra evə buraxılıblar.
     
    Bildirilir ki, azərbaycanlılar təyyarə rezervasiya ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlar. Onlar sabah vətənə qayıdacaqlar
     
    Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə edib. Onlardan 6-sı azərbaycanlı idi.

    Muxalifet4 - 14-02-2020

  9. İyirmi minə yaxın çinli həkim koronavirusa yoluxub

    İyirmi min nəfərə yaxın çinli həkim ölümcül koronavirusa (COVID-19) yoluxub.

    Bu barədə "South China Morning Post" nəşri Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin sədr müavini Tszen İsinə istinadən məlumat yayıb.

    O, qeyd edib ki, tibb işçiləri arasında da yoluxma faktları durmadan artır: "11 fevral tarixində olan məlumata əsasən, Çində tibb işçiləri arasında 1716 virusa yoluxma faktı qeydə alınıb. Onlardan 6 nəfəri vəfat edib. Tibb personalı arasında yoluxma halları durmadan artmaqdadır”, T. İsin bildirib.

    Muxalifet4 - 14-02-2020

  10. 27 yaşlı Natella Rüstəmova Türkiyədə intihar etdi - FACİƏ

    Türkiyənin Manisa vilayətində 27 yaşlı azərbaycanlı Natella Rüstəmova intihar edib.

    Türkiyə KİV-ləri xəbər verir ki, hadisə ötən gün axşam saat 18.00-da Turqutlu qəsəbəsində, Atatürk məhəlləsində yerləşən binada baş verib. Evli və bir uşaq anası olan N. Rüstəmovanı evin tavanından asılmış vəziyyətdə həyat yoldaşı işdən gələrkən tapıb.

    Əraziyə polis əməkdaşları çağırılıb, faktla bağlı araşdırmalara başlanılıb.  Meyit ölüm səbəbinin araşdırılması üçün İzmir Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə aparılıb.

    Muxalifet4 - 14-02-2020

  11. DƏHŞƏT: Virusa yoluxan dövlət işçisi hamının gözləri qarşısında GÜLLƏLƏNDİ - VİDEO

    Şimali Koreyada koronavirusla bağlı dəhşətli iddia ortaya atılıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, virusa yoluxduğu ehtimal edilən dövlət işçisi karantin altına alınıb. Lakin o, karantin altında olarkən qaydaları pozub. İcazəsiz hamama girən şəxs nəzarətçi tərəfindən güllələnib. Həmin şəxsin Ticarət Nazirliyinin əməkdaşı olduğu bildirilir.

    Hadisə zamanı həkimlər də karantin otağında olub. İddialara görə, adı açıqlanmayan şəxs Şimali Koreya lideri Kim Çen Inın Çinə səfəri zamanı onu müşayiət edən heyət arasında yer alıb.

    Muxalifet4 - 14-02-2020

  12. Erməni agenti olan azərbaycanlıya ŞOK CƏZA

    Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Fəxrəddin Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet4 - 14-02-2020

  13. Azərbaycanda atanın oğlunu öldürməsinin ŞOK DETALLARI — Qarlı havada soyundurub... / VİDEO

    "Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən, öldürərəm".

    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri münaqişə zəminində oğlu Turalı qətlə yetirən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. 

    Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: 

    Muxalifet4 - 14-02-2020

  14. SABİQ NAZİRİN ADAMINA QARŞI 451 MİNLİK İDDİA - Məhkəmə prosesi

    Sabiq nazir Hüseynqulu Bağırovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onunla birlikdə daha 4 nəfər də müttəhimlər kürsüsünə çıxarılır.

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur.

    Muxalifet4 - 14-02-2020

  15. BAKIDA MİTİNQ KEÇİRİLMƏSİNƏ YENƏ İCAZƏ VERİLMƏDİ - BŞİH aksiya ilə bağlı növbəti müraciətə cavab verdi

    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib.
    Mitinqin təşkilatçılarından D 18 təşkilatının rəhbəri Ruslan İzzətlinin APA-ya verdiyi məlumata görə, mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.

    Muxalifet4 - 14-02-2020

  16. Rusiya İdlibdə hava məkanını açmasa, Türkiyə quruda döyüşəcək - ŞOK QƏRAR

    Türkiyə prezidenti R.T.Ərdoğanın “Bu gündən etibarən əsgərlərimizə hücum olarsa, rejim qüvvələrini hər yerdə vuracağıq. Havada və quruda nə lazımdırsa, edəcəyik” açıqlamasından sonra Rusiyanın hava məkanına nəzarət elədiyi İdlibdə Türkiyənin hərbi baxımdan hansı yoldan istifadə edəcəyi məsələsi gündəmə gəlib. Rusiyanın hava məkanını açmayacağı təqdirdə, Türkiyənin quru alternativləri mövcuddur.

    Muxalifet4 - 14-02-2020

  17. “Rusiya Belarusu ilhaq etməyə işarələr vurur” – Lukaşenkodan ŞOK AÇIQLAMA

    Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkəsi ilhaq etməyə maraqlı olduğunu söyləyib.

    Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə “Belta” agentliyinə açıqlamasında deyib.

    “Rusiya rəhbərliyi enerji daşıyıclarına vahid qiymətlərin müəyyən olunması üçün Belarusun Rusiyanın tərkib hissəsi olmasına işarə vurur”.

    Lukaşenko bu təkliflə razı olmadığını və sadə ruslarla belarusların bu birləşməyə qarşı olduqlarını da sözlərinə əlavə edib.

    Muxalifet4 - 14-02-2020

  18. “Müxalifətçilərin toyuna getmirəm, çünki mənim bir sifətim var” - Elman Nəsirov

    “Qohumların arasında müxalifyönlü yoxdur. Amma uzaq qohumlar var ki, onların hansı mövqedə olmasından xəbərsizəm. Yaxın qohumlarımın hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir”.

    Muxalifet.az pravda.az-a istinadən xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov İctimai Televiziyada çıxışı zamanı deyib.

    Muxalifet4 - 14-02-2020

  19. “Cəbrayıl rayonunu işğal etmişik” - PAŞİNYAN ETİRAF ETDİ

    Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib. 

    “Vestnik Kafkaza” xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada danışıb. 

    Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir. 

    Muxalifet4 - 14-02-2020

  20. Rasim Musabəyovun dairəsinin nəticələri də ləğv oluna bilər - MSK ARAŞDIRIR

    Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

    Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

    Muxalifet4 - 14-02-2020

Pages