27 yaşlı Natella Rüstəmova Türkiyədə intihar etdi - FACİƏ

Baxış sayı:
3421

Türkiyənin Manisa vilayətində 27 yaşlı azərbaycanlı Natella Rüstəmova intihar edib.

Türkiyə KİV-ləri xəbər verir ki, hadisə ötən gün axşam saat 18.00-da Turqutlu qəsəbəsində, Atatürk məhəlləsində yerləşən binada baş verib. Evli və bir uşaq anası olan N. Rüstəmovanı evin tavanından asılmış vəziyyətdə həyat yoldaşı işdən gələrkən tapıb.

Əraziyə polis əməkdaşları çağırılıb, faktla bağlı araşdırmalara başlanılıb.  Meyit ölüm səbəbinin araşdırılması üçün İzmir Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə aparılıb.