Axtarış
The search found 105849 results in 0.164 seconds.
Search results
Bakıda əməliyyat: 7 kq-dan çox heroin və psixotrop maddə ələ keçirildi - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Muxalifet4 - 4-02-2020
DƏHŞƏT: Cəlilabadda 25 yaşlı oğlan özünü asdı
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Cəlilabad şəhərində qeydə alınıb.
Şəhər sakini, 1995-ci il təvəllüdlü Murad Xəlilov yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, M.Xəlilov ailənin yeganə övladı olub.
Faktla bağlı araşdırma aparılır./ReportMuxalifet4 - 4-02-2020
"1000 məntəqədə vebkamera quraşdırılıb" - MSK SƏDRİ
Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin, təxminən, 20 faizə qədəri, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.Muxalifet4 - 4-02-2020
Türkiyədə avtobus qar uçqununa düşdü - YARALILAR VAR / Fotolar
Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.
Türkiyə mediası xəbər verir ki, uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.
Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir./qafqazinfo
Muxalifet4 - 4-02-2020
Türkiyədə iki güclü zəlzələ baş verdi - BU DƏFƏ MANİSADA
Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl bölgədə rixter cədvəli üzrə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, son aylar Türkiyədə seysmik fəallıq müşahidə olunur. İki həftə əvvəl Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.
Muxalifet4 - 4-02-2020
"Qasım Süleymani Səudiyyə Ərəbistanına barışıq mesajı aparakən hücuma məruz qaldı” - İRANDAN ŞOK AÇIQLAMA
“İranlı general Qasım Süleymani Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə sülh təklifi irəli sürməyə hazırlaşdığı vaxt öldürüldü”.
Muxalifet.az xəbər verir ki, İranın İraqdakı səfiri İraj Macedi belə açıqlamayla diqqət çəkib. O İraqın dövlət agentliyinə açıqlamasında bildirib ki, ABŞ bir çox ərəb ölkəsini İrana qarşı təhrik edir.
“ABŞ ərəb ölkələrindən öz maraqları naminə istifadə edir. İranın önəmli generallarından olan Qasım Süleymani Səudiyyə Ərəbistanına barışıq mesajı aparakən hücuma məruz qaldı” - deyən diplomat bildirib.
Muxalifet4 - 4-02-2020
Koronavirus epidemiyası: yoluxanların sayı 20 mini, ölənlərin sayı 500-ü keçdi - VİDEO
Dünyada koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilir ki, hazırda yeni virusa yoluxanların sayı 20,6 min nəfərdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl koronavirusla bağlı qlobal səviyyəli fövqəladə vəziyyət elan edib.
Muxalifet4 - 4-02-2020
Rusiyada nazir koronavirusa yoluxmuş çinlini şəxsən müayinə etdi - VİDEO
Rusiyanın Zabaykalsk vilayətinin səhiyyə naziri Valeri Kojevnikov yerli xəstəxanalardan birində müalicə olunan və koronavirusa yoluxmuş Çin vətəndaşını şəxsən müayinə edib.
Rusiya KİV-ləri xəbər verir ki, bu zaman nazir dağ xizəkçisinin maskasında olub.
Muxalifet4 - 4-02-2020
"Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?" - ƏLİ HƏSƏNOVDAN ETİRAZ / Video
"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir".
Muxalifet4 - 4-02-2020
DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda 49,1 min onkoloji xəstə qeydə alınıb
Azərbaycanda onkoloji xəstələrin sayı artır. Əgər 2017-ci ildə ölkədə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var. Bu barədə 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günündə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik hesab edir ki, 2009-cu ildə Azərbaycanda Milli Onkoloji Mərkəzinin açılışından sonra xərçəng xəstəliklərinin müalicəsi sahəsində irəliləyişlər baş verib.
Muxalifet4 - 5-02-2020
Amerikaya casusluqda ittiham olunan iranlı edama məhkum edildi - RƏSMİ AÇIQLAMA
İranın Ali Məhkəməsi çərşənbə axşamı Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda ittiham olunan bir iranlının edam hökmünü təsdiqləyib. Dövlət mediasında onun İslam Respublikasının nüvə proqramı ilə əlaqədar məlumatları Amerikaya ötürdüyü iddia edilib.
İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyin İsmaili casus olduğu iddia edilən şəxsin Əmir Rəhimpur olduğunu və onun yaxın zamanda edam ediləcəyini bildirib. İsmaili Rəhimpurun nədə günahlandırıldığı, ya da onun yaşı və kimliyi barədə bir söz deməyib.
Muxalifet4 - 5-02-2020
"Qızıma eyni anda 2 bıçaqla hücum edib, 16 zərbə vurub" - Sabiq başçının oğluna qarşı ŞOK İTTİHAMLAR / FOTO
Dünən Bakıda parkda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov bundan öncə də oxşar cinayəti törədibmiş. O, bir neçə il əvvəl də arvadı Dilarə Bəhmənovaya 11 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Muxalifet.az-ın məlumatına görə, D.Bəhmənovanın anası Elmira Zeynalova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 17 il evli olub:
Muxalifet4 - 5-02-2020
Karantinə alınmış gəmidə on nəfərdə yeni tip koronavirus aşkarlandı - FOTOLAR
Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan kruiz gəmisində 10 sərnişində yeni tip koronavirus aşkarlanıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyinin rəhbəri Kato Kaçunobu bəyan edib.
Nazirin sözlərinə görə, onların arasında vəziyyəti ağır olan yoxdur. O, digər sərnişinlərin və komanda heyətinin 14 gün daha gəmidə qalmalarını istəyib. Sərnişinlər xəstəxanalara yerləşdiriləcək.
Muxalifet4 - 5-02-2020
“İsgəndər Həmidovun vəziyyəti kritikdir, ölkə xaricində xəstəxanaya köçürülə bilməz” – ADİL QEYBULLA
Milli Azadlıq Hərəkatının liderlərindən biri, Əbülfəz Elçibəy hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidovun durumu kritik olaraq qalır.
Hazırda sabiq nazirin ölkə daxilində başqa xəstəxanaya köçürülməsi ilə bağlı danışıqlar gedir.
Bu barədə məlumatı Cebhe.info-ya tibb elmləri dosenti, professor Adil Qeybulla verib.
O deyib ki, İsgəndər Həmidovun vəziyyəti kritik olduğundan ölkə xaricində xəstəxanaya köçürülməsi mümkünsüzdür:Muxalifet4 - 5-02-2020
KİVDF ilə “Kaspi” qəzeti arasında “atışma” - Mübahisəyə “Səs” qəzetinin baş redaktoru da qoşuldu
Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus “Kaspi” və onun rus versiyası olan “Kaspiy” qəzetlərinə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyə ayrılmamasının səbəbləri açıqlanmır. Fond bu barədə hər hansı açıqlama verməyib.
“Azadlıq” radiosuna danışan, özünü təqdim etməyən Fond əməkdaşı deyib ki, yardımın ayrılmaması ilə bağlı izahat qəzetə verilib. Eyni zamanda qərarı qurumun Müşahidə Şurası verdiyi üçün onlarla danışmaq lazım olduğu deyilib.
Muxalifet4 - 5-02-2020
Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu / FOTOFAKT
Mərkəzi Bank tərəfindən tədavülə buraxılan kağız pulların üzərindəki Azərbaycan xəritəsində yanlışlığa yol verilib.
Hazırda Ermənistanın işğal etdiyi Sədərək rayonunun Kərki kəndi kağız pulların üzərində təsvir olunan Azərbaycan xəritəsində yer almayıb.
Muxalifet4 - 5-02-2020
"ƏDALƏTLİ SEÇKİ SİSTEMİ YARADILSIN" - Gürcüstanda aksiyalar yenidən başladı
Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.
Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar.
Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır.
Muxalifet4 - 5-02-2020
Müdafiə nazirinin maskasını taxıb prezidentə, krala və maqnatlara zəng vurdular, on milyonlarla avro ələ keçirdilər - ŞOK
Yeddi nəfərdən ibarət fırıldaqçılar şəbəkəsi Fransanın müdafiə nazirinin silikon maskasını taxaraq onun adından bir sıra xarici ölkələrin prezidentlərinə, yüksək rütbəli biznesmenlərinə və məmurlarına, hətta Belçika kralına Skype-la zəng vurublar. Və bu misli görünməmiş dələduzluq sxemi sayəsində 50 milyon avrodan çox pul ələ keçiriblər.
Muxalifet4 - 5-02-2020
Palata sədri prezidentin çıxış mətnini cırıb atdı - VİDEO
ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezident Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri ortadan cırıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, videoda ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı, elə bu anda da N.Pelosinin çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atdığı aydın görünür.
Muxalifet4 - 5-02-2020
Naməlum şəxs Tovuzda 10 yaşlı Nərminin əsl qatilinin kimliyini açıqladı - “MANYAKDIR, PROKURORUN DOSTUDUR, ÖZ QARDAŞI ARVADINI ZORLAYIB...” / YENİLƏNİB
Tovuzda 10 yaşlı Nərminin qatilinin əslində hazırda bu iş üzrə həbsdə olan İlkin Süleymanov deyil, həmin kəndin digər sakini olduğu haqda YouTube-də yayılan səs yazısı əslində Almaniyaya qaçmış rayon sakini, internet üzərindən söyüşlər yağdıran Qabil Məmmədov adlı şəxsə məxsus olduğu təxmin edilir.
Muxalifet4 - 5-02-2020