Axtarış

The search found 105849 results in 0.1 seconds.

Search results

  1. Nizami Bəhmənovun oğlu keçmiş həyat yoldaşının boğazını kəsdi

    Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.
    Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb.
    Yaralı təcili xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
    Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

    Muxalifet4 - 4-02-2020

  2. Ramiz Mehdiyev Prezidentin köməkçisini və nazirləri AMEA-ya topladı

    Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşüblər.

    AMEA-dan verilən məlumata görə, AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də qarşıda duran məsələlər barədə ətraflı danışıb.

    Muxalifet4 - 4-02-2020

  3. YAP öz “Ostap Benderi”ni deputat etdirə biləcəkmi?

    Yeni Azərbaycan Partiyasından 113 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halına diqqət yetirdikdə bir sıra ciddi çatışmazlıqların olduğunu bütün Şəki sakinləri bilməsə də bu şəxsi yaxından tanıyanlar onun həyat fəaliyyətini çox yaxşı bilirlər. Yəni, heç də Vüqar bəyin öz arzu və istəyilə yazdığı bioqrafiyasından fərqli olaraq reallıqlar tam başqadır:

    Muxalifet4 - 3-02-2020

  4. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində rüşvəti "torba ilə yığırlar" - TƏHSİL NAZİRİNƏ SENSASİON MÜRACİƏT / Fotolar

    Göyçay rayon sakini, təqaüdcü müəllim İsfəndiyar Əliyev tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllifin məktubunu olduğu kimi dərc edirik:
    "Hörmətli redaksiya!

    Muxalifet4 - 4-02-2020

  5. "Biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq" - İLHAM ƏLİYEV

    “Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə gedib. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir”.
    “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib. Prezidentin sözlərinə görə, dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır:

    Muxalifet4 - 3-02-2020

  6. Daha bir iranlı komandan öldürüldü - Qasım Süleymaninin yaxın dostudur...

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Asqar Paşapor Suriyada həlak olub.

    Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının internet səhifəsi ordudakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, komandan müxalifət qüvvələri ilə döyüş zamanı həlak olub. İranlı komandanın İdlib yaxınlığında gedən döyüşlər zamanı öldüyü güman edilir. Bildirilir ki, Asqar Paşapor ABŞ ordusu tərəfindən Bağdadda öldürülən “Qüds” qüvvələri komandanı Qasım Süleymani ilə yaxın dost olub.

    Muxalifet4 - 3-02-2020

  7. Zeynəb Xanlarova haqqında bütün həqiqətlər – gizli məqamlar, örtülü sirlər, dəlilsiz iddialar və məhv edilən mədəni irsimiz...

    Orxan Bahadırsoy
     
    Əvvəla, özümü çox xoşbəxt hiss edirəm ki, mən bir həqiqəti tapmışam və bu həqiqəti hamıya car çəkmək üçün klaviaturamı götürüb monitor arxasına oturmuşam. Həyatımın ən əyləncəli, ən gözəl, ən möhtəşəm anları da məhz həqiqətləri kəşf etdiyim anlardır. Onları başqaları ilə bölüşmək isə daha da möhtəşəm mənəvi həzz verir!

    Muxalifet4 - 3-02-2020

  8. Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldı - RESTORAN SAHİBİ ONA SƏRT CAVAB VERDİ...

    Ermənistanın baş naziri Nikol Paşinyan ötən bazar günü Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən oğluna baş çəkərkən yol kənarındakı restoranlardan birində yeyib-içib, sonra kassa qəbzi üstündə qalmaqal yaradıb.

    Muxalifet4 - 4-02-2020

  9. “BUNA SON QOYULMALIDIR...” - Prezident işçini qul kimi işlədən sahibkarlar haqda tapşırıq verdi

    Prezident İlham Əliyev dünən regionların inkişafına dair növbəti dövlət proqramının icrasının yekunlarına dair konfransdakı yekun çıxışı zamanı işçiləri pula qənaət etmək üçün gündə 10-12 saat, bəzən daha çox işlədən, ən xırda bəhanələrlə onları işdən azad edən sahibkarlar barədə də danışıb. Və belə sahibkarlarla bağlı Nazirlər Kabinetinə göstəriş verib.

    İlham Əliyev deyib:

    Muxalifet4 - 4-02-2020

  10. “Görəndəki haradasa iş başlayır, məmurlar cumur ora, pay tələb edir...” - PREZİDENTDƏN ŞOK XƏBƏRDARLIQ

    Prezident İlham Əliyev dünən regionların inkişafına dair növbəti dövlət proqramının icrasının yekunlarına həsr edilmiş konfransdakı çıxışı zamanı sahibkarları dürüst işləməyə, vergiləri vaxtlı-vaxtında ödəməyə və heç kimə əlavə pul verməməyə çağırıb. Habelə prezident sahibkarları sıxışdırıb onların biznesindən özlərinə haqq tələb edən məmurların olduğunu deyib. Və belə məmurlara sərt xəbərdarlıq edib.

    Sitat:

    Muxalifet4 - 4-02-2020

  11. “BAKI METROPOLİTENİ”NİN İŞÇİLƏRİ “HƏYƏCAN TƏBİLİ” ÇALIR - “Təcili tədbirlər görülməsə, metroda böyük faciə yaşanacaq”

    İki gün əvvəl Muxalifet.az-da dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” sərlövhəli yazıda sözügedən idarədə təcrübəsiz və qeyri-peşəkar kadrların önə çəkilməsindən bəhs etmişdik. Qeyd etmişdik ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) həyata keçirilən bu “islahatlar” metroda təhlükəli vəziyyət yaradıb.

    Muxalifet4 - 4-02-2020

  12. “Artıq bizim səsimizi kimsə oğurlamağa cəsarət edə bilməyəcək” - DAŞQIN NURİYEV

    “Bizim devizimiz "Millətə sayğı", "Vətəndaşa qayğı", "Vətənə sədaqət", "Dövlətə xidmət"dir”
     

    Muxalifet4 - 7-02-2020

  13. 1 milyonu mənimsəyib, gecə klubunda dağıtdı – Bakıda generalın 22 yaşlı qohumunun ŞOK DƏLƏDUZLUĞU

    Bakıda 22 yaşlı gənc 11 nəfərin ümumilikdə 1.3 milyon manat pulunu mənimsəyib.

    Muxalifet.az xəbər verir ki, bu barədə zərərçəkmişlərdən birinin yaxını “AzPolitika”ya danışıb.

    22 yaşlı Sabir Azərbaycan hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan generalın eyni soyadlı çox yaxın qohumudur. Əmisi isə uzun illərdən bəri ölkənin əsas giriş qapılarından birində gömrük inspektoru vəzifəsində işləyir. Məlumata görə, məhz bu qohumluqlara görə ətrafının etibarından sui-istifadə edən Sabir onlara qarşı dələduzluq edib, külli miqdarda pullarını mənimsəyib.

    Muxalifet4 - 4-02-2020

  14. Fazil Məmmədov və Aydın Əliyev HƏBS OLUNA BİLƏR - 1 milyard manatlıq yeyinti....

    Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən ölkə başçısı İlham Əliyev bildirib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır:

    Muxalifet4 - 4-02-2020

  15. İlkin Süleymanovun polis qohumu saxlanıldı? – RƏSMİ AÇIQLAMA

    İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.

    Bu barədə Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.

    Muxalifet4 - 4-02-2020

  16. Bakıda biabırçılıq: 2 uşaq anası ərəb kişi ilə qaçdı / VİDEO

    Space Tv-də ötən gün yayımlanan "Gəl dərdini danış"da inanılmaz anlar yaşanıb.

    Demokrat.az xəbər verir ki, Vaqif adlı şəxs arvadının onu ataraq ərəbə qaçdığını bildirib.

    "Həmin qadından iki oğlum var. O, məndən 30 yaş balacadır. Öz istəyi ilə mənimlə evlənmişdir. Mənim 3 rəsmi bir qeyri-rəsmi arvadım olub. Amma bu qadını da sevmişəm. Bir gün gördüm ki, qadın yoxdur. Öyrəndim ki, iki uşağını atıb ərəbə ərə gedib. İlk olaraq inanmadım. Sonra həqiqət olduğunu bildim. Uşaqlar məndə idi. İkisini də gəlib apardı. Daha sonra böyük oğlum yanıma gəldi".

    Muxalifet4 - 4-02-2020

  17. Cənab Həsənov, nə əkərsən, onu da biçərsən! - BAŞ REDAKTOR YAZIR

    Gözəl atalarımızın gözəl bir deyimi var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

    Muxalifet4 - 4-02-2020

  18. DİN bankda baş verən bıçaqlanma olayı ilə bağlı AÇIQLAMA YAYDI

    Nərimanov rayonu ərazisində yerləşən bankın işçisinin sifət nahiyəsinə bıçaqla xəsarət yetirmiş N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet4 - 4-02-2020

  19. Hadı Rəcəblinin də qalmaqallı səs yazısı yayıldı - "Məzahirə zəng edərəm..." / SƏS YAZISI

    9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan, hazırkı millət vəkili Hadı Rəcəbliyə məxsus olduğu bildirilən  səs yazısı yayılıb.
    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısında millət vəkili Emil adlı şəxsə müraciət edərək onun namizədliyini geri götürməyi təklif edir.

    Muxalifet4 - 4-02-2020

  20. Sərhədçilər hansı qəzetləri oxuyurlar? - SİYAHI

    Dövlət Sərhəd Xidməti (GPS) bu ilin aprel-dekabr ayları üçün dövri nəşrlərə abunə elan edib. Hakimiyyətdə olan partiyanın ("Yeni Azərbaycan") faktiki ruporu olan "Səs" qəzeti dövri nəşrlərə tələbdə "Azərbaycan" dövlət qəzetindən gündə bir neçə nüsxə geri qalır.

    Muxalifet4 - 4-02-2020

Pages