Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. ABŞ 6 ölkəyə viza məhdudiyyəti qoydu — ADLAR

    Tramp administrasiyası cümə günü bildirib ki, onlar əlavə altı ölkədən qanuni immiqrasiyanı məhdudlaşdırır. Rəsmilər bu ölkələrin təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib.

    Muxalifet3 - 2-02-2020

  2. Şamaxıda qətlə yetirilən Avropa çempionunun məşqçisi danışdı: “Güləşi və institutu atmışdı” - FOTO

    Şamaxıda qətlə yetirilən 25 yaşlı Ruslan Surxayevin kimliyi müəyyənləşdirilib.
     

    Muxalifet3 - 2-02-2020

  3. Biləsuvarda kütləvi zəhərlənmə - BİR AİLƏNİN 4 ÜZVÜ BAKIYA GƏTİRİLDİ

    Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib.

    “Report”un xəbərinə görə, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb.

    Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərləniblər.

    Muxalifet4 - 3-02-2020

  4. Əsəd qüvvələri Türkiyə ordusunu vurdu - 4 ƏSGƏR HƏLAK OLUB, 9-U YARALANIB...

    Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.

    “CNN Türk” xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır.

    Türkiyə hərbçiləri cavab atəşi açıb.

    Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq məqsədilə göndərilib: “Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulublar.

    Muxalifet4 - 3-02-2020

  5. Heyvanlardan yoluxan xəstəliklərin sayı niyə artıb? - KORONOVİRUSUN SÜRƏTLƏ YAYILMA SƏBƏBLƏRİ

    Çində yayılmış koronavirusla bağlı indiyədək 17 mindən artıq yoluxma halı qeydə alınıb. Bu yoluxmalardan 361 nəfəri ölümlə nəticələnib. Bu rəqəm SARS epidemiyasının yayılması zamanı ölənlərin sayını keçib.

    2002 - 2003 illərdə ortaya çıxan SARS epidemiyasının yayılması ilə ümumilikdə 349 nəfər ölüb.

    Yanvar ayının əvvəllərində Çində ortaya çıxan, sonradan daha 20 ölkəyə keçən koronavirus barədə xəbərlər dünyanı çalxalayır.

    Yeni yoluxucu xəstəliklər, adətən, təkrarlanmır.

    Muxalifet4 - 3-02-2020

  6. DƏHŞƏT: Çində koronavirusa yoluxanların sayı 14489 nəfərə, ölənlərin sayı 304-ə çatdı

    Çində daha 109 nəfərdə koronavirus aşkarlanıb.

    Bu barədə “Vani” agentliyi xəbər verir.

    Məlumata görə, 2019-nCoV koronavisuruna yoluxanların sayı 14489 nəfərə çatıb.

    Qeyd edilir ki, 418 nəfər xəstəxanadan evə buraxılıb.

    Rəsmi statisitikaya əsasən virusa yoluxanlar arasında birinci yerdə Xubey əyaləti (9000 nəfərdən çox xəstə, 294 ölü) tutur. Siyahıda daha sonra Çjeçzyan əyaləti qərarlaşıb. Burada 661 nəfər yeni virusa yoluxub. Həmçinin Quandun əyalətində 632 nəfər, Xenanda isə 493 sakin (daha 2 ölüm) bu virusun daşıyıcısıdır.

    Muxalifet4 - 3-02-2020

  7. Çindən təxliyə edilən azərbaycanlıların saxlanıldığı xəstəxanadan FOTOLAR

    Xəbər verdiyimiz kimi fevralın 1-də, gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.

    Muxalifet4 - 3-02-2020

  8. Prezident icra başçılarını Bakıya toplayır - SEÇKİ İLƏ BAĞLI TAPŞIRIQLAR VERİLƏCƏK VƏ...

    Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçiriləcək.

    Unikal.org-un əldə etdiyi məlumata görə, bunun üçün bütün icra başçıları Bakıya çağırılıb. Müşavirədə ötən ilin yekunları və qarşıdakı dövrdə görüləcək işlər müzakirə olunacaq.

    Muxalifet4 - 3-02-2020

  9. Azərbaycanda dəhşətli virusdan 2 nəfər Kiniki Tibbi Mərkəzə yerləşdirilib - RƏSMİ AÇIQLAMA

    Virus təhlükəsilə 2 nəfər Klinik Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
    Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. Həmin şəxs sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq”.
    Digər xəstə isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Çində təhsil alır: 

    Muxalifet4 - 3-02-2020

  10. Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edənlərin adları bilindi - SİYAHI

    Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən üç nəfərin adı məlum olub.
     
    Muxalifet.az
    trend-ə istinadən xəbər verir ki, həmin şəxslər - 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.
    Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.

    Muxalifet4 - 3-02-2020

  11. Koronavirus bu ərzaq məhsullarından keçə bilər - AQTA XƏBƏRDARLIQ ETDİ

    Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış "2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb. 

    Muxalifet4 - 3-02-2020

  12. Fərəc Quliyev haqda prokurorluğa müraciət edildi - HƏBS OLUNA BİLƏR

    Deputat Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edilib. Şikayətçi 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd blogger Mehman Hüseynovdur.
    Muxalifet.az
    -ın məlumatına əsasən, blogger Yenisabah.az-a bildirib ki, şikayətin səbəbi Fərəc Quliyevin ona namizədliyini geri götürmək üçün rüşvət təklif etməsidir.

    Muxalifet4 - 3-02-2020

  13. Daha bir namizəd Fərəc Quliyev haqda MSK-ya ŞİKAYƏT ETDİ

    31 saylı Suraxanı ikinci dairəsindən deputatlığa namizədliyini irəli sürən təhsil eksperti Etibar Əliyev də həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. 

    Muxalifet4 - 3-02-2020

  14. “Donuz qripi təhlükəsi koronoavirusdan çoxdur” - Professordan təşvişə salan AÇIQLAMA

    Koronavirusun dünya gündəmini zəbt etdiyi bir vaxtda qonşu ölkə Türkiyənin bir çox vilayətində “donuz qripi”nə yoluxanların sayında artım qeydə alınıb. 

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilib ki, bir neçə gün öncə Diyarbəkirdə bir nəfər bu xəstəliklə əlaqədar vəfat edib. Bu səbəbdən türkiyəli mütəxəssislər koronavirusla bərabər “donuz qripi”nə də diqqət edilməsi barədə tövsiyələrini irəli sürüblər. 

    Muxalifet4 - 3-02-2020

  15. MSK Fərəc Quliyevin səs yazısına münasibət bildirdi

    31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb.

    Səs yazısında Mehman Hüseynova pul təklif olunur.

    Artıq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib.

    Muxalifet4 - 3-02-2020

  16. Türkiyə-Rusiya müharibəsi başlayır? - Professor bütün DETALLARI AÇDI

    “Dəməşq qüvvələrinin türk əsgərlərinə hücumunun məsuliyyəti birbaşa Rusiyaya aiddir. Əsəd rejiminin rəsmi Moskvanın məlumatı və icazəsi olmadan addım atmadığını bilirik. İdlib problemini masada həll etmək yerinə Türkiyə üçün yol açdığı və açacağı bütün mənfi nəticələri görməsinə rəğmən, meydanda yeni hücumlarla problemi həll etmək niyyəti olan Rusiya bu davranışla hansı riskləri gözə aldığını bilir, hər halda”.

    Muxalifet4 - 3-02-2020

  17. Məhkəmə Hüseyn Abdullayevə "yox" dedi - 6 İLLİK CƏZA QÜVVƏDƏ QALDI

    Sabiq deputat Hüseyn Abdullayev aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Abdullayev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

    Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclasında qərar elan edilib.

    Qərara əsasən Hüseyn Abdullayev barəsində hökm qüvvədə saxlanılıb, onun şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq deputat Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva 4 min manat cərimə edilib.

    Muxalifet4 - 3-02-2020

  18. KİV-lərə maliyyə yardımı ayrıldı - ƏLİ HƏSƏNOVUN QƏZETLƏRİ KƏNARDA QALDI / Siyahı

    Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
    KİVDF-dən APA-ya verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
    Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
    1. Fondun 2019-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;

    Muxalifet4 - 3-02-2020

  19. İstanbulda “Lotu Quli”yə sui-qəsd hazırlayan dəstə tutuldu - YENİLƏNİB, FOTO

    Xəbər verdiyimiz kimi, yanvarın 31-də İstanbul polisi eyni vaxtda Kağıthane, Sarıyer və Qaziosmanpaşada yerləşən altı ünvanda əməliyyat keçirib. Nəticədə 17 nəfər – doqquz Azərbaycan, beş Gürcüstan, iki Ukrayna və bir Rusiya vətəndaşı saxlanılıb, həmçinin, 11 tapança, avtomat və 222 güllə ələ keçirilib.

    Muxalifet4 - 3-02-2020

  20. ​SABİQ NAZİRİN SƏHHƏTİ PİSLƏŞDİ - İsgəndər Həmidov komaya düşdü

    Sabiq daxili işlər naziri İsgəndər Həmidov komaya düşüb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla məlumat verib. 
    A.Qeybulla, İsgəndər Həmidovun müalicəsinin Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində davam etdirildiyini bildirib: "O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir".

    Muxalifet4 - 4-02-2020

Pages