Axtarış

The search found 105849 results in 0.03 seconds.

Search results

  1. Dəhşətli virusdan qorunmağın asan yolu - HAMININ EVİNDƏ VAR

    Koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) qorunmaq üçün ən asan yollardan biri əlləri tez-tez yumaq və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməkdir.

    Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Sakarya Universitetinin tibb fakültəsinin yoluxucu xəstəliklər üzrə Professoru Oğuz Karabay danışıb.

    Onun sözlərinə görə, əlləri kolonya ilə silmək də virusun ötürülməsinin qarşısını almaqda böyük rol oynayır.

    Muxalifet4 - 2-02-2020

  2. “Koronavirusa yoluxmuş şəxs iki həftə bir otaqda saxlanarsa...” - AZƏRBAYCANLI HƏKİMDƏN ŞOK AÇIQLAMA / VİDEO

    Koronavirus indiki dövrdə yaranmış viruslar deyil, bu viruslar tibbə məlum olan viruslardır.
      
    Muxalifet.az yeniavaz.com saytına istinadla xəbər verir ki, bu sözləri fitoterapevt Fizuli Hüseynov deyib.
    O bildirib ki, Çində yayılan virusların tacabənzər formada çıxıntıları olduğu üçün bu virusa koronavirus deyilir.
    F. Hüseyov qeyd edib ki, bu virusların yayılmasında heyvanların rolu var, ancaq virusların insanlar arasında yayılmasının daha təhlükəli olduğunu diqqətə çatdırıb.

    Muxalifet4 - 2-02-2020

  3. Fərəc Quliyev namizədliyini geri götürməsi üçün Mehman Hüseynova pul təklif etdi: "10-15 min verməyə hazıram..." — ŞOK SƏS YAZISI

    31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev rəqiblərindən biri, bloqer Mehman Hüseynodan dəstək istəyib.
    Muxalifet.az-ın xəbərinə görə, F.Quliyev M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər” deyib.
    M.Hüseynov isə bundan imtina imtina edib və səs yazısını yayıb.(Pravda.az)

    Muxalifet4 - 2-02-2020

  4. “Mehman Hüseynova etdiyim təkliflər qüvvəsindədir” - Fərəc Quliyev: "Mən sözümü tutan adamam!"

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev seçkilərdə rəqibi olan bloqer Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirərək, söhbətin tam mahiyyətini açıqlayıb və ona bütün dediklərinin bu gün də qüvvədə qaldığını bildirib.
    Davam.az xəbər verir ki, açıqlamada deyilir:

    Muxalifet4 - 2-02-2020

  5. Bayram Kürdəxanlının ölümündən əvvəl baş verən qəribə olay - VİDEO

    ARB TV-nin “Üçəlli” verilişində “Gizlənpaç” filmi ilə bağlı maraqlı sujet yayımlanıb.

    Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:

    Muxalifet4 - 2-02-2020

  6. “Can Azərbaycana canımız fəda” - ÇAVUŞOĞLU

    “Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.
    Bunu bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”dəki səhifəsində koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyyəsi ilə əlaqədar yazıb: “Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik. Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda!”.

    Muxalifet4 - 2-02-2020

  7. Gizli savaş "su üstünə" çıxdımı? - TƏHLİL

    İdlib məsələsinin əsərin əvvəlində divardan asılan bir tüfəng olduğunu dəfələrlə yazdıq: dram əsərləri üçün Anton Çexovun  müəyyənləşdirdiyi prinsip həyatın daha  bir örnəyində  gerçək olurmu? Əslində prezident Erdoğanın sözləri tüfəngin açılmasına çox da uzun vaxt qalmadığını göstərir:”İdlibdəki bu bombardmanları dayandırın,dayandırmasanız,artıq bizim səbrimiz daşır.Bundan sonra nə lazımdırsa,biz də onu edəcəyik”

    Muxalifet4 - 2-02-2020

  8. Koronavirusla bağlı sirləri açan həkimlər ABŞ-dan kömək istədi - FOTO

    Çində koronavirusla bağlı məlumat yayan həkimlərə təzyiq göstərildiyi iddia edilir.
     
    "New York Times"a açıqlama verən bəzi mənbələr Çin hökumətinin xəstəliklə bağlı danışan həkimləri susdurmağa, bu yolla da virus barədə məlumatları gizlətməyə çalışdığını bildirib.
     
    Yeni tip virusla bağlı ötən ilin dekabrında paylaşım edən çinli həkimin də cəzalandırıldığı barədə məlumat var.
     

    Muxalifet4 - 2-02-2020

  9. Ərdoğanın göz yaşları 11 yaşlı uşağı kövrəltdi - FOTO

    Elazığdakı zəlzələdə həyatını itirən ana və 10 yaşlı oğlunun dəfnində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göz yaşlarına boğulması 11 yaşlı Mustafa Ulaşı qəhərləndirib.

    Publika.az xəbər verir ki, Ulaş 2 ay boyunca topladığı vəsaiti Kocasinan bələdiyyə sədri Ahmet Çolakbayrakdara təqdim edib.

    Bələdiyyə sədri bildirib ki, Mustafanın bu addımının simvolik mənası var:

    "Mustafa həmyaşıdlarının yaşadığı kədəri dərindən hiss etdiyi üçün onlara yardım əli uzatmağa çalışır".

    Muxalifet4 - 2-02-2020

  10. Rusiyanın Şimal qütbündən ABŞ və Kanadaya nüvə zərbəsi məşqi - İKİ TU-160 BOMBARDMANÇISI QƏFİL AŞKARLANDI... / VİDEO

    Ötən həftə sonu Rusiyanın Hava Kosmik Qüvvələrinin iki Tu-160 strateji bombardmançısı gözlənilmədən Şimal qütbü istiqamətindən ABŞ və Kanadanın hava sərhədlərinə yaxınlaşıb.

    Kanadanın “CTV News” kanalı xəbər verir ki, nüvə raketləri daşıyan bombardmançılar qəfildən Arktika istiqamətindən ABŞ və Kanadanın birgə hava hücumundan müdafiə sisteminin  identifikasiya zonasında görünüb. Təyyarələr nüvə zərbələrini məşq edərək geri dönüblər.

    Muxalifet4 - 2-02-2020

  11. Messinin xanımı boksla məşğul olmağa başlayıb - FOTO

    "Barselona” futbol klubunun argentinalı hücumçusu, İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşən Lionel Messinin xanımı Antonella Rokuzzo boksla məşğul olmağa başlayıb.

    Muxalifet4 - 2-02-2020

  12. Rusiya və NATO yenə Bakıda görüşür — Baş Qərargah rəisi və Alyansın Baş komandanı Azərbaycana gəlir

    Gələn həftə Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı general Tod Uoltersin görüşü olacaq.

    Bu barədə Rusiyanın “Kommersant” qəzeti NATO-nun Brüsseldə mənzil-qərargahındakı mənbələrə istinadən xəbər verib.

    Müzakirə olunacaq mövzular arasında bu il Rusiya və NATO ölkələrində hazırlanan hərbi təlimlər, həmçinin Suriya və Əfqanıstan ətrafındakı vəziyyət də var.

    Rəsmi mənbələr hələ görüşlə bağlı məlumat yaymayıb.

    Muxalifet4 - 2-02-2020

  13. Avropa İttifaqı viza vermək şərtlərini yüngülləşdirir...

    Avropa İttifaqı viza almaq qaydalarını dəyişdirib. Bu barədə Avrokomissiyanın saytında məlumat yerləşdirilib.

    İndi viza almaq üçün səfərə yarım il qalmış müraciət etmək mümkündür. Əvvəl isə bu müddət üç aya kimi idi. Yaşadığın ölkədə sənəd vermək indi elektron formada da mümkün olacaq. Lakin 59 ayda bir dəfə şəxsən müraciət etmək gərək olacaq ki, bu da barmaq izinin götürülməsi üçün lazımdır.

    Muxalifet4 - 2-02-2020

  14. Londondakı terror aktında yaralananların sayı bəlli oldu - YENİLƏNİB

     
    Londondakı terror aktında yaralananların sayı bəlli olub.
     
    BBC xəbər verir ki, bu barədə paytaxt polis idarəsi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ən az iki nəfərin yaralanıb. Hadisə baş verən ərazi polisin nəzarəti altındadır. 
    19:32
    Londonun cənubunda terror aktı baş verib.
    BBC xəbər verir ki, bıçaqlı şəxs bir neçə nəfərə hücum edib və onları yaralayıb.
    Polisin müdaxiləsi ilə terrorçu hadisə yerində öldürülüb.
    Hadisənin detalları araşdırılır.

    Muxalifet3 - 2-02-2020

  15. Mirzə Xəzər Almaniyada vəfat etdi

    Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.
    “Qafqazinfo” xəbər verir ki, jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb. Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb. Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

    Muxalifet3 - 2-02-2020

  16. Pakistanda fövqəladə vəziyyət elan edildi

    Pakistanın Baş naziri İmran Xan çəyirtkə istilası səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.
     

    Muxalifet3 - 2-02-2020

  17. VİRUS TƏHLÜKƏSİ: Azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Bütün əlaqələr kəsildi

    Çinin Uhan şəhərində koronavirus epidemiyası səbəbiylə təxliyə edilən 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı Ankarada xüsusi hazırlanmış xəstəxanada saxlanılır. İlkin müayinələr zamanı onlarda xoşagəlməz hala rast gəlinməyib.

    Muxalifet3 - 2-02-2020

  18. Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb

    Bakıda bıçaqlanma hadisəsi baş verib.
     
    Müxalifet.az-in verdiyi məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
    1991-ci il təvəllüdlü Təhməzov Ramil İsrail oğlu işlədiyi mağazada tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı naməlum şəxs satıcıya bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş yara aşkarlanıb.Xəstə cərrahi əməliyyat olunub.Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 2-02-2020

  19. ABŞ-da kilsəyə silahlı hücum

    ABŞ-ın Florida ştatında yerləşən Viktori Siti kilsəsində bir dəfn mərasimində silahlı qarşıdurma baş verib.
    Hadisə nəticəsində biri 15, digəri isə 40 yaşlarında olan iki nəfər həlak olub.Daha iki nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.Hadisəni törədən şəxs odlu silahdan 13 dəfə atəş açıb, daha sonra isə olay yerini tərk edib.Hadisə ilə bağlı istintaq başlayıb.

    Muxalifet3 - 2-02-2020

  20. Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb

    Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb.

    Muxalifet3 - 2-02-2020

Pages