"Qasım Süleymani Səudiyyə Ərəbistanına barışıq mesajı aparakən hücuma məruz qaldı” - İRANDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
4459

“İranlı general Qasım Süleymani Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə sülh təklifi irəli sürməyə hazırlaşdığı vaxt öldürüldü”.

Muxalifet.az xəbər verir ki, İranın İraqdakı səfiri İraj Macedi belə açıqlamayla diqqət çəkib. O İraqın dövlət agentliyinə açıqlamasında bildirib ki, ABŞ bir çox ərəb ölkəsini İrana qarşı təhrik edir.

“ABŞ ərəb ölkələrindən öz maraqları naminə istifadə edir. İranın önəmli generallarından olan Qasım Süleymani Səudiyyə Ərəbistanına barışıq mesajı aparakən hücuma məruz qaldı” - deyən diplomat bildirib.