Rusiyada nazir koronavirusa yoluxmuş çinlini şəxsən müayinə etdi - VİDEO

Baxış sayı:
1891

Rusiyanın Zabaykalsk vilayətinin səhiyyə naziri Valeri Kojevnikov yerli xəstəxanalardan birində müalicə olunan və koronavirusa yoluxmuş Çin vətəndaşını şəxsən müayinə edib.

Rusiya KİV-ləri xəbər verir ki, bu zaman nazir dağ xizəkçisinin maskasında olub.

İzolə edilmiş infeksion palataya daxil olan nazirin qalan qoruyucu geyim elementləri isə qaydasında idi. Kojevnikov pasiyenti fevralın 3-də müayinə edib, onun ağ ciyərlərinin təmiz olduğunu bildirib və vəziyyətini kafi qiymətləndirib. Bildirib ki, xəstədə virusun nəticəsi olaraq öskürək formasında bəzi fəsadlar hələ qalır. Habelə nazir tibb personalına koronavirusa yoluxanların müalicəsi üçün tövsiyələr verib./Virtualaz.org