Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
“Vurum, öldürüm qurtarsın da...” - Sabiq icra başçısının oğlunun səsyazısı
Bir neçə gün əvvəl Bakıda Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov keçmiş arvadı Dilarə Bəhmənovanı qızının gözü qarşısında 16 bıçaq zərbəsiylə xəsarət yetirib.
Meydan TV-nin əməkdaşları Dilarə Bəhmənovanın anası Elmira Zeynalovaya baş çəkərək hadisənin təfərrüatını öyrənib.
Muxalifet.az həmin videonu təqdim edir:
Muxalifet4 - 7-02-2020
Türkiyə tank yeritdi, Rusiya qırıcıları bombaladı - ONLARLA İNSAN HƏLAK OLDU
Suriyada Bəşər Əsəd qüvvələrinin və Rusiya qırıcılarının İdlib Gərginliyi Azaltma Bölgəsindəki yaşayış məntəqələrinə hücumu zamanı 19 nəfər dinc sakin həlak olub.
“Anadolu Agentliyi”nin məlumatına görə, Əsəd qüvvələri İdlibin Teftenaz, Neyreb və Binneş rayonlarına, Hələbin Ureim Kubra və Hayyan bölgələrinə havadan və qurudan hücum ediblər.
Muxalifet4 - 7-02-2020
Əli Həsənovun ətrafındakı “qumar çetesi” – BU QUMARBAZLAR ARASINDA GENERAL DA OLUB...
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun 2019-cu il noyabrın 28-də tutduğu postdan uzaqlaşdırılması cəmiyyətdə böyük maraqla qarşılandı. Çünki ölkədə ictimai-siyasi sahədə mövcud olan bir çox problemlər məhz Əli Həsənovun adı ilə bağlanırdı. Bu baxımdan, vəzifədən uzaqlaşdırılandan sonra, onun bir çox qanunsuz əməllərinin üzə çıxması heç də təsadüfi deyil.
Muxalifet4 - 8-02-2020
Çindən dəhşətli görüntülər - Hər gün 100 nəfəri yandırırlar / VİDEO
Çinin Milli Səhiyyə Komitəsi koronavirusdan ölənlərin sayının 636 nəfər olduğunu açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, virusa yoluxanların sayı isə 31 min 161 nəfər olub.
Yerli mətbuatda dərc olunan bəzi xəbər və iddialar rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini iddia edir. Bildirilir ki, virusun ortaya çıxdığı Uhan şəhərindəki morqlar və krematoriumlar 7 gün, 24 saat işləyir, virusdan ölənlərin cəsədləri yandırılır.
Muxalifet4 - 7-02-2020
Aptek müdirinin asılmış meyiti tapıldı - BAKIDA
Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 7-02-2020
AŞPA-nın müşahidə missiyası Bakıya gəldi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.
“Report” xəbər verir ki, nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcəklər.
Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.
Muxalifet4 - 7-02-2020
“Azərbaycan” Nəşriyyatından milyonlar qazanan Əli Həsənov dövlət necə aldadıb... – KANAL 13-ÜN ŞOK ARAŞDIRMASI / VİDEO
“Azərbaycan” Nəşriyyatından milyonlar qazanan Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı yeni infromasiyalar ortaya çıxıb.
Muxalifet.az "Kanal 13"-ün araşdırmasını oxucularına təqdim edir:
Muxalifet4 - 7-02-2020
Keçmiş deputatların yenidən “seçilməyə” mənəvi haqları yoxdur
Əlillərin öz vəsaiti ilə infrastrukturla təmin edilməsinə səs verənlər əlillərin səsinə hansı haqla yiyələnəcəklər?
Muxalifet4 - 7-02-2020
Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır - BİNA TİKİLƏCƏK / FOTOLAR
1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.
Muxalifet4 - 7-02-2020
Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı – Krallığa aparılırdılar
Dağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalanıblar.
Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış.
Muxalifet4 - 7-02-2020
POLİSLƏR BİR OLMUR… - “Ölmə, qardaş, ölmə, düşmən çoxaldı”
(İsgəndər Həmidovun əziz cansağlığına)
Muxalifet4 - 7-02-2020
Polis bölməsinə aparılan memara qarşı təzyiq edilib? - Rəsmi AÇIQLAMA
Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, iddialarla bağlı tərəfimizdən müvafiq araşdırıma aparılıb:
Muxalifet4 - 7-02-2020
Koronavirus bu heyvandan yoluxub - İDDİA / FOTO
Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir.
“Report” "Reuters"ə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri çıxış ediblər.
Onlar hesab edirlər ki, satışına qadağa qoyulmuş heyvan potensial virus daşıyıcısı ola bilər: “Bu kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir”.
Muxalifet4 - 7-02-2020
İran ABŞ-ı indi də bununla təhdid edir - MƏXFİ SİRLƏRİNİ AÇIQLAYACAQ VƏ...
İran İraqdakı Ayn əl Əsəd adlı ABŞ bazasında hücumu ilə yeni məlumatlar paylaşacağını bildirib.
Bəlli olduğu kimi, İran İnqilabı Keçikçilərinin Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsindən sonra İran Bağdaddan 160 km qərbdə yerləşən ABŞ-a məxsus Ayn əl Əsəd hava bazasına ballistik raket hücumu etmişdi.
ISNA informasiya agentliyinə müsahibə verən İran İnqilabı Keşikçiləri komandanı Əmir Əli Həsənzadə İranın Eyn əl Əsəd hücumu ilə bağlı olaraq yeni məlumatlar yayacaqlarını açıqlayıb.
Muxalifet4 - 7-02-2020
"Cin çıxarmaq" adı ilə gənci döyüb öldürənlərə HÖKM OXUNDU - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda "cin çıxarmaq" adı ilə 25 yaşlı Murad Sultanovu döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Əfqan Tarverdiyev, Sahib Xəlilov, Vüsal İbrahimov, Cəmil Qayıbov və Aprel Xəlilovun hər birinə 9 il 6 ay, Füzuli Qəribova isə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.
Muxalifet4 - 7-02-2020
“SÜRÜCÜ İLƏ 2 MİLYON GÖNDƏRDİM, YENƏ 2 MİLYON İSTƏDİ...” - Məhkəmə prosesi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Orxan Vəliyev məhkəməyə məktubla müraciət edərək hazırda Avstriyada olduğunu, məhkəmə proseslərinə qatıla bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Muxalifet4 - 7-02-2020
Türk ordusundan işğal olunmuş torpaqlarla bağlı SƏRT XƏBƏRDARLIQ
Türkiyə Silahlı Qüvvələrinə qarşı bütün hücumlara ikiqat cavab veriləcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Bildirilib ki, TSQ-nin İdlibdəki müşahidə məntəqələri xidmətinə davam edəcək.
Muxalifet4 - 7-02-2020
Vanqa koronavirusla bağlı nə demişdi... - "NAMƏLUM EPİDEMİYA DÜNYANI..."
Dünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib.
Muxalifet.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb.
Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib.
Muxalifet4 - 7-02-2020
“Azərişıq” Bakıya yaxınlaşan təhlükəyə görə fövqəladə iclas keçirdi - SÜRƏTİ SANİYƏDƏ 40 METRƏ ÇATAN KÜLƏK, ARDINCA QAR...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə başlayıb.
Bu haqda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib. T.Mustafayevin sözlərinə görə, “Azərişıq” rəhbərliyi gözlənilən ekstremal hava şəraiti ilə bağlı bu gün təcili iclas keçirib:
Muxalifet4 - 7-02-2020
Rəhim Qazıyevin ailəsində nə baş verir? - Polisdən AÇIQLAMA
“Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Muxalifet.az xəbər verir ki, bu barədə report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Muxalifet4 - 7-02-2020