Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
MSK daha bir nəfərin namizədliyini ləğv etdi
Məzahir Səfər oğlu Şahəvələdovun deputatlığa namizədliyi ləğv edilib.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahəvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və mürciətin doğruluğu sübuta yetirilib”.
Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Məzahir Səfər oğlu Şahəvələdovun namizədliyi ləğv edilib.
Muxalifet4 - 7-02-2020
Prokurorluq intihar edən müdirlə bağlı məlumat yaydı
Bakı şəhər Prokurorluğu bu gün Yasamal rayonunda aptek müdirinin intihar etməsi hadisəsi ilə bağlı məlumat yayıb.
Muxalifet.az bildirir ki, məlumatda deyilir:
Muxalifet4 - 7-02-2020
RUSİYADAN ETİRAF: “İdlibdə hərbi mütəxəssislərimiz həlak olub”
Rusiyanın Xarici İşlər Nazirliyi son dövrdə İdlibdə rus hərbi mütəxəssislərinin öldürülyünü etiraf edib, lakin detalları açıqlamayıb.
Rusiya mətbuatı Dəməşq hökumətinin nəzarətində olan və Türkiyənin Hatay sərhəd rayonundan 80 km cənubda yerləşən, ölkənin mühüm liman şəhərlərindən olan Lazkiyənin yaxınlığında üç rus kəşfiyyat zabitinin fevral ayının əvvəlində pusquya salınaraq öldürüldüyünü bildirmiş, Moskva isə indiyə qədər məsələ ilə bağlı açıqlama verməmişdi.
Muxalifet4 - 7-02-2020
İçərişəhərdə GÜCLÜ PARTLAYIŞ - Xəsarət alanlar var
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.
Muxalifet.az report-a sitinadən xəbər verir ki, partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.
Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.
Muxalifet4 - 7-02-2020
Türkiyə 150 maşınlıq karvanla xüsusi təyinatlıları İdlibə göndərdi - GƏRGİNLİK ARTIR!
Türkiyə Silahlı Qüvvələri tərəfindən İdlibdəki nəzarət məntəqələrinə 150 maşınlıq hərbi karvanla xüsusi təyinatlılar və silah-sursat göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi bugünkü açıqlamasında bildirmişdi: “Türkiyənin hər bir nəzarət məntəqəsi özünü qorumaq və lazımi qarşılığı vermək üçün kifayət qədər silah təminatına və qabiliyyətə malikdir”.
TSQ-nin xüsusi təyinatlılarının İdlibdə veriləcək hər bir tapşırığı yerinə yetirməyə hazır olduğu, əmr gözlədiyi bildirilir./Hurriyyet.org
Muxalifet4 - 7-02-2020
Nazirlikdən güclü küləklə bağlı işəgötürənlərə MÜRACİƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevralın 7-dən 11-dək gözlənilən güclü külək ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməli olduğunu bildirir.
Muxalifet4 - 7-02-2020
“Bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur” – Məzahir Pənahov
“Seçkilərdə heç kimin hüququnun pozulmasından söhbət gedə bilməz”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. M. Pənahov qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur: “Bütün xoşagəlməz hallarla bağlı hər kəs MSK-ya müraciət edə bilər. MSK-ya hər hansı müraciət daxil olsa, biz oraya gedəcəyik”.Muxalifet4 - 7-02-2020
“Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar” – HƏYAT YOLDAŞI
“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyişlər qeydə alınır. Əməliyyatdan sonra onun oyanıqlığı daha da artıb. Əllərini tərpətməsi, hərəkətləri artıb. Artıq son bir-iki gündür onu aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar.”
Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva deyib.
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Muxalifet4 - 7-02-2020
Çinlilərsiz Avropa: küçələr boşalıb, yüz milyonlarla avro ziyan gözlənilir
İtaliyanın paytaxtı Romada turist sayının kəskin azalması hiss olunur. Küçələr əməlli-başlı boşalıb.
Muxalifet4 - 7-02-2020
Gəncədə kütləvi dava - İKİ NƏFƏR BIÇAQLANIB
Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub.
Muxalifet.az xəbər verir ki, hadisə axşam saatlarında mərkəzi unverimağın yaxınlığında qeydə alınıb.
Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb.
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananınTravmatologiyaya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Muxalifet4 - 7-02-2020
Siqareti söndürməyi unutdu, həyatı söndü - AZƏRBAYCANDA
Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis şöbəsindən məlumat daxil olub.
Hələlik, 6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlunun öz yatağında ölmüş vəziyyətdə tapıldığı məlumdur.
İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan kül qabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.
Muxalifet4 - 7-02-2020
“Dünən axşam dedim ki, qaz iyi gəlir, nəsə olacaq” - İÇƏRİŞƏHƏRDƏKİ PARTLAYIŞIN SƏBƏBİ / VİDEO
İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb:
“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Qaz sızması qonşuluqdakı evdə baş verib. Yeni tikilidir, orada qalan yoxdur”.
Muxalifet4 - 7-02-2020
Bakı metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi bəlli oldu - VİDEO
Bakıda metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.
Həmin şəxs polis əməkdaşları tərəfindən 1 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. Baş gicəllənməsi ilə həkimə müraciət edən T.Şükürov bildirib ki, özünü stansiya yoluna atmaq fikri olmayıb. Hadisə onun müvazinətini itirməsi nəticəsində baş verib.
İlkin müayinədən sonra onun evə buraxılacağı bildirilib.
Muxalifet4 - 7-02-2020
Turan İbrahimov "AAAF Park"ın yeni rəhbəri təyin olunub? - ÖZÜ TƏKZİB EDİR, AMMA...
"AAAF park"da rəhbərlik dəyişib, vəziyyət əvvəlkindən də pis olub".
Muxalifet.az xəbər verir ki, bunu yeniavaz.com-a "AAAF Park" yaşayış kompleksinin sakinləri bildirib. Sakinlərin sözlərinə görə, şirkətə yeni rəhbər məşhur jurnalist Turan İbrahimov gətirilib: "Əvvəllər dərdimiz, problemimiz olanda kimə müraciət edəcəyimizi bilirdik. İndi isə tam xaosdur. Şirkət sanki yiyəsizdir. Əvvəlcə dedilər bundan sonra problemlərinizlə bağlı Anar adlı şəxslə danışın. Sonra o da getdi. O da gedəndə dedi ki, bundan sonra Turan İbrahimovla danışın yeni rəhbər odur".Muxalifet4 - 7-02-2020
"Koronavirusun Azərbaycana çatması tamamilə realdır" - EKSPERT: "Bu virusdan qorunmaq üçün ilk növbədə..."
Bütün dünya yeni epidemiya kimi yayılmış koronavirusla bağlı həyəcan təbili çalır. Çindən başlayan və dünyanın bir sıra ölkələrinə yayılmış onlarla insanın ölümünə və minlərlə insanın virusa yoluxmasına səbəb olan koronavirus infeksiyası bir çoxlarını təşvişə salıb. Ümumdünya Səhiyyə Təşkilatı virusla bağlı bütün dünyada fövqəladə vəziyyət elan edib.
Muxalifet4 - 7-02-2020
Bu ölkədə pedofillər hər kəsin gözü önündə EDAM OLUNACAQ - Qanun qəbul edildi
Pakistan parlamentinin aşağı palatası cinsi istismar və uşaqların öldürülməsində ittiham olunan insanların ictimai şəkildə asılmasına çağıran qətnaməni qəbul edib. Qətnamə müxalif fəallar və insan haqları fəalları tərəfindən qınanıb.
Parlament İşləri naziri Əli Məhəmməd Xan fevralın 7-də Milli Assambleyada qətnaməni təqdim edəndən sonra deyib: "Uşaqlara qarşı cinayət törədənlər heç bir mərhəmətə layiq deyil... Onları şəhərlərin ortasında asmaq lazımdır".
Qanunvericilərin yarısından çoxu hakim partiyanın dəstəklədiyi qətnamənin lehinə səs verib.
Muxalifet4 - 7-02-2020
Karantinə alınan gəmidə daha 41 nəfərdə koronavirus aşkarlandı
Cümə günü Yaponiyanın Yokohama limanında karantinə alınan kruiz gəmisində əlavə bir neçə insanın koronavirus testlərinin cavabları müsbət çıxıb. Minlərlə sərnişin kayutalarda qapalı halda saxlanılıb. Onların təmiz hava ala bilmək üçün çox qısa müddət ərzində gəminin göyərtəsinə çıxmalarına icazə verilib.
Muxalifet4 - 7-02-2020
Rusiya Yehovanın Şahidlərinin 200 üzvünü terrorçu elan etdi...
Rusiyanın hüquq-mühafizə orqanları Yehovanın Şahidləri adı ilə tanınan xristian dini cərəyanının 200-dən çox üzvünü ekstremistlər və terrorçuların siyahısına əlavə edib.
Dini qrupa qarşı bu təqib nəticəsində onların ölkənin maliyyə sistemi ilə əlaqəsi tamamilə kəsilib. Belə ki, siyahıda adı olan şəxslərin bank hesabları dondurulur və hər hansı maliyyə transzaksiyalarına ciddi məhdudiyyətlər tətbiq olunur.
Muxalifet4 - 7-02-2020
"OĞLUMUN PSİXOLOJİ PROBLEMLƏRİ VARDI" - Mərhum icra başçısının xanımı gəlininin bıçaqlanmasından danışdı
Ötən şənbə günü keçmiş ərinin bıçaqladığı Dilarə Zeynalova hələ də reanimasiyadadır. Onun vəziyyəti ağır olaraq qalır.
Hadisə Bakının Hüseyn Cavid parkı yaxınlığında baş verib.
Keçmiş arvadına çoxsaylı bıçaq zərbəsi vurmuş Ceyhun Bəhmənovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dilarə Zeynalovanın anası Elmira Zeynalova deyir ki, 3 uşaq anası olan qızı iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.
Muxalifet4 - 8-02-2020
Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub, bölgələrdə qar, yağış yağır - FAKTİKİ HAVA
Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.
Muxalifet4 - 8-02-2020