Axtarış
The search found 105849 results in 0.031 seconds.
Search results
Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi
“Çerkizovsk” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiq İsmayılova hökm oxunub.
Bu barədə ren.tv xəbər yayıb.
Bildirilir ki, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
İşə Moskva Regional Məhkəməsində baxılıb. O, iki və ya daha çox şəxsin qətlində və silah alverində təqsirli bilinib.
Muxalifet4 - 6-02-2020
Türkiyədə təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı
Türkiyənin Van-Bahçesaray magistralında qar uçqununda ölənlərin sayı artıb.
“Sondakika.com”un xəbərinə görə, 3 nəfərin də cəsədi uçqundan çıxarılıb.
Bununla təbii fəlakət qurbanlarının sayı 41 nəfərə çatıb.
Yaralıların sayının 81 nəfər olduğu bildirilib. Onların arasında bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Xatırladaq ki, qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı insanların xilas edilməsi zamanı yenidən faciə baş verib və həlak olanların sayı artıb.
Muxalifet4 - 6-02-2020
Vahid Ələkbərov Rusiyada ikinci oldu - "FORBES" AÇIQLADI
"Forbes" jurnalı Rusiya milyarderlərinin yeni siyahısını tərtib edib.
Siyahıya "Nornikel" şirkətinin əsas rəhbərlərindən biri Vladimir Potanin başçılıq edir. Onun sərvətinin 25,1 mlrd. ABŞ dolları olduğu qeyd olunub.
Siyahıda ikinci yerində əslən azərbaycanlı olan Vahid Ələkbərov qərarlaşıb. "Lukoil" neft şirkətinin prezidenti olan həmyerlimizin sərvəti 25 mlrd. dollar dəyərində qiymətləndirilir.
Siyahının ilk üçlüyünü "Novatek" şirkətinin rəhbərlərindən biri Leonid Mixelson tamamlayıb. Onun sərvəti 24,9 mlrd. dollar təşkil edir.Muxalifet4 - 6-02-2020
"KİVDF-ni ləğv etmək yox, oradakı adamları dəyişmək lazımdır" - MEDİA EKSPERTLƏRİ
Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 20 gündəlik və günaşırı ictimai-siyasi qəzetə 255 min manat miqdarında birdəfəlik maliyyə yardımı ayırması haqqında məlumat vermişdik. Daha sonra fond həmin qəzetlərin siyahısını açıqladı və məlum oldu ki, maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Buna görə də, hər iki qəzetin kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Muxalifet4 - 6-02-2020
Fəzail Ağamalı baş prokurora müraciət etdi - KAMİL MUSƏVİDƏN ŞİKAYƏT EDİB / FOTO, VİDEO
60 saylı Salyan - Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı ona qarşı edilmiş təxribatlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, müraciət mətnində deyilir:
6 fevral 2020-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törəldilmişdir.
Muxalifet4 - 6-02-2020
"Biz AŞPA-nın heç bir "tələbini" icra etməyəcəyik"- İLHAM ƏLİYEV
İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qərarların onun üçün "tamamilə əhəmiyyətsiz" olduğunu bəyan edib.
İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul etdiyi zaman bildirib ki, cənab Çavuşoğlu AŞPA-da vəzifə tutanda bu təşkilat ədalətli mövqe sərgiləyib, ancaq indi təşkilat "nüfuza malik deyil".Muxalifet4 - 6-02-2020
Baş Prokurorluqdan Fərəc Quliyevlə bağlı AÇIQLAMA
Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı Baş Prokurorluğa etdiyi müraciətə qurumdan cavab gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deputatlığa namizəd Mehman Hüseynovun "Facebook"da statusuna yazdığı şərhdə bildirib:
Muxalifet4 - 6-02-2020
Nazirlik saxta pensiya düzəldən əmədaşlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi - RƏSMİ
“Ötən il əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
Muxalifet4 - 6-02-2020
Muxalifet.az yazdı, Mehriban Əliyeva vətəndaşın problemini həll etdi - VİDEO
Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib.
Muxalifet.az xəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Muxalifet4 - 6-02-2020
Əlverişsiz hava şəraiti ilə bağlı bütün gəmilər məlumatlandırılıb - DÖVLƏT DƏNİZ AGENTLİYİNDƏN XƏBƏRDARLIQ
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bu barədə Agentliyin Mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8 – i axşamdan 10 – u gündüzədək Şimal – Qərb Şimal küləyinin sürəti 20 – 25 metr saniyədən arabir 30 – 35 metr saniyəyədək güclənəcək.
Muxalifet4 - 6-02-2020
Koronavirus haqda ilk açıqlamanı verən həkim öldü - POLİS “ŞAİYƏ YAYMA” DEYƏ HƏDƏLƏMİŞDİ.../ YENİLƏNİB
Çinin Vuhan şəhərindən olan və ilk dəfə koronavirus epidemiyasının baş qaldıracağı haqda xəbərdarlıq edən 34 yaşlı həkim-infeksionist Li Venlian bu virusa yoluxaraq həyatını itirib.
Bu haqda Çin Kommunist Partiyasının ingilisdilli yayım orqanı olan “The Global Times” yazır. Ümumdünya Səhiyyə Təşkilatı da onun ölümü haqda xəbəri öz Tvitter-səhifəsindən elan edib.
Muxalifet4 - 6-02-2020
10 yaşlı Nərminin qətlində adı hallanan Altayın evindən VİDEO
Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.
Səs yazısında adı hallanan Altay Ələkbərovsa Baku TV-yə danışıb.
Altay Ələkbərov bildirir ki, son günlər sosial şəbəkələrdə yayılan səs yazısı həqiqətləri əks etdirmir.
Altay Ələkbərovun sözlərinə görə, səs yazısını yayan Qabil adlı şəxs Tovuz rayonunun Qazqulu kəndindədir. O, işə düzəltmək adı ilə kənd sakinlərinin pullarını mənimsəyib və ölkədən qaçıb.
Altay Ələkbərov - səs yazısında adı hallanan şəxs deyir:
Muxalifet4 - 7-02-2020
Seçicilər Əli Həsənovun "trol"unu fitə basdı - VİDEO
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.
Muxalifet4 - 7-02-2020
Koronavirusun alimləri məəttəl qoyan sirri - BƏZİ DETALLAR ORTAYA ÇIXDI
Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.
“Gazeta”nın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları “New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.
Muxalifet4 - 7-02-2020
Almaniyada koronavirus daşıyıcılarının sayı 13-ə çatıb
Almaniyada yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.
Bavariyadan olan xəstələrdən birinin həyat yoldaşı da bu virusa yoluxub.
Bundan əvvəl bildirilib ki, Almaniyada virus daşıyıcılarından ikisi Çinin Uhan şəhərindən təxliyə edilən ölkə vətəndaşlarıdır, qalanları isə Bavariyada Çinlə əməkdaşlıq edən bir şirkətin əməkdaşlarıdır.
Muxalifet4 - 6-02-2020
"İnam Kərimovun qəbuluna gedib, orada intihar edəcəyəm" - GÖYÇAYLI SAHİBKARDAN ŞOK MÜRACİƏT / Video
Göyçay rayonu, Bığır kənd sakini, sahibkar Mayılov Çingiz Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu və video-müraciətini olduğu kimi təqdim edirik:
"Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli əməkdaşı məni intihar həddinə çatdırıb.
Belə ki, cənab prezidentin çıxışından sonra mən həvəslənib qonşu Gürcüstan respublikasından "Georgi LTD" şirkətindən qanunu qaydada orqanik üzvü gübrə gətirdim. Hansı ki, həmin təbii orqanik üzvü gübrənin Azərbaycan respublikasına gətirilməsinə zərurət var idi.Muxalifet4 - 7-02-2020
Türk ordusu SEPAH-ın generalını, yüzlərlə əsgəri məhv etdi - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İdlibdə əsgərlərimizə qarşı hücumlar Türkiyə mövqeyindən Suriyada yeni bir dövrün miladıdır” sözləri döyüş meydanına da əks olunub.
Belə ki, Astanda imzalanan “gərginliyi azaltma bölgəsi” razılaşmasını heçə sayaraq 2,5 ildə 2 mindən çox yaşayış məntəqəsini ələ keçirən, 60 min kilometrdən çox yeri öz ərazisinə qatan Bəşər Əsəd rejiminin qarşısını almaq üçün tədbirlər sürətləndirilib.
Muxalifet4 - 7-02-2020
ATƏT sədri BMT-də Qarabağ münaqişəsinin həllindən danışdı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Rama Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında çıxış edib.
“Report” xəbər verir ki, çıxışı zamanı E.Rama ATƏT regionunda həlli uzanmış problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
Muxalifet4 - 7-02-2020
Bakıda kişi bacısının başını niyə kəsib? - QORXUNC HADİSƏNİN TƏFƏRRÜATI / YENİLƏNDİ
Ötən gecə Bakı şəhərinin Nəsimi rayonunda 57 yaşlı kişinin 53 yaşlı bacısını amansızlıqla qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Hadisəni törədən Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov Qarabağ müharibəsi veteranıdır və 1991-1994-cü illərdə aktiv öyüş əməliyyatlarında iştirak edib. Bacısı, 1963-cü il təvəllüdlü Tovus Cəfərovanın başını rezakla kəsərək öldürən S.Cəfərov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Muxalifet4 - 7-02-2020
"2 uşağımı da, özümü də zəhərləyib öldürəcəm" - RƏHİM QAZIYEVİN QIZI
Sabiq Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm Əzizovanın həyatı təhlükədədir.
Bu barədə tanınmış jurnalist Əvəz Zeynallı feysbuk səhifəsində məlumat paylaşıb.
Muxalifet4 - 7-02-2020