Axtarış
The search found 105849 results in 0.047 seconds.
Search results
"Gündə 36 dəfə əllərimi yuyuram" - Çində yaşayan türkiyəli alim danışdı / VİDEO
Çində yaşayan türkiyəli alim gündəlik yaşamları barədə danışıb.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, Çinin Vuhan şəhərində ortaya çıxan və durmadan yaılan virus səbəbindən ölənlərin sayı 170 nəfərə çatıb.
Çində yaşayan türkiyəli alim Nurettin Akçay, Türkiyə media qurumlarının birinə viodeogörüntülü müsahibə verib. O, Çində həyatın günü-gündən çətinləşdiyini bildirib:
Muxalifet4 - 31-01-2020
SON DƏQİQƏ: Trampın iqamətgahına hücum edildi - Onlarla xüsusi təyinatlı əraziyə yeridilir
ABŞ prezidenti Donald Trampın Floridada yerləşən “Mar-A-Lago” iqamətgahına naməlum şəxslər soxulmağa cəhd edib.
CNN xəbər verir ki, məlumata görə, iki şübhəli xəbərdarlıqlara baxmayaraq, avtomobillə təhlükəsizlik-yoxlama məntəqələrini keçərək, iqamətgahın qapısına yaxınlaşıb. Nəticədə təhlükəsizlik əməkdaşları onların qarşısını almaq üçün atəş açıb. Şübhəlilər aradan çıxmağa müvəffəq olsa da, xüsusi təyinatlıların təqibi nəticəsində onlar saxlanılıb. Şübhəlilərin kimliyi açıqlanmır.
Muxalifet4 - 31-01-2020
“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır... - FOTO
İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.
Muxalifet4 - 31-01-2020
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Xəbər verdiyimiz kimi, ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.
Müxalifet.az xəbər verir ki, topsansatış məntəqələrindən bildiriblər ki, qiymətlərin qalxmasına səbəb siqaretlər üçün nəzərdə tutulan lisenziyanın bahalaşmasıdır. Siqaretlərin hazırkı pərakəndə satış qiymətlərini təqdim edirik:
“Camel” - əvvəlki qiymət 2.9 manat, indiki qiymət 3.2 manatMuxalifet3 - 1-02-2020
“Asfalt yox, çınqıl tökə bilərik” - İcra Hakimiyyətindən şəhidin adını daşıyan küçə ilə bağlı AÇIQLAMA
Abşeron rayonu Ceyranbatan qəsəbəsində Qarabağ şəhidi Əvəz Paşayev adına küçənin pis vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Şəhidin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olması ciddi müzakirələrə səbəb olub.
Muxalifet3 - 1-02-2020
Bakıda seçicilər əleyhinə kağızlar yapışdıran şəxs cəzalandırıldı
Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 30-da onun rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.
Muxalifet4 - 1-02-2020
Gədəbəydə mikroavtobus minik maşını ilə toqquşdu - 1 ÖLÜ, 7 YARALI
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.
Muxalifet4 - 1-02-2020
Konorla Həbib arasında revanş döyüşü payızda keçirilə bilər
İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqorla yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədov arasında revanş döyüşü 2020-ci ilin payızında keçirilə bilər.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu brədə məlumatı UFC prezidenti Deyn Uayt verib.
Onun sözlərinə görə, yanvar ayında ikiqat UFC çempionu, amerikalı Donald Serrona qalib gələn Makqreqor Həbib Nurməhəmmədov - Toni Ferqyuson duelinin qalibi ilə görüşəcək.
Muxalifet4 - 1-02-2020
Xəstəni hospitala aparan taksi sürücüsü koronavirusa yoluxdu
Tailandda koronavirusa yoluxmuş ilk şəxs koronavirus daşıyıcısı çinli turisti xəstəxanaya aparan taksi sürücüsü imiş.
“Report” RIA “Novosti”yə istinadən xəbər verir ki, bunu Tailandın Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.
Nümayəndənin dediyinə görə, koronavirus daşıyıcısı həmin çinli turist artıq sağalıb və ölkəsinə göndərilib.
Həmçinin, ölkədə virusa yoluxanların sayının 14-dən 19-a artdığını vurğulayıb. Məlumata görə, koronavirusa yoluxan 19 nəfərdən 17-si Çin vətəndaşlarıdır.
Muxalifet4 - 1-02-2020
"İnsanlar arasında böyük panika hiss olunur" - ÇİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNC / Video
Çində təhsil alan Araş Paşayev bu ölkədə yayılan koronavirusun yaratdığı panika, öz səhhəti və yaşadığı şəhərdəki həyat barədə danışır.
Çində koronavirusdan azı 213 nəfər ölüb, 10 min nəfərə yaxın adam isə bu virusa yoluxub.
Koronavirus: Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə hal elan edib.
Muxalifet4 - 1-02-2020
ZAUR HÜSEYNOV “BAKI METROPOLİTENİ”Nİ MƏHVƏ APARIR - Təcrübəsiz və qeyri-peşəkar kadrların önə çəkilməsi metroda təhlükəli vəziyyət yaradıb…
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Tağı Əhmədovun ölkə telekanallarından birinə verdiyi açıqlamalar son günlər diqqətləri yenidən yeraltı nəqliyyat vasitəsinin üzərində cəmləşdirib. Qeyd edək ki, sabiq rəis “Bakı Metropoliteni”nə rəhbərlik etdiyi dönəmdə dövlətin pulunu oğurlamadığını, ağıllla qazanc əldə etdiyini deyib: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur.
Muxalifet4 - 1-02-2020
“Seçicilər Milli Məclisin onların səsi ilə formalaşmasını istəyirlər” - DEPUTATLIĞA NAMİZƏD XALİDDİN CAHANGİROV
9 fevral növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, millət vəkili olmaq istəyən namizədlərin Seçki qərargahlarında da həyacan artır. Öz gücünə arxayın olan hər bir namizəd bu dönəmi uğurla başa vurub, demokratik seçki prosesinin baş tutmasını səbrsizliklə gözləyirlər. O cümlədən, Milli Məclisin bir qrup məmurun deyil, nəhayət ki, onların öz iradəsi ilə formalaşmasında maraqlı olan vətəndaşlar da, əksər namizədlər kimi, bu günün həyəcanını yaşamaqdadırlar.
Muxalifet4 - 7-02-2020
Rusiyada daha bir azərbaycanlı milyonçunun əməlakı satışa çıxarıldı - MİLYONLARI BU YOLLA QAZANMIŞDI...
Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi, “İntertorq” şirkətinin rəhbəri Müşviq Abdullayevlə əlaqəli olan bir neçə şirkətin əmlakını həbs edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Muxalifet4 - 1-02-2020
Bakıda bahalı avtomobilində öldürülən biznesmen kimdir? - VİDEO
Bakıda tanınmış biznesmenin "Qalinvagen" markalı avtomobilində güllələnməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilib.
Demokrat.az xəbər verir ki, ARB TV-də yayımlanan "Kriminal" verilişində sözügedən cinayəti törətməkdə təqsirli bilinən Rauf Şirinovun cinayət işindən danışılıb.
Muxalifet4 - 1-02-2020
"Çinli turistlər Bakıya gələrkən yoxlanılmayıb" - ADİL QEYBULLA
"Çox güman ki, çinli turistlər Bakıya gələrkən yoxlanılmayıb”.
Muxalifet.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirusların aşkar edilməsindən danışarkən deyib. Adil Qeybullanın fikirincə, həmin turistlər Bakıya xəstə halda gəliblər:
Muxalifet4 - 2-02-2020
Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirildi - FOTO, VİDEO / YENİLƏNİB
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.
“Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.
Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.
Muxalifet4 - 2-02-2020
Mayk Pompeo Belarusu Rusiyanın cəngindən qurtarmağa hazır olduqlarını bildirdi - “NEFTLƏ 100 FAİZ TƏMİN EDƏ BİLƏRİK...”
Belarusun paytaxtı Minskdə qısamüddətli səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo bu ölkəni neftlə təmin etməyə hazır olduqlarını bəyan edib. Virtualaz.org xəbər verir ki, bu bəyanat Rusiyanın Belarusu sıxışdırmaqda olduğu bir vaxtda səslənib.
Muxalifet4 - 2-02-2020
Elazığ yenə silkələndi - SON DURUM
Türkiyənin Elazığ şəhərinin Sivricə rayonunda daha bir zəlzələ baş verib.
Belə ki, yeraltı təkan axşam saatlarında qeydə alınıb. 3.5 bal gücündə baş verən zəlzələ yerin 5 kilometr dərinliyində olub.
Muxalifet4 - 2-02-2020
Çinə daha bir şok: H5N1 virusu aşkarlandı...
Çinin Xunan vilayətinin Şaoyan şəhərindəki fermaların birində təxminən 4500 toyuq H5N1 virusundan (quş qripi) tələf olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Yerli qurumlar virus səbəbindən 18 minə yaxın toyuğu məhv edib. Virusun aşkarlandığı ərazi dezinfeksiya olunub və karantin altına alınıb.
Muxalifet4 - 2-02-2020
Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi - FİLİPPİNDƏ QEYDƏ ALINDI
Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Filippindəki filialının “Twitter” səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, Uhan şəhərindən olan 44 yaşlı kişi 1 fevral tarixində vəfat edib.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.
Muxalifet4 - 2-02-2020