Axtarış

The search found 105849 results in 0.031 seconds.

Search results

  1. ABŞ-da ilk dəfə koronavirus insandan insana yoluxdu

    ABŞ-da ilk dəfə insandan insana koronavirusa yoluxma halı qeydə alınıb.

    CNN xəbər verir ki, yoluxma İllinoys ştatında baş verib. Xəstəlik ər-arvad olan cütlükdə aşkarlanıb. Məlum olub ki, virus daşıyıcısı olan kişi Çinə heç vaxt səfər etməyib.

    Qeyd edək ki, hazırda Çində koronavirusa yoluxanların sayı 7700 nəfərdir. 171 nəfər dünyasını dəyişib, 136 nəfər isə sağalıb.

    Muxalifet4 - 30-01-2020

  2. "Bu, özünün acizliyini gizlətmək üçün xalqa xəyanət etmək deyilmi?" - Rəsul Quliyevdən Cəmil Həsənliyə SƏRT SÖZLƏR

    “Parlament seçkilərində hökümətlə mübarizədən qorxan manqurtaşmış Milli Şura adlı təşkilatın Xalq Cəbhəsi liderinin təyin etdiyi professoru deputatlıq uğrunda mübarizə aparanların aktivliyi çox narahat edir”.
     

    Demokrat.az xəbər verir ki, bunu eks – spiker Rəsul Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin yaydığı fevralın 9-da keçiriləcək seçkilərdə mandat qazanacaq şəxslərin siyahısına münasibət bildirərkən deyib.
     
    R. Quliyev bildirib ki, bu aktivliyin qarşısını almaq üçün yaramaz ideyalar irəli sürür:
     

    Muxalifet4 - 31-01-2020

  3. "Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm” - TAĞI ƏHMƏDOV ÖZÜNÜ TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞIR

    “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin “Sadə həqiqətlər” verilişində qalmaqala səbəb olan açıqlama verib. Tağı Əhmədov rəis olduğu dövrdə ağılla pul qazandığını və dövlətin pulundan oğurlamadığını deyib: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.

    Muxalifet4 - 31-01-2020

  4. "Sağ olsun ki, məni də "seçilmiş" kimi göstərib" - Sabir Rüstəmxanlı Cəmil Həsənlinin "deputat siyahısı"ndan DANIŞDI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Məclisə “seçiləcək” şəxslərin siyahısını yaymasından danışıb. 

    Muxalifet.az xəbər verir ki, Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən siyahıda onun da adı "seçilmiş" deputat kimi göstərilib:

    Muxalifet4 - 31-01-2020

  5. “Azərbaycanda ingilis dilində tədrisin təkmilləşməsi əsas məqsədlərimizdən biridir” – ABŞ SƏFİRİ

    “Bizim səfirliyin mühüm prioriteti Azərbaycan və ABŞ təhsil müəssisələrinin birgə işləməsi üçün yollar tapmaq və xalqlar arasındakı təmasları artırmaqdır”.

    Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimində deyib.

    Muxalifet4 - 31-01-2020

  6. “Çinin Uhan şəhərindəki 7 azərbaycanlı tibbi müayinədən sonra təyyarəyə mindiriləcək” – TÜRK NAZİR

    Çində koronavirusun qeydə alındığı Uhan şəhərində 34 Türkiyə vətəndaşı, 7 azərbaycanlı, 7 gürcü və 1 albaniyalı tibbi müayinədən sonra təyyarəyə mindiriləcək.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

    Nazir qeyd edib ki, indiyə kimi Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

    Muxalifet4 - 31-01-2020

  7. Tağı Əhmədovun tikintisinə icazə verdiyi binaların siyahısı - FOTOLAR

    Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov "Space" TV-nin "Sadə həqiqətlər” verilişinin qonağı olub. O, bildirib ki, rəis olduğu müddətdə Xətai metrostansiyasının yanında sahibkar 21 mərtəbəli bina tikmək üçün onun yanına gəlib. Sabiq rəis isə sahibkara deyib ki, 21 mərtəbəli binanı tikmək üçün haqqı olan məbləğ budur. 

    Muxalifet4 - 31-01-2020

  8. Həsən Şirinov vəzifəsindən azad olundu - NAZİR ƏMR İMZALADI

    Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

    Muxalifet4 - 31-01-2020

  9. Rusiyada da koronavirus yayılır - ARTIQ 20 ÖLKƏDƏ...

    Rusiyada koronavirusa yoluxma halı qeydə alınıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Tatyana Qolikova bildirib.

    O deyib ki, ölkə ərazisində iki nəfərdə virus aşkar edilib.

    Hər iki şəxs Çin vətəndaşıdır. Virus Tümen vilayətində və Zabaykalye diyarında qeydə alınıb.

    Virusa yoluxanlar karantinə alınıb. Rusiya koronavirusun qeydə alındığı 20-ci ölkə olub.

    Muxalifet4 - 31-01-2020

  10. ŞOK: Azərbaycanda üç nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi

    Bakıda koronovirus xəstəliyi ilə şübhəli bilinən üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

    O bildirib ki, müraciət edənlərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, bir nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsində təhsil alan Çin vətəndaşı, digəri isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

    Muxalifet4 - 31-01-2020

  11. “Rusiyanın “Vaqner” muzdlu ordusu Həftərə xidmət edir” - ƏRDOĞAN

    Türkiyə prezidenti R.T.Ərdoğan rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərləri ilə görüşü zamanı çıxışında deyib: “Türkiyə Liviyada qanuni hökumətin, Suriyada isə xalqın tərəfindədir. Biz Liviyada muzdlu bir legionerin yox, qanuni hökumətin yanındayıq. Rusiyanın göndərdiyi “Vaqner” adlanan təhlükəsizlik qüvvələri Həftərə xidmət edir. Biz isə orada Sərracın arxasındayıq.

    Muxalifet4 - 31-01-2020

  12. Çin Türkiyədən maska idxal edəcək - SİFARİŞLƏR VERİLİB

    Çin Türkiyədən 200 milyon ədəd maska alacaq.

    Çində meydana çıxan yeni tip korona virusu (2019-nVoC) epidemiyasından sonra bu ölkədə maskaya tələbat artıb.

    Çinin müvafiq idarələrinin son 10 gün ərzində Türkiyədəki tibb firmalarına 200 milyon ədəd maska tələbi ilə müraciət elədiyi bildirilir. Korono virusu ilə bağlı tədbirlərdə ilkin tələbat maska məhsulunadır. Dünyanın ən böyük maska istehsalçılarından olan Çin ölkədə epidemiyaya çevrilən virusdan sonra bu ehtiyacı daxili bazardan qarşılaya bilmədiyi üçün xaricə yönəlib.

    Muxalifet4 - 31-01-2020

  13. ŞOK: Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat etdi

    1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

    Muxalifet.az-ın xəbərinə görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

    Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

    Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.

    Muxalifet4 - 31-01-2020

  14. İstanbulda mafiyaların böyük "müharibəsi" - AZƏRBAYCANLILAR SAXLANILDI / VİDEO

    İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyatda 16 şübhəli şəxs tutulub. 
    Əməliyyatlarda saxlanılan 16 şübhəlidən 1-i Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i Azərbaycan vətəndaşıdır.
    Saxlanılan şəxslərdən çox sayda silah-sursat aşkarlanıb.
    Onlar başqa bir cinayətkar dəstəyə qarşı silahlı hücuma hazırlaşırmış./BAKU.WS

    Muxalifet4 - 31-01-2020

  15. Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbənin vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

    Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, ayın 27-si KTM-ə respirator infeksiya ilə müraciət edib.
    Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.
    Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq./Demokrat.az

    Muxalifet4 - 31-01-2020

  16. Nərminin qətlində ittiham olunan İlkinin polis qohumu həbs edilə bilər - ŞOK SƏBƏB

    Polis əməkdaşı Murad Süleymanovun Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialar ciddi surətdə araşdırılmalıdır.

    Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əmisi oğlu Murad Süleymanovun irəli sürdüyü iddialarla bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib.

    Muxalifet4 - 31-01-2020

  17. Rus mafiyasına qarşı irimiqyaslı əməliyyat - HƏBSLƏR VAR

    Rusiyanın ən böyük ovçuluq və atıcılıq klubunda mafiyanın fəaliyyəti aşkarlanıb.

    Publika.az xəbər verir ki, klubun işində nöqsanlar aşkarlayan Federal Kəşfiyyat Xidməti, öz cəsuslarını heyət üzvlərinin arasına yerləşdirib. Araşdırmalardan sonra məlum olub ki, mafiya, ovçuluq və atıcılıq klubunun fəaliyyəti adı altında öz cinayətlarını həyata keçirib. Xüsusi təyinatlılar klubun ölkədəki bütün idarələrinə basqın təşkil edib.

    Muxalifet4 - 31-01-2020

  18. İqbal Məmmədovun “Relax”da polis və vergi işçilərini döyən oğlu azadlıqda!

    78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları azadlığa buraxılıb.

    Muxalifet.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında məhkəmənin hökmü ilə onların hər birinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

    Muxalifet4 - 31-01-2020

  19. Ramiz Mehdiyev "türk xaqanı" oldu - ŞOK GÖRÜNTÜLƏR / Video

    Bakıda Beynəlxalq Türk Akademiyasının üçüncü iclası keçirilib. Tədbirdə türkdilli ölkələrdən alimlər, diplomatlar, rəsmi şəxslər iştirak ediblər.

    İclasda AMEA prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib. Qonaqlar  ona müxtəlif hədiyyələr təqdim ediblər. Məsələn, Beynəlxalq Türk Akademiyasının prezidenti Dərhan Xadırali Ramiz Mehdiyevə qədim türk xaqanlarının geyimini hədiyyə edib. R.Mehdiyev həmin geyimdə xatirə şəkli çəkdirib./virtualaz.org

    Muxalifet4 - 31-01-2020

  20. "POLİS YOLDAŞLARIM MƏNİ VƏ İLKİNİ ŞƏRLƏYİR" - Nərminin qətlində ittiham olunan İlkinin əmisi oğlundan ŞOK AÇIQLAMA / VİDEO

    Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.
    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.
    M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13"ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün" işdən çıxıb.

    Muxalifet4 - 31-01-2020

Pages