Axtarış

The search found 105849 results in 0.032 seconds.

Search results

  1. "Ölənlərdən biri mənim yaşadığım şəhərdəndir" — Çində təhsil alan azərbaycanlı tələbə DANIŞDI / Foto

    “Bu virusla bağlı Çinin cənub ərazilərindəki şəhərlərə səyahət etdiyim vaxt eşitdim. Uhan şəhərində olan dostlarımdan eşitdiyimə görə, həmin şəhərdə heç bir nəqliyyat vasitəsi və iaşə obyekti işləmir. Şəhər tam karantinə olunub və şəhərə giriş-çıxış dayanıb”.

    Bu sözləri Çinin Zhengzhou şəhərinin Henan əyalətində magistratura təhsili alan Araş Paşayev Yenivaz.com-a müsahibəsində deyib. O bildirib ki, Çin höküməti koronavirusla bağlı evdən çıxmamağı tövsiyə edib.

    Muxalifet4 - 30-01-2020

  2. “Kompensasiya əlimdən alınıb” - Məşhur bankla bağlı prezidentə müraciət edildi

    “Unibank” ASC Hökməli kənd sakini Eldar Abasquliyevə düşən kompensasiya ödməkdən yayınır. 

    Bu barədə Yenisabah.az-a Eldar Abasquliyevin özü bildirib. Onun sözlırinə görə, 29 noyabr 2014-cü ildə “Unibank” ASC-dən 5000 min dollar kredit götürüb. “Həmin vaxt 1 dollar 78 qəpik idi. Mənim götürdüyüm məbləğ milli valyuta ilə 3900 manat edirdi. 

    Birinci devalvasiyadan sonra krediti yeni məzənnə ilə ödədim. İkinci devalvasiya baş verdi, bank yenə güzəşt etmədi və mən kreditimi 1.70 AZN-lə ödəmək məcburiyyətində qaldım. 

    Muxalifet4 - 30-01-2020

  3. Cenevrədə iki günlük Qarabağ danışıqları - NAZİRLƏR YENƏ GÖRÜŞƏCƏKLƏR...

    Bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub.

    Muxalifet4 - 30-01-2020

  4. Çində keçiriləcək dünya çempionatı TƏXIRƏ SALINDI

    Çinin Nancinq şəhərində keçirilməsi nəzərdə tutulan atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb.

    Bu barədə qərarı Dünya Atletikası tərəfindən qəbul olunub. Çempionatın 2021-ci ilin martında təşkili nəzərdə tutulub.

    Koronavirusla əlaqədar aprelədək Çində bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.

    Qeyd edək ki, mundialda Azərbaycan atletlərindən Nazim Babayev və Aleksis Kopello da iştirak edəcəklər.

    Muxalifet4 - 30-01-2020

  5. Cəmil Həsənlinin siyahısına ReAL və Müsavatdan KƏSKİN ETİRAZ

    Milli Şuranın sədri, professor Cəmil Həsənli “Facebook” hesabında 9 fevralda deputat elan olunacaq namizədlərin siyahısını açıqlayıb. O, iddia edib ki, nəticələr əvvəldən bəllidir, ona görə də tərəddüd etmədən hakimiyyətin kimlərə mandat verəcəyini açıqlayır.

    C.Həsənlinin siyahısında ReAL Partiyasından Natiq Cəfərli və Erkin Qədirlinin də adları var. Milli Şuranın sədri 12 saylı Qaradağ-Binəqədi-Yasamal və 16 saylı ikinci Yasamal seçki dairələrindən bu şəxslərin deputat mandatı alacaqlarını iddia edib.

    Muxalifet4 - 30-01-2020

  6. Qarajını təmizləyərkən xəzinə tapdı - FOTOLAR

    Böyük Britaniyanın 66 yaşlı sakini - təqaüdçü Alfred Korreya qarajında təmizlik işləri apararkən dəyəri iki-üç milyon funt sterlinq (4-6 mln AZN) olduğu bildirilən tapıntı əldə edib.

    Muxalifet4 - 30-01-2020

  7. Ramiz Mehdiyev naziri AMEA-ya çağırdı - FOTO

    Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovla görüşü keçirilib.

    Muxalifet4 - 30-01-2020

  8. 16 yaşlı gəlinin qətli ilə bağlı YENİ DETALLAR - Qatilin müəlliməsi görün nələr danışdı

    İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi.

    Muxalifet4 - 30-01-2020

  9. “AZƏRBAYCANIN DAXİLİ MƏSƏLƏLƏRİNƏ QARIŞMAYIN!” - Türkiyəli deputat AŞPA-da Ermənistana səsləndi

    Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç

    Ermənistan nümayəndə heyətini öz problemləri ilə məşğul olmağa, Azərbaycanın daxili məsələlərinə qarışmamağa çağırıb.

    Bu barədə “Report” məlumat yayıb.

    Muxalifet4 - 30-01-2020

  10. “Facebook” istifadəçilərinin sayı açıqlandı - DEKABRDA 1,66 MİLYARD İNSAN...

    "Facebook" sosial şəbəkəsinə mütəmadi daxil olan insanların sayı il ərzində 8 faiz artaraq 2,5 milyarda çatıb.

    Muxalifet.az xəbər verir ki, qeyd edilən göstərici ayda ən azı bir dəfə sosial şəbəkəyə daxil olanların sayını əks etdirir.

    Şirkətin qiymətləndirməsinə görə, ötən ilin dekabrında 1,66 milyard insan gündə ən azı bir dəfə "Facebook"dan istifadə edib. Bu göstəricinin illik artımı 9 faiz təşkil edib.

    Muxalifet4 - 30-01-2020

  11. Ölənlərin sayı 171, yoluxanlar isə 8152 oldu - Çində koronavirus dəhşəti davam edir

    Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyaya yoluxanların sayı bu gün axşam saatlarında 8152 nəfərə, ölənlərin sayı isə 171-ə çatıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, yoluxanların və xüsusilə də ölənlərin böyük əksəriyyəti xəstəliyin yayılmağa başladığı ölkənin Hubey əyalətində (müvafiq olaraq 4,9 min və 162 nəfər) qeydə alınıb.

    Həmçinin Jecianq əyalətində 428, Quanqdonq əyalətində 354, Henan əyalətində 278, Hunan əyalətində 277 və Anhui əyalətində 200 nəfər bu virusa yoluxub.

    Muxalifet4 - 31-01-2020

  12. Fatimə bu evdə öldürülüb - Qonşular deyir ki... / VİDEO

    Yanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın öldürülməsi haqda yeni məlumatlar üzə çıxıb.

    Muxalifet.az xəbər verir ki, aydın olub ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qaynana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

    Qonşuları deyib ki, yanvarın 10-da toyları olub. Onların ailəsində mübahisələr baş verməyib.

    Muxalifet4 - 31-01-2020

  13. KORONAVİRUS BÜTÜN DÜNYANI HƏRƏKƏTƏ GƏTİRDİ - ÜST beynəlxalq fövqəladə vəziyyət elan etdi

    Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib.

    Muxalifet.az xəbər verir ki, təşkilatın təcili toplantısının nəticələrinə dair açıqlamada belə deyilir. Bildirilib ki, yeni növ koronavirusun yayılması ilə bağlı bütün dövlətlər təhlükəsizlik qaydalarına riayət etməlidir. Açıqlamaya görə, lazımi tədbirlər görülməsə pandemiya fəlakətə yol açacaq.

    Muxalifet4 - 31-01-2020

  14. Bu şəxslər maaşdan əlavə hər ay 6000 manat alacaq - SİYAHI

    "İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq. 2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.

    Muxalifet4 - 31-01-2020

  15. Bu gün Rəsulzadənin doğum günüdür - 136 İL ƏVVƏL...

    Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

    Muxalifet.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür.

    Muxalifet4 - 31-01-2020

  16. Alman parlamentarilər Azərbaycandan pul almaqda şübhəli bilinirlər - ŞOK DETALLAR

    Yanvarın 30-da Bundestaq Meklenburq-Ön Pomeraniyadan Xristian Demokratik İttifaqının (XDİ) deputatı Karin Strenzi deputat toxunulmazlığından məhrum edib. Ötən il parlament onu  20 min avro cərimə etmişdi. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın maraqlarını lobbiləşdirmək üçün ən azı 22 min avro rüşvət almaqda ittiham olunur, - DW bildirib.

    Muxalifet4 - 31-01-2020

  17. “Google” da Çində fəaliyyətini dayandırır

    ABŞ-ın “Google” şirkəti Çin, Honkonq və Tayvandakı ofislərini koronavirusla əlaqədar müvəqqəti olaraq bağlayır.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, Çində “Google” axtarış sisteminin qadağan olunmasına baxmayaraq, şirkətin ofisləri orada öz reklam biznesləri üçün satış və layihə düzəltmə ilə məşğuldurlar.
    Qeyd edək ki, “Google” şirkəti ilə yanaşı, “Microsoft” və “Amazon” da yoluxucu virusun qarşısını almaq üçün analoji tədbirlər görüblər.

    Muxalifet4 - 31-01-2020

  18. “Sovetski” sakinləri yeni mənzillərinə köçməyə başladılar - VİDEO

    "Sovetski" sakinləri Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərinə köçməyə başlayıblar.

    Muxalifet4 - 31-01-2020

  19. ŞOK: Koronavirusun yayılacağı öncədən bilinirmiş... - 1 ay öncə üzə çıxarılan ŞİFRƏ - VİDEO

    Türkiyəli strateq Ertan Özyiğitin 13 dekabr 2019-cu ildə verdiyi proqnozlar hazırda Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biridir.

    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, onun yayımladığı videonun indi gündəmə gəlməsinə səbəb olan xüsusi məqam dünyanı cənginə alacaq virusun yayılacağını öncədən söyləməsi olub.

    O, bunu hansısa öncədəngörmə ilə deyil, məşhur “The Economist” jurnalının 2020-ci il üçün xüsusi nömrəsinin üz qabığındakı şifrələrini taparaq söyləyib.

    Muxalifet4 - 31-01-2020

  20. Çində ölümcül virusdan qorunmaq üçün unikal yol: Yeməkləri robotlar daşıyır - VİDEO

    Çində yayılmış dəhşətli koronavirus bir çox sahələrdə çətinlik yaradıb. 

    Bunlardan biri də epidemiya ilə əlaqədar insanlar arasında əlaqə yaradılmasıdır.  

    Çinlilər isə bundan çıxış yolu kimi robotlardan istifadə etməyə başlayıblar.  

    Belə ki, ölkədə hotellərdən birində köməksiz vəziyyətdə qalan insanlara yemək daşımaq üçün “Penaut” adlı robotdan istifadə edilir.  

    Muxalifet4 - 31-01-2020

Pages