ABŞ-da ilk dəfə koronavirus insandan insana yoluxdu

Baxış sayı:
2590

ABŞ-da ilk dəfə insandan insana koronavirusa yoluxma halı qeydə alınıb.

CNN xəbər verir ki, yoluxma İllinoys ştatında baş verib. Xəstəlik ər-arvad olan cütlükdə aşkarlanıb. Məlum olub ki, virus daşıyıcısı olan kişi Çinə heç vaxt səfər etməyib.

Qeyd edək ki, hazırda Çində koronavirusa yoluxanların sayı 7700 nəfərdir. 171 nəfər dünyasını dəyişib, 136 nəfər isə sağalıb.