Ağakərimin səhhəti ilə bağlı son durum məlum olub.
Muxalifet.az xəbər verir ki, ARB TV əməkdaşları tanınmış meyxana ustadının evindən çəkiliş edib.
The search found 105849 results in 0.03 seconds.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev ağır yol-nəqliyyat qəzasında həyatını itirib.
Muxalifet3 - 28-01-2020
Bu gün sosial şəbəkələrdə daha bir nəfərin qrip virusundan ölməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada vəfat edib. Mərhumun Sədərək ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərdiyi iddia olunub.
Xəstəxanadan virtualaz.org-un sorğusuna bildiriblər ki, Mərkəzi Klinik Xəstəxanası qrip, yaxud xüsusi təhlükəli virus diaqnozu ilə xəstə qəbul etmir. Xəstəxanada Gülnar Əliyeva adlı xəstə vəfat etməyib.
Muxalifet4 - 28-01-2020
“Qardaşım Mirkənan Seyidov ittiham olunduğu müddətdə işə Xətai rayon Məhkəməsində baxıldı. Ondan sonra onun barəsində təzədən Bakı Ağır Cinayətlər Məhkəməsində iş açıldı. Bu proses 1 il davam etdi. Sonda hakim Eldar Mikayılov tərəfindən haqsız, ədalətsiz qərar verilərək, heç bir dəlil-sübut olmadan qardaşım zaldan həbs olundu”.
Bu barədə həbs olunan “Bakunews” saytının baş redaktoru Mirkənan Seyidovun qardaşı Orxan Seyidov “Hürriyyət”ə şikayətində bildirib.
Muxalifet4 - 28-01-2020
Azərbaycanda indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər açıqlanıb. Bunu iqtisadi-ekspert Rövşən Ağayev vurğulayıb.
Ekspert həmin tələbləri açıqlayıb: Pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.
Muxalifet4 - 28-01-2020
Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, Nigar Məmmədova Azərbaycandakı şirkətlərdən birinin sahibidir.
Türk mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.
Məsələ ilə bağlı danışan Nigar Məmmədova zinət əşyasının qiyməti barədə məlumat verməyib:
“Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.
Muxalifet4 - 28-01-2020
“Gürcüstanda müxtəlif dinlərin nümayəndələri əsrlər boyu birgə yaşayıblar”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışında deyib.
Muxalifet4 - 28-01-2020
Ağakərimin səhhəti ilə bağlı son durum məlum olub.
Muxalifet.az xəbər verir ki, ARB TV əməkdaşları tanınmış meyxana ustadının evindən çəkiliş edib.
Muxalifet4 - 28-01-2020
“Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.
Muxalifet.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:
“Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.
Muxalifet4 - 28-01-2020
İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.
İRNA xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.
S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.
Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib. İndiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.
Muxalifet4 - 28-01-2020
Koronavirus insan orqanizminə gözün selikli qişasına təmas yolu ilə daxil ola bilər.
TASS-ın məlumatına görə, Çin Xalq Respublikasının Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Li Sinvan bu barədə brifinqdə bəyan edib.
“Sətəlcəmin yeni növü təmas yolu ilə yoluxa bilər. Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o bildirib.
Muxalifet4 - 28-01-2020
Talibanın yanvarın 26-da Əfqanıstanda vurduğu hərbi təyyarənin içərisində ABŞ-ın yüksək rütbəli zabiti Maykl Danrea da olub.
Muxalifet4 - 28-01-2020
Çində yeni koronavirusun törətdiyi pnevmoniyanın yayılması ABŞ-ın “Apple” korporasiyasının bu ölkədə buraxdığı "iPhone" smartfonunun yeni qənaətcil modelinin istehsalına başlamasını ləngidə bilər.
Bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Muxalifet4 - 28-01-2020
“Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb”.
Muxalifet.az xəbər verir ki, bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib.
Muxalifet4 - 28-01-2020
Tanınmış azərbaycanlı biznesmen, “LUKOİL”in prezidenti Vahid Ələkbərovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.
Görüş haqda məlumat Kremlin rəsmi saytında dərc edilib.
Vahid Ələkbərov Vladimr Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib.
V. Ələkbərov 2019-cu ili uğurlu başa vurduqlarını, istehsalatda və sosial layihələrin icrasında müvəfəqiyyət qazandıqlarını bildirib.
Muxalifet4 - 28-01-2020
Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşeva öldürülüb.
TASS xəbər verir ki, onların meyiti evlərində tapılıb.
Meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.
İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
Muxalifet4 - 28-01-2020
Ölkəsində qırmızı bülletenlə axtarılan iranlı reper Əmir Hüseyn Məqsudlu İstanbulda saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotikdən istifadəyə təşviqetmə cinayətinə görə axtarışda olan Maqsudlu 2019-cu ilin iyulundan Türkiyədə yaşayışmış. Onun viza müddəti bitsə də, qanunsuz şəkildə İstanbulda yaşamağa davam etdiyi məlum olub.
Hazırda Əmir Hüseyn polis bölməsində dindirilir.
Muxalifet4 - 28-01-2020
Doqquz il əvvəl bu günkü günlərdə Qahirədə Hüsnü Mübarək iqtidarına qarşı etirazlar yeni başlamışdı. Bir zamanlar “hər dörd nəfərdən birinin xüsusi xidmətlərə işlədiyi” iddia olunan ölkədə birdən-birə hər şey dəyişmişdi.
Muxalifet3 - 28-01-2020
Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus səbəbindən ölənlərin sayı 107 nəfərə, virusa yoluxanların sayı isə 4515 nəfərə yüksəlib.
Muxalifet4 - 28-01-2020
Rusiyada sərnişin təyyarəsi təcili eniş edib.
“TASS” agentliyi bu barədə aeroportun mətbuat xidmətinə istinadla xəbər yayıb.
Məlumata görə, “Embraer” sərnişin təyyarəsi Rusiyanın Novosibirsk aeroportunda heyət üzvlərinin qərarı ilə təcili eniş edib. Novosibirsk-Yekaterinburq marşrutu ilə hərəkət edən təyyarənin qanadı açılmadığından problem yaranıb.Bundan əvvəl Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonim təhdid səbəbi ilə uçuşunu yarımçıq qoyaraq təcili eniş həyata keçirmişdi.
Muxalifet3 - 28-01-2020
Son illər ölkədə istifadəsi daha da artan zəncəfil Azərbaycana ancaq Çindən gəlir. Bu, birmənalı olaraq belədir. Həmçinin ekzotik meyvələrin əksəriyyətinin, həmçinin avokado, manqo kimi bir çox meyvələrin də Çindən gətirildiyini istisna etmirəm.
Muxalifet3 - 28-01-2020