Çin Türkiyədən maska idxal edəcək - SİFARİŞLƏR VERİLİB

Çin Türkiyədən 200 milyon ədəd maska alacaq.
Çində meydana çıxan yeni tip korona virusu (2019-nVoC) epidemiyasından sonra bu ölkədə maskaya tələbat artıb.
Çinin müvafiq idarələrinin son 10 gün ərzində Türkiyədəki tibb firmalarına 200 milyon ədəd maska tələbi ilə müraciət elədiyi bildirilir. Korono virusu ilə bağlı tədbirlərdə ilkin tələbat maska məhsulunadır. Dünyanın ən böyük maska istehsalçılarından olan Çin ölkədə epidemiyaya çevrilən virusdan sonra bu ehtiyacı daxili bazardan qarşılaya bilmədiyi üçün xaricə yönəlib.
Müraciət edilən ölkələrin içərisində birinci sırada Türkiyə gəlir. Bu səbəbdən maska istehsalı sektorunda işin artması gözlənilir. Çinin tələbatının ödənilməsi üçün istehsalçılar iş saatlarını artırıblar.
İzmirdə fəaliyyət göstərən “Ak-Yel Medikal” şirkətinin şəriklərindən biri olan Fatih Arpacı, “Anadolu Agentliyi”nin müxbirinə təqribən 17 il ərzində maska istehsalı ilə məşğul olduqlarını söyləyib.
Son dövrdə Çndən maska tələbi gəlməyə başladığını bildirən Arpaçı deyib: “Bu vəziyyət bizi təəccübləndirdi, çünki Çin dünyanın ən böyük maska istehsalçılarındandır. Yəqin ki, virusa görə, ehtiyatları tükənib. Türkiyədə ildə təqribən 150 milyon maska istehsal edilir. Lakin Çindən birdəfəyə 200 milyon maska tələb elədilər. Bizim ümumi illik istehsalımızı birdəfəyə istədilər”.
Maksa istehsalçıları 24 saat çalışırlar
Arpaçı əvvəllər Çindən maska alan ölkələrində Türkiyəyə yönəlməyə başladığını xatırladıb. Firma olaraq, ilkin mərhələdə Çinə 250 min maska göndərəcəklərini söyləyən Arpaçı deyib: “Tələb edilən rəqəmlər çox yüksəkdir. Bizim gücümüz bəllidir. İtaliya, Hollandiya, Fransa, Polşa, Almaniya kimi ölkələrdən də tələblər gəlib. Tələbləri çatdırmaq üçün həftədə 7 gün, gündə 24 saat işləyirik”./Hurriyyet.org