Axtarış
The search found 105849 results in 0.09 seconds.
Search results
Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar...
Bir neçə gündür Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan ölüm faktları cəmiyyətdə ciddi narahatlığa səbəb olub.Muxalifet3 - 28-01-2020
Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə “əsrin müqaviləsi”ni təqdim edib
“RİA Novosti” xəbər verir ki, ABŞ-ın təklif etdiyi “əsrin müqaviləsi” İsrail və Fələstin münaqişəsinin nizamlanması üzrə plandır. Tramp bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ tərəfindən təklif edilən “əsrin müqaviləsi”nin şərtləri ilə razılaşıb:
Muxalifet3 - 28-01-2020
Tramp "Əsrin xəritəsi"ni yayımladı - Yeniləndi
İsrail fələstinlilərlə sülhə doğru böyük addım atır.Muxalifet3 - 28-01-2020
SON İLLƏRİN ƏN DƏHŞƏTLİ ZƏLZƏLƏSİ BAŞ VERDİ - Sunami xəbərdarlığı elan edildi
Kubada rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Röyters" agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Kubanın cənubunda, Yamaykanın şimal-qərbində yerləşib. Bəzi mənbələr zəlzələnin gücünün 7,4 bəzi mənbələr isə 7,9 bal gücündə açıqlayıb.
Yerli dairələr sunami barədə xəbərdarlıq elan edib. İnsanlara sahilyanı ərazilərdən uzaq qalmaq barədə xəbərdarlıq edib. Bölgəyə çox sayda xilasedici cəlb edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur./Publika.az
Muxalifet4 - 29-01-2020
HƏMAS "Əsrin müqaviləsi"nə qarşı çıxdı - ÇAĞIRIŞ
Fələstin rəhbəri Mahmud Abbas və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.
Xarici KİV-lərin məlumatına görə, HƏMAS lideri Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxıb və bu planın Fələstin milli layihəsinin ləğv edilməsini hədəf seçdiyini bildirib.
Haniyə bütün fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin milli layihəsini ləğv etmək planına qarşı çıxmağa səsləyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib.
Muxalifet4 - 29-01-2020
Məmmədyarov Cenevrədə həmsədrlərlə görüşdü
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib.
Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib.
Muxalifet4 - 29-01-2020
Fələstin rəhbəri: Qüds satılmır!
Fələstin rəhbəri Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib.
“Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik”, - o deyib.
Muxalifet4 - 29-01-2020
Bakıda keçirilən futbol matçında dava, hakim döyüldü - VİDEO
Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşüb.
Hadisə “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” komandalarının oyununda baş verib.
Belə ki, “Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi” komandasından Ceyhun İmaməli də iştirak edib.
Həmin anın videosunu təqdim edirik:
Muxalifet4 - 29-01-2020
AŞPA-dan Azərbaycan hakimiyyətinə qarşı SƏRT TƏLƏB - "Həbsdə olan bütün jurnalistlər azad edilməli və..."
"Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır".
Muxalifet.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə yanvarın 28-də AŞPA-nın qış sessiyasında qəbul edilmiş “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamədə deyilir. Qətnamənin müəllifi britaniyalı deputat Corc Fulkesdir.
Muxalifet4 - 29-01-2020
“BU, İŞĞAL PLANIDIR...” - Türkiyədən Trampın “Əsrin sazişi”nə sərt reaksiya
İsrailin işğalına və təqibinə haqq qazandırmaq üçün atdığı addımlara icazə verməyəcəyik.
Yerli KİV-lər bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
"ABŞ-ın qondarma sülh planı öldü. Bu plan ikidövlətli həll yolu və Fələstin torpaqlarını qəsb etmək məqsədi daşıyan işğal planıdır. Fələstin xalqı və torpaqları pulla alınmır (Plana razı olacağı təqdirdə Fələstinə ayrılacaq 50 milyard yardım nəzərdə tutulur - red.).
Muxalifet4 - 29-01-2020
Keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat etdi - YAŞADIĞI İSVEÇRƏDƏ DƏFN OLUNUB
Azərbaycanın keçmiş xarici işlər naziri (AXC-Müsavat hökuməti) Tofiq Qasımov uzun illərdir mühacirətdə yaşadığı İsveçrədə vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu xəbəri AMEA-nın Fizika İnstitutunun əməkdaşı Mirbaba Babayev Facebook-da paylaşıb. Onun cənazəsi İsveçrədə dəfn olunub.
Muxalifet4 - 29-01-2020
"13 gün mənə çölə çıxmağa icazə yoxdur..." - VUHANDA YAŞAYAN AZƏRBAYCANLI TƏLƏBƏ / VİDEO
Çinin Wuhan şəhərində təhsil alan Aqil Əliyev hazırda Pekin şəhərində, bir oteldə qalmağa məcbur edilir.
O, Pekinə koronavirusa görə karantin elan olunmuş və giriş-çıxışın məhdudlaşdırıldığı Wuhan şəhərindən hadisələr kəskinləşməzdən əvvəl gəlib və sonra ora qayıda bilməyib.
Hazırda bir müddətlik otel otağında qalmağa məcbur olub.
Buna səbəb isə onun təbirincə, Wuhan şəhərindən gəlməsidir.
"Dedilər ki, yeməklə təmin edəcəklər, amma elə bir şey olmadı", o, otel otağından BBC News Azərbaycancaya verdiyi müsahibəsində deyir.
Muxalifet4 - 29-01-2020
Rusiyada prezident yox, Ali rəhbər olacaq? - KONSTİTUSİYAYA DÜZƏLİŞ TƏKLİF EDİLDİ...
Rusiyada Konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrup ölkənin əsas qanununa 100-dən çox maddənin əlavə edilməsini təklif edib. “Kommersant” qəzetinin yazdığına görə bunlardan biri də prezident postunun adının dəyişdirilərək “ali rəhbər” (Verxovnıy pravitel) edilməsidir.
Muxalifet4 - 29-01-2020
Deputat və arvadını öldürən qatil intihar etdi
Rusiyanın Rostov vilayətində mənzillərində ölü tapılan deputat Andrey Alabuşev və arvadı Olqa Alabuşevanın qatili məlum olub.
Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, onun meyitini deputatın mənzilindən tapıblar.
İlkin ehtimala görə, o intihar edib.
Andrey Alabuşev Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru olub.
Muxalifet4 - 29-01-2020
Azərbaycandan Türkiyəyə “yardım aparan” təyyarə fotosu - HƏTTA NAZİR MÜAVİNİ DƏ BU XƏBƏRƏ İNANIB...
Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan qonşu ölkəyə yardım təyyarəsinin göndərildiyi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Elazığ hava limanına eniş etdiyi iddia edilən təyyarənin azərbaycanlı xilasediciləri daşıdığı bildirilirdi.
Muxalifet4 - 29-01-2020
SON DƏQİQƏ: Səudiyyə Ərəbistanına DƏHŞƏTLİ HÜCUM - Neft obyektləri vuruldu
Husilər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko”nun neft obyektlərini və Abha hava limanına dəhşətli hücum edib.
Müxalifet.az xarici mediaya istinadən xəbər verir ki, əsasən zərbələr hava limanındakı anbarlara və digər hərbi texnikaların saxlanıldığı yerlərə yönəlib.Tələfat barədə məlumat yoxdur. Bölgəyə çox sayda xilasedici və yanğınsöndürən cəlb edilib.Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında "Saudi Aramko"nun iki zavoduna hücum gerçəkləşdirilmiş və zavodlarda uzunmüddətli yanğınlar baş vermişdiMuxalifet3 - 29-01-2020
Bakıdan Moskvaya uçan təyyarə quş dəstəsi ilə toqquşub
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Bu barədə “Report”a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.Məlumata görə, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.Muxalifet3 - 29-01-2020
BAKIDA DƏHŞƏT: Nənə iki azyaşlı nəvəsini boğaraq öldürdü, sonra özünü asdı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi nənənin iki azyaşlı nəvəsini boğaraq öldürdükdən sonra intihar etməsi ilə bağlı məlumat yayıb.
Muxalifet3 - 29-01-2020
16 YAŞLI GƏLİNİ ƏRİ BOĞARAQ ÖLDÜRÜB - DİN və Baş Prokurorluq Masallıdakı dəhşətli qətllə bağlı açıqlama yaydı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, məlumatda deyilir:
"Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.Muxalifet4 - 29-01-2020
Dünyanı qorxuya salan dəhşətli virus DAHA BİR ÖLKƏYƏ ÇATDI
ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb.
Bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, koronavirusa (2019-nCoV) yoluxmuş şəxs artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabilləşdiyi və həkim nəzarətində olduğu açıqlanıb.
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 minə çatıb, virus səbəbindən ölənlərin sayı isə 132 nəfəri ötüb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.
Muxalifet4 - 29-01-2020